79
Naryad vermək hüququ olan inzibati-texniki personal yoxdursa, təcili işləri görmək üçün həmin elektrik qurğusunun IV
qrupu olan növbətçi personalına naryad və sərəncam vermək icazəsi verilə bilər.
Bu halda növbətçi personala həvalə olunan naryad vermə hüquqi müəssisə rəhbərliyinin yazılı göstərişilə
rəsimləşdirilməlidir.
7.1.5. Naryadda göstərilən bütün təhlükəsizlik tədbirlərinin kifayət dərəcədə olmasına və yerinə yetirilməsinə, işə buraxan şəxs
və iş icraçısının briqada ilə apardığı təlimatın tam və keyfiyyətli olmasına, həmçinin işin icrasının təhlükəsiz təşkil olunmasına
iş rəhbəri cavabdehdir.
İş rəhbəri V qrupu olan mühəndis-texniki işçilərdən təyin olunmalıdır. İşin ayrı-ayrı mərhələlərini bilavasitə iş rəhbərinin
nəzarəti və rəhbərliyi ilə aparmaq zəruri olarsa, naryadı verən şəxs bu barədə naryadın “Müxtəlif göstərişlər” sətrində qeydlər
etməlidir.
7.1.6. İşin icrası üçün nəzərdə tutulmuş avadanlığı açmaq və torpaqlamaq tədbirlərinin kifayət dərəcədə olması və bunları
yerinə yetirmək imkanının yaradılması üçün həmçinin işə buraxılan briqadaların iş vaxtının və yerinin əlaqələndirilməsi üçün
məsuliyyəti iş yerini hazırlamaq və işə buraxmaq icazəsi verən şəxs daşıyır.
İş yerini hazırlamağı və işə buraxmağa icazə verən şəxs avadanlığı açmaq və torpaqlamaq üzrə əvvəlcədən görülmüş
əməliyyatlar barədə iş yerini hazırlayan növbətçiyə yaxud operativ-təmir personalından olan şəxsə xəbər verməyə borcludur.
İş yerini hazırlamaq və işə buraxmaq üçün icazəni IV qrupu olan növbətçi personal-vəzifə təlimatına uyğun olaraq və
müəssisə üzrə göstərişlə təyin olunmuş inzibati-texniki personalından olan işçilər verə bilərlər.
7.1.7. Naryadda göstərilən və işin şəraiti üçün tələb olunan tədbirlərin (açarların, lövhələrin, çəpərləmənin və s. qoyulması)
düzgün və dəqiq yerinə yetirilməsi üçün iş yerini hazırlayan şəxs cavabdehdir.
Bu elektrik qurğusunda operativ əməliyyat aparmağa buraxılmış növbətçi yaxud operativ-təmir personalı işçisinin iş
yerini hazırlamağa hüququ var.
7.1.8. Yerinə yetirilmiş təhlükəsizlik tədbirlərinin düzgün və kifayət qədər olması, onların naryadda göstərilən tədbirlərə, işin
və iş yerinin xarakterinə uyğun olması, işə düzgün buraxmaq, həmçinin apardığı təlimatın tam və keyfiyyətli olması üçün işə
buraxan şəxs cavabdehdir.
HX-də işə buraxmaq istisna edilməklə, işə buraxan şəxslər 7.1.13-cü bənddə göstərilənləri yerinə yetirmək şərtilə
növbətçi yaxud operativ-təmir personlaından təyin olunmalıdır. 1000 Voltdan yuxarı olan elektrik qurğusunda işə buraxan
şəxsin IV qrupu, 1000 Volta qədər olan elektrik qurğusunda isə III qrupu olmalıdır.
Dostları ilə paylaş: