Dərs vəsaiti baki 2019 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Bu əvəzetmədən istifadə etdikdə təzyiq vericisinin çıxış gərginliyinin qiyməti ilə ölçülən təzyiqin qiyməti arasındakı asılılıq aşağıdakı kimi olur



Yüklə 1,34 Mb.
səhifə36/41
tarix24.12.2023
ölçüsü1,34 Mb.
#191410
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
İntellektual müh ılavə...

Bu əvəzetmədən istifadə etdikdə təzyiq vericisinin çıxış gərginliyinin qiyməti ilə ölçülən təzyiqin qiyməti arasındakı asılılıq aşağıdakı kimi olur:


= P (6.14)
Təzyiqölçən sistemin şək. 6.3-də göstərilən struktur sxemindən göründüyü kimi təzyiq vericisinin çıxış siqnalı PIC18F452 tipli MK1, MKm mikrokontrollerinin girişinə verilir.
Mikrokontrollerin daxilindəki analoq-rəqəm çeviricisi (ARÇ) modulu təzyiq vericisinin çıxış gərginliyini koda çevirir:
= P (6.15)
(6.15) ifadəsindəki:
– ARÇ-nin ölçülən təzyiqə uyğun çıxış kodu;
= – ARÇ modulunun çevirmə əmsalıdır.
(6.15) ifadəsindən göründüyü kimi ölçülən təzyiqin qiymətini hesablamaq üçün seçilmiş vericinin modelinə və mikrokontrollerə aid olan uyğun kəmiyyətlərin qiyməti məlum olmalıdır. Bu parametrlərin qiyməti mikrokontrollerin yaddaşına qeyd olunur və təzyiqin qiyməti hesablanarkən istifadə olunur:
= = (6.16)
Mikrokontroller bilavasitə ölçmə prosesində və nəticənin hesablanmasında iştirak edir.
Ardıcıl interfeys paralel kodda alınan ölcmə nəticəsinin ardıcıl koda çevrərək qəbuledici tərəfə ötürür. RS485 interfeysi azsaylı naqilli kabeldən istifadə edilməsini, həm də yüksək maneəyədayanıqlığı təmin edir.
Ölçmə sisteminin qəbuledici tərəfindəki PIC18F452 tipli mikrokontroller MK verici tərəfindəki MK1 ÷ MKm mikrokontrollerləri ilə FK arasında informasiya mübadiləsini təmin edir.
Ölçülən təzyiqin qiymətini hesablamaq üçün bu kod mikrokontrollerdə müəyyən alqoritmlə emal edilir. Təzyiqin qiymətini qəbuledici tərəfdəki mikrokontroller (6.16) ifadəsi ilə hesablayaraq təyin edir. Bu MK həm alınan nəticələri rəqəmli indikatora (Rİ) verir, həm də müxtəlif idarəetmə funksiyalarını icra edir. MAX 232 tipli uzlaşdırıcı (uyğunlaşdırıcı) çeviricisi qəbuledici tərəfdəki MK ilə fərdi kompüter (FK) arasında fiziki uyğunlaşdırma funksiyasını yerinə yetirir.
Təzyiq vericilərinin sorğu əməliyyatının icra edilməsi məqsədi ilə MK1 və MKm mikrokontrollərinə fərdi ünvan verilir. Verici tərəfdəki mikrokontrollerlər əsas kompüterdən gələn idarəetmə siqnallarını qəbul etməyə hazır vəziyyətdə olur. FK şəbəkəyə əvvəlində vericilərin ünvanı bildirən sorğu siqnalı göndərir. Sorğu siqnalındakı ünvanla vericinin ünvanının eyni olduğu aşkar ediləndə əmr icra edilir. Digər vericilər isə gözləmə rejimində qalır.
PIC18F452 tipli mikrokontrollerinin tətbiqi ölçmə sisteminə aşağıda göstərilən imkanları verir:
