29
dəyərinin kalkulyasiyası üçün hesablama parametrlərinin ək-
səriyyəti təxmini olur.
Plan və normativ kalkulyasiyası bu və ya digər məhsul
növlərinin istehsalının qənaətliliyinə nəzarət olunmasına
xidmət edir. Başqa sözlə desək həmin məhsulların istehsalı və
satışına sərf edilən məsrəflərin etalonu rolunu oynayırlar. Onlar
istehsal və satışın real şəraitini daha tam və müfəssəl nəzərə ala
bilir və konkret texnoloji proseslərə müstəqim və qeyri-
müstəqim xərclərin qabaqcadan müəyyən edilmiş normativlərə
və smetalara əsaslanırlar.
Faktiki maya dəyərinin kalkulyasiyası müəssisədə iqti-
sadi hesablamaların aparılması sistemində xüsusi yer tutur. O,
müəyyən növ məhsulun istehsalına və satışına çəkilən həqiqi
xərcləri əks etdirmək qabiliyyətinə malikdir. Hesabat kalkul-
yasiyası istehsalın təşkili və idarəedilməsi üzrə qəbul edilən
qərarların faktiki səmərəliliyini qiymətləndirmək üçün baza
rolunu oynayır və maya dəyəri planının yerinə yetirilməsi və
onun aşağı salınması ehtiyatlarının aşkara çıxarılması üzərində
nəzarət vasitəsidir.
Dostları ilə paylaş: