16. ÖLÇMƏYƏ MÜŞAHİDƏ NƏTİCƏLƏRİNİN BİRCİNSLİYİNİN (KOBUD XƏTAYA MALİK NƏTİCƏLƏRİN OLMASININ) YOXLANILMASI
Təsadüfi xətaların nəzəri əsaslarını öyrənərkən qeyd etmişdik ki, kobud xətaya malik müşahidə nəticələri digər nəticələrdən qiymətcə kəskin fərqlənir (kobud xətaların yaranmasına başlıca səbəb ölçmə vasitələrinin nasazlığı olur). Bu isə ölçməyə müşahidə nəticələri toplusunun paylanmasının bircinsliyini pozur. Ona görə də ölçməyə müşahidə nəticələrinin bircinsliyinin yoxlanılması belə kobud xətaya malik nəticələrin aşkar edilməsidir. Çünki ölçməyə müşahidə nəticələri baş toplusunun içərisindən ölçmə nəticəsinin qiymətləndirilməsi üçün müəyyən seçmə toplu x1, x2,..., xn götürülür və onun əsasında bütün hesabatlar aparılır.
Kobud xətaya malik müşahidə nəticələrinin digər nəticələrdən kəskin fərqlənməsi əsasında onların müxtəlif aşkar edilmə kriteriyaları işlənmişdir. Bu kriteriyalardan ən sadəsi – 3σ üsuludur. Bu üsula görə ölçməyə müşahidələrin seçmə toplusundaki x1 ,x2,...,xn nəticələri içərisindən ən böyük qiymətə malik nəticə Xmax, ən kiçik qiymətə malik nəticə kimi isə Xmin qəbul edilir və aşağıdaki şərtlər yoxlanılır.
(16.1)
(16.2)
burada x – müşahidə nəticələrinin orta hesabi qiyməti, σx isə orta kvadratik meyletməsidir.
Əgər Xmax və Xmin qəbul edilən şərti ödəyirsə, onda o, kobud xətaya malik nəticə hesab edilir və müşahidə nəticələri sırasından atılır. Müşahidə nəticələrinin bircins olmasına əmin olmaq üçün bu əməliyyat (16.1) – (16.2) şərtlərinin pozulmasına qədər davam etdirilir.
Kobud xətaya malik müşahidə nəticələrinin aşkar edilməsinin ən etıbarlı üsulu etimad intervalına əsaslanır. Bu üsula görə ölçməyə müşahidə nəticələri x1,x2,...,xn müşahidə nəticələri toplusu olub normal paylanma qanununa tabe olduğu hesab edilir. Bu nəticələr sırasından ən kiçik qiymətə malik olan nəticəni Xmin ən böyük qiymətə malik olan nəticəni isə Xmax işarə etsək, bu kriteriya əsasında aşağıdaki köməkçi əmsallar təyin edilməlidir:
; ,
burada hesabatdan alınan (β2<βmax) olduğu halda hesab edilir ki, Xmax (Xmax) kobud xətaya malik nəticədir.
βmax – “Kobud xətanın yaranması kriteriyası” cədvəlindən ölçməyə müşahidələrin sayı n və qəbul edilmiş etimad ehtimalı Pe– dən asılı təyin edilir.
Dostları ilə paylaş: |