- kommutator, ARÇ, mikroprosessorlu hesablama vasitəsi, sinxron-asinxron qəbuledici/ötürücü modulların bir mikrosxemdə inteqrallaşdırılması ilə yüksək etibarlılıq;
- vericilərlə məsafədən işləmə;
- ölçmə sisteminin uzun müddət avtonom qida mənbəyindən istifadə imkanı;
- ölçmə sisteminin elektriklə qidalandırılmasında yaranan ehtimal kəsilmələr səbəbindən təzyiqi ölçmə nəticələrinin itməməsi. Buna enerjidən asılı olmayan yaddaş sxemlərindən istifadə edilməsi imkan verir.
Digər tərəfdən təzyiqi ölçən sistem aşağıdakı intellektual funksiyaları yerinə yetirir:
- ölçmə alqoritmini icra etməklə təzyiqi ölçmə nəticəsinin
alınması;
- ölçmə nəticələrinin statistik emalı;
- ölçmə kanallarının çevirmə xarakteristikasının
xəttiləşdirilməsi;
- ölçmə nəticəsinin təzyiq ölçü vahidində təqdim edilməsi;
- ölçmə nəticələrini təzyiqi ölçmə xətaları ilə birlikdə təqdim
edilməsi;
- təzyiqi ölçmə diapazonunun avtomatik seçilməsi;
- sistemin strukturunun dəyişdirilməsi;
- təzyiqi ölçmə nəticələrinin doğruluğuna nəzarət;
- sistemin özünüdiaqnostikası;
- təzyiqin ən böyük və ən kiçik qiymətinin qeyd edilməsi;
Uyğun funksional blokların və tətbiqi proqramların mövcud olduğu halda intellektual funksiyaların yerinə yetirilməsi mümkün olur.
Rusiyanın «Metran» istehsal qrupu ilə ABŞ-ın «Emerson Prosess Management» firması birlikdə «Metran-100» intellektual təzyiq vericiləri – təzyiqlər fərqi, izafi və mütləq təzyiq vericiləri istehsal edir [15].
Verici iki hissədən – sensor (ölçmə) və elektron blokdan ibarətdir.
Tenzoçeviricinin həssas elementi səthinə tenzomüqavimətlər tozlandırılmış monokristal silisium membrandan ibarətdir.
Ölçülən təzyiq ölçmə blokunun kamerasına verilir və səthinə tenzomüqavimətlər tozlandırılmış membranı əyir. Bunun nəticəsində tenzomüqavimətlərin elektrik müqaviməti dəyişir. Tenzorezistorların elektrik müqavimətinin dəyişməsi elektron blokda sabit cərəyana çevrilir.
Metran-100 vericiləri radiotezlikli maneələri azaldan daxili süzgəcə malikdir.
Mikrokontrollerin yaddaşında təzyiqin və temperaturun müxtəlif qiymətlərində öncədən aparılmış bütün ölçmələrinin nəticələri saxlanılır. Cari ölçmə nəticələrinin MK-da temperatura görə korreksiyası və çevirmə xarakteristikasının xəttiləşdirilməsi məsələlərini həll edərkən bunlardan istifadə olunur.
Vericinin icra variantından asılı olaraq elektron blokun çıxışında – 0-5 mA, 0-20 mA, 4-20 mA və yaxud 4-20 HART siqnalları formalaşdırılır.
Metran-100 vericisinin texniki və metroloji xarakteristikaları aşağıdakı kimidir:
- işçi statik təzyiq: 6,3 kPa, 25 kPa, 160 kPa, 1,6 MPa, 6,3 MPa, 16 MPa, 40 Mpa;
- ölçmə xətası; 0,1%, 0,15%, 0,25%, 0,5%;
- ətraf mühitin temperatur diapazonu; - 40 ÷ + 70C;
- təzyiqi ölçülən mühitin temperatur diapazonu: -40÷
+104C;
- çıxış siqnalı – 4-20 mA;
- qida gərginliyi – 12- 42 V.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin