11. Kadro hazırlığına xərclər.
12. İşçi qüvvəsinin mütəşəkkil qaydada toplanması üzrə xərclər.
13. Sair ümumtəsərrüfat xərcləri.
V. Yığımlar və ayırmalar.
14. Vergilər, yığımlar və sair məcburi ayırmalar və xərclər.
Q. Qeyri-istehsal ümumtəsərrüfat xərcləri.
15. Xarici səbəblər üzündən boşdayanmadan olan itkilər (mal-
göndərənlər tərəfindən ödənilən məbləğləri çıxmaqla).
16. Müəssisənin anbarlarında saxlanan zaman materialların və
məhsulların xarab olmasından olan itkilər (maddi-məsul şəxslərdən
tutmaq mümkün olmayan hallarda).
17. Müəssisənin anbarlarında materiallann və məhsulların çatış-
maması (artıqları çıxmaqla).
18. Sair qeyri-istehsalat xərcləri.
19. Ümumtəsərrüfat xərclərinin maddələri nomenklaturasına,
tərkibinə, iqtisadi məzmununa, funksional təyinatına və istehsal
prosesinə, vasitələrinə və əmək əşyalanna olan münasibətinə görə
müxtəlif xərclər daxil olan bir sıra maddələr daxildir.
Ümumtəsərrüfat xərclərinin çoxu kompleksdir, iqtisadi
məzmununa görə cürbəcür xərclərdən
ibarətdir ki, bu da bu və ya digər
maddəyə aid ediləsi xərclərin normalaşdırılmasmı, tənzimləşdiril-
məsini vo iqtisadi təhlilini çətinləşdirir.
Ümumu>^ərrüfat xərcləri hesabına idarə aparatının saxlanması
məsrənəriıım tərkibinə təkcə ümumi xarakterli inzibati-idarə xərcləri
deyil, həm də sexlərdən və digər istehsalat və
qeyri-istehsalat
bölmələrinin idarə aparatının saxlanmasına çəkilən xərclər də daxildir.
Ümumtəsərrüfat xərclərinin analitik uçotu ona aid xərclərin no-
menklatura maddələri üzrə 15 saylı cədvəldə həyata keçirilir.
Ümumtəsərrüfat xərclərinin analitik uçotunun qüvvədə olan qaydası,
təsərriifat hesabının həyata keçirilməsi şəraitində operativ nəzarətin və
onların həcminin nizama salınması üzrə tələblərə cavab vermir,
müəyyən edilmiş hesabatın tərtib olunmasını və onun təhlilini
çətinləşdirir. Analitik uçot, uçotun juraal-order formasının müxtəlif
registrləri üzrə aparılır. 15 saylı "Ümumtəsərrüfat
xərcləri, gələcək
dövrün xərcləri, gələcək ödəmələrə ehtiyatlar və qeyri-istehsalat
34
xərcləri" cədvəlində idarə aparatı işçilərinin əsas və əlavə əmək haqqı,
sosial ehtiyaclara ayımalar, onların ezamiyyət xərcləri; müəssisə
idarəsinin dəftərxana, tipoqrafıya, poçta-teleqraf və digər oxşar xərcləri,
telefon stansiyasının, kommutatorların, hesablama mərkəzlərinin
saxlanması xərcləri, minik nəqliyyatının saxlanması; yanğın,
hərbiləşdirilmiş və gözətçi mühafizəçilərinin saxlanmasına xərclər öz
əksini tapır. Bundan başqa qeyri-inzibati idarə heyətinin bütün növdən
ezamiyyət xərcləri analitik uçotda əks olunur. 7 saylı jurnal-orderdə
«Təhtəlhesab şəxslərlə hesablaşmalar» smeta üzrə xərclər əks olunmur,
ona görə o əsas etibarı ilə vəzifəli şəxslərə təhtəlhesab məbləğlərin
verilməsinə və onların ödənilməsinə nəzarətin uçotu üçün istifadə
olunur, deməli, ezamiyyət xərclərinin uçotu və nəzarət üçün istifadə
olunmur.
Müəssisədə ümum təsərrüfat xərclərinin sintetik uçotu 26
«Ümumtəsərrüfat xərcləri» adlı aktiv, toplayıcı-bölüşdürücü hesabda
apanhr.
Hesabat ayı qurtaran kimi ümumtəsərrüfat xərcləri məhsulun maya
dəyərinə daxil edilməklə əsas istehsalat hesabına keçirilir.
Ümumtəsərrüfat xərclərinin müəyyən hissəsi köməkçi istehsalatın
kənara yerinə yetirilən iş və xidmətlər hissəsinə, əsaslı tikintiyə, əsaslı
təmirə və özünün xidmət təsərrüfatlarına və habelə xarici səbəblər
üzündən baş verən boşdayanmalardan əmələ gələn itkilərə aid edilir.
Ümumtəsərrüfat xərclərinə tərtib edilmiş smetaya əsasən və onun
maddələrinə müvafiq olaraq nəzarət edilir. Bunun üçün 15 saylı cədvəl
"İlin əvvəlindən yekunu", "Smeta üzrə", "Ay ərzində" və "İlin
əvvəlindən" sütunları ilə təchiz edilmişdir.
Dostları ilə paylaş: