87 «Əlavə kapital» hesabının 3-cü subhesabının debetində əmlakın
hüquqi və fiziki şəxslərə əvəzsiz verilməsi zamanı eyni zamanda
onların; əsas vəsaitlərin; istehsalat ehtiyatlarının; hazır məhsulların,
işlərin, xidmətlərin və malların silinməsini əks etdinnəklə müəssisənin
itkiləri uçota almır.
Müəssisələr ayrıca subhesabda təsis sənədlərində nəzərdə tutulan
kursla müqayisədə təsis sənədlərində sərbəst dönərli valyutada
qiymətləndirilən nizamnamə kapitalına qoyuluş hesabına daxil olan
əmlakın müsbət kurs fərqini uçota alırlar.
Əlavə kapitalın vəsaitləri nizamnamə kapitalının artırılmasına,
hesabat ilinin balans zərərinin örtülməsinə, təsisçilər arasında
bölüşdürülməsinə istifadə edilə bilər, lakin müəssisə tərəfindən is-
tehlak məqsədlərinə yönəldilə bilməz.
Dostları ilə paylaş: