2.2. Qapalı sudan istifadə sisteminin hesabatı
Təmiz sudan istifadənin azaldılması yollarından ən perspektivlisi sudan istifadənin dövriyyəli və qapalı sistemlərinin yaradılmasıdır.
Sudan istifadənin üfürdülməsiz qapalı sistemlərində dövriyyə suyunu sabitləşdirmək üçün dövriyyə suyunun bir hissəsi çıxarılaraq mineral tərkibi korrektirovka (düzəliş) edildikdən sonra ya ayrılıqda, ya da təmiz qidalandırma suyu ilə birlikdə dövrəyə qaytarılır (Şək.2.2).
Təmiz su əvəzinə qapalı sistemi qidalandırmaq üçün tələb olunan normaya qədər təmizlənmiş texniki sudan – bioloji təmizlənmədən keçmiş sənaye və məişət çirkab sularından və ya kifayət qədər dərin lokal fiziki-kimyəvi təmizlənmədən sonra – istifadə etmək olar.
Qapalı sistemləri təmiz su ilə yalnız itkilərin yerini doldurmaq üçün təmizlənmiş çirkab suyu kifayət qədər olmadıqda qidalandırmaq olar.
İstilik-mübadilə aparatlarında qızmış su hövuzlarda, soyuducu – su anbarlarında və ya digər qurğularda soyudulur.
Hesabatın aparılma ardıcıllığı
Dostları ilə paylaş: |