quqi mövqe); «təşəkkül» ( formalaşma, yaranma) və «təşəkkür»
(minnətdarlıq) sözlərinin səhv salınması.
Sözlərdən nitqdə düzgün istifadə edilməsi üçün onların dəqiq
mənasını bilmək kifayət etmir, həm də sözlərin məntiqi uyğunluğu
nu, onların bir-biri ilə birləşməsinin mümkünlüyünü nəzərə almaq
lazımdır. Leksik uyğunluğun qeyri-iradi pozulması şifahi nitqin
çox geniş yayılmış qüsurudur.
Çox zaman belə deyirlər: görüş çağınlmı şdır,
imtahandan
kəsilmişdir, töhmət oxunmuşdur, öhdəlikləri tamamlamaq, çox
dərin hörmət,
diqqəti qüvvətləndirmək, dünyagörüşünü yüksəlt
mək. Bəzən «müasir tələbatlara təminat vermək». Yaxud, «Təda
rükçüdən sifarişçinin xeyrinə maddi ziyan tutuldu» (maddi ziyan
ödənilə bilər).
Adi məişət üslubundakı ifadələri bədii ədəbiyyatın yüksək ifa
dələri ilə birləşdirmək olmaz. Məsələn, «Bütün bu əzablı keşməş-
keşlərdən sonra o, hər bir əməliyyatda
qənaət edilməsi uğrunda
ruhdan düşməyən alovlu mübarizə çevrildi» (burada sadəcə olaraq,
«O, hər bir əməliyyatda qənaət edilməsini təklif etdi» söyləmək
olardı).
Təkcə sözlərin düzgün seçilməsi yox,
onlardan düzgün cümlə
qurulması da çox mühümdür. Halbuki, işgüzar söhbətlərdə çox za
man söylənən mülahizələrin quruluşunun düzgün olmasına əhə
miyyət verilmir. Çox zaman söz birləşmələri də düzgün qurul
mur. Məsələn: «dərs üzrə cədvəl» («dərs cədvəli» əvəzinə), «bu
məlumatlarla işləmək» («bu məlumatlardan istifadə etmək» əvə
zinə) və s.
Başqa hallarda isə fikrin düzgün ifadə olunmaması nəzərə çar
pır: «Maşının hazırlanması zamanı əlavə yanacaq doldurma tələbatı
nəzərə alınmışdır» («onun əlavə yanacağa tələbatı» əvəzinə).
Bəzən işarə əvəzliynin düzgün işlədilməməsinə də rast gəlinir:
«Rəhbərlik o haqda göstərdi ki...» («Rəhbərlik o haqda göstəriş
verdi» söylənilməlidir); «Tədarükçü şirkət o haqda təkid edir.»
(«Tədarükçü şirkət bununla əlaqədar təkid edir ki...» olmalıdır).
İşgüzar nitqdə çox zaman səbəbsiz yerə «aid», «dair» qoşmala
rından istifadə edilir. Məsələn: «Təlimat həmin məsələyə aid idi»
332
(«Həmin məsələ haqqında idi» əvəzinə); «Əlavə mal gətirilməsinə
aid cədvəl tərtib olunmuşdun» («Əlavə mal gətirilməsinin cədvəli»
əvəzinə). «Müəssisə öz məhsullarının maya dəyərinin azaldıl
masına aid böyük uğurlar qazanmışdın» («M əhsullanmn maya
dəyərinin azaldılmasında» olmalı idi).
Feili sifət tərkiblərindən istifadə zamanı ədəbi normanın
mümkün pozulmalannın qarşısının alınması üçün, onlara xas olan
qrammatik xüsusiyyətlər nəzərə alınmalıdır.
Çox zaman işgüzar
danışıqlarda aşağıdakı səhvlərə rast gəlinir;
• Feili sifətlərdə zaman anlayışı qarışıq salınır. Məsələn: «Ye
kun sözü ilə çıxış etmiş iclasın sədri ona