Dərs vəsaiti II hissə Ai3rhaycan Respublikası Təhsil


A,  Müəssisənin idarəedilməsi xərcləri



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə11/63
tarix02.01.2022
ölçüsü1,81 Mb.
#43220
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   63
596 (1)

A,  Müəssisənin idarəedilməsi xərcləri 
1.  İdarə aparatının əmək haqqı. 
2. İdarə  işçilərinin  (yanğın,  hərbiləşdirilmiş  və  mühafizə 
işçilərindən başqa) ezamiyyə və yerdəyişmə xərcləri. 
3. Yanğın, hərbiləşdirilmiş və mühafizə gözətçilərinin saxlanması. 
4.  İdarəetmənin sair xərcləri. 
5. Yuxan təşkilatın saxlanmasına ayırmalar (smeta və ya maliyyə 
planı ilə təsdiq edilmiş ölçüdə) 
B.  Ümumtəsərrüfat xərcləri 
6.  Sair ümumtəsərrüfat heyətinin saxlanması 
7.  Əsas vəsaitlərin amortizasiyası 
8. Ümumtəsərrüfat  təyinatlı  binaların,  qurğuların  və  inventarların 
saxlanması  və  cari  təmiri  (ümumtəsərrüfat  heyətlərinin,  yollarının  və 
anbarlannın,  tibb  məntəqələrinin,  III  dərəcəli  ictimai  iaşə 
müəssisələrinin və b.). 
9. Sınaq,  təcrübə,  tədqiqatların  aparılması,  ümumtəsərrüfat  labo- 
ratonyalannm  saxlanması,  ümumtəsərrüfat  xarakterli  ixtiraçılığa  və 
texniki  təkmilləşdirməyə  çəkilən  xərclər  (dövlət  büdcəsindən  ma- 
liyyələşdirilməyənlər). 
10.  Əməyin mühafizəsi üzrə xərclər. 
3.1 


11.  Kadro hazırlığına xərclər. 
12.  İşçi qüvvəsinin mütəşəkkil qaydada toplanması üzrə xərclər. 
13.  Sair ümumtəsərrüfat xərcləri. 
V. Yığımlar və ayırmalar. 
14.  Vergilər, yığımlar və sair məcburi ayırmalar və xərclər. 
Q. Qeyri-istehsal ümumtəsərrüfat xərcləri. 
15. Xarici  səbəblər  üzündən  boşdayanmadan  olan  itkilər  (mal- 
göndərənlər tərəfindən ödənilən məbləğləri çıxmaqla). 
16. Müəssisənin  anbarlarında  saxlanan  zaman  materialların  və 
məhsulların  xarab  olmasından  olan  itkilər  (maddi-məsul  şəxslərdən 
tutmaq mümkün olmayan hallarda). 
17. Müəssisənin  anbarlarında  materiallann  və  məhsulların  çatış- 
maması (artıqları çıxmaqla). 
18.  Sair qeyri-istehsalat xərcləri. 
19. Ümumtəsərrüfat  xərclərinin  maddələri  nomenklaturasına, 
tərkibinə,  iqtisadi  məzmununa,  funksional  təyinatına  və  istehsal 
prosesinə,  vasitələrinə  və  əmək  əşyalanna  olan  münasibətinə  görə 
müxtəlif xərclər daxil olan bir sıra maddələr daxildir. 
Ümumtəsərrüfat  xərclərinin  çoxu  kompleksdir,  iqtisadi 
məzmununa görə cürbəcür xərclərdən ibarətdir ki, bu da bu və ya digər 
maddəyə  aid  ediləsi  xərclərin  normalaşdırılmasmı,  tənzimləşdiril- 
məsini vo iqtisadi təhlilini çətinləşdirir. 
Ümumu>^ərrüfat  xərcləri  hesabına  idarə  aparatının  saxlanması 
məsrənəriıım  tərkibinə  təkcə  ümumi  xarakterli  inzibati-idarə  xərcləri 
deyil,  həm  də  sexlərdən  və  digər  istehsalat  və  qeyri-istehsalat 
bölmələrinin idarə aparatının saxlanmasına çəkilən xərclər də daxildir. 
Ümumtəsərrüfat  xərclərinin  analitik  uçotu  ona  aid  xərclərin  no- 
menklatura  maddələri  üzrə  15  saylı  cədvəldə  həyata  keçirilir. 
Ümumtəsərrüfat  xərclərinin  analitik  uçotunun  qüvvədə  olan  qaydası, 
təsərriifat hesabının həyata keçirilməsi şəraitində operativ nəzarətin və 
onların  həcminin  nizama  salınması  üzrə  tələblərə  cavab  vermir, 
müəyyən  edilmiş  hesabatın  tərtib  olunmasını  və  onun  təhlilini 
çətinləşdirir.  Analitik  uçot,  uçotun  juraal-order  formasının  müxtəlif 
registrləri  üzrə  aparılır.  15  saylı  "Ümumtəsərrüfat  xərcləri,  gələcək 
dövrün xərcləri, gələcək ödəmələrə ehtiyatlar və qeyri-istehsalat 
34 


xərcləri" cədvəlində idarə aparatı işçilərinin əsas və əlavə əmək haqqı, 
sosial  ehtiyaclara  ayımalar,  onların  ezamiyyət  xərcləri;  müəssisə 
idarəsinin dəftərxana, tipoqrafıya, poçta-teleqraf və digər oxşar xərcləri, 
telefon  stansiyasının,  kommutatorların,  hesablama  mərkəzlərinin 
saxlanması  xərcləri,  minik  nəqliyyatının  saxlanması;  yanğın, 
hərbiləşdirilmiş  və  gözətçi  mühafizəçilərinin  saxlanmasına  xərclər  öz 
əksini tapır. Bundan başqa qeyri-inzibati idarə heyətinin bütün növdən 
ezamiyyət  xərcləri  analitik  uçotda  əks  olunur.  7  saylı  jurnal-orderdə 
«Təhtəlhesab şəxslərlə hesablaşmalar» smeta üzrə xərclər əks olunmur, 
ona  görə  o  əsas  etibarı  ilə  vəzifəli  şəxslərə  təhtəlhesab  məbləğlərin 
verilməsinə  və  onların  ödənilməsinə  nəzarətin  uçotu  üçün  istifadə 
olunur,  deməli,  ezamiyyət  xərclərinin  uçotu  və  nəzarət  üçün  istifadə 
olunmur. 
Müəssisədə  ümum  təsərrüfat  xərclərinin  sintetik  uçotu  26 
«Ümumtəsərrüfat  xərcləri»  adlı  aktiv,  toplayıcı-bölüşdürücü  hesabda 
apanhr. 
Hesabat ayı qurtaran kimi ümumtəsərrüfat xərcləri məhsulun maya 
dəyərinə  daxil  edilməklə  əsas  istehsalat  hesabına  keçirilir. 
Ümumtəsərrüfat  xərclərinin  müəyyən  hissəsi  köməkçi  istehsalatın 
kənara yerinə yetirilən iş və xidmətlər hissəsinə, əsaslı tikintiyə, əsaslı 
təmirə  və  özünün  xidmət  təsərrüfatlarına  və  habelə  xarici  səbəblər 
üzündən baş verən boşdayanmalardan əmələ gələn itkilərə aid edilir. 
Ümumtəsərrüfat xərclərinə tərtib edilmiş smetaya əsasən və onun 
maddələrinə müvafiq olaraq nəzarət edilir. Bunun üçün 15 saylı cədvəl 
"İlin  əvvəlindən  yekunu",  "Smeta  üzrə",  "Ay  ərzində"  və  "İlin 
əvvəlindən" sütunları ilə təchiz edilmişdir. 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin