Natiqlik sənəti mürəkkəb sintetik xarakterə malikdir. Fəlsəfə,
məntiq, psixologiya, pedaqogika, dilçilik, etika, estetika-natiqlik
sənətinin əsaslandığı elmlərdir. M üxtəlif sahələr üzrə mütəxəssisləri
gözəl danışıq qabiliyyətinin müxtəlif problemləri maraqlandı
rır. Məsələn, linqvistlər şifahi nitq mədəniyyətinin nəzəriyyəsini
işləyir, natiqlərə doğma dilin xəzinəsindən necə bəhrələnmək
barədə məsləhətlər verirlər. Psixoloqlar nitq məlumatlarının dərk
olunması və təsiri məsələlərini öyrənir, kütlə qarşısında çıxışlar za
manı sabit diqqət problemləri ilə məşğul olur, natiqin şəxsiyyətinin
psixologiyasını, insanların sosial-psixoloji cəmiyyəti kimi audito
riyanın psixologiyasını tədqiq edirlər. Məntiq natiqə öz fikirlərini
ardıcıl, düzgün çatdırmağı, çıxışını düzgün qurmağı, irəli sürdüyü
müddəaların düzgünlüyünü sübut etməyi və rəqiblərin iddialarını
rədd etməyi öyrədir.
Dostları ilə paylaş: