Şək. 5.8. Avtomat dəzgahlı aqreqatda boru yaymanın
texnoloji sxemi.
Boru dairəvi şəkil alır. Xarici diametri üzrə boruları
kalibrləmək üçün onlar çoxkalibrli (3...7 qəfəsli) dəzgahlara
4
verilir. Dəzgahda işçi qəfəslər bir-birinə nəzərən 90°-lik, üfüqi
oxa görə isə 45°-lik mailliklə faziləsiz olaraq yerləşir. Qəfəslərin
göstərilən tərzdə düzülüşü sayəsində yayma zamanı boru iki
qarşılıqlı perpendikulyar istiqamətlərdə deformasiyaya məruz
qalır. Kalibrləyici dəzgahda yayılmış borular soyudulma üçün
soyuducuya, sonra düzləndirmə aparmaq üçün düzləndici
dəzgahlara 5 verilir, kəsilmə və başqa tamamlayıcı
əməliyyatlardan keçirilir.
Dostları ilə paylaş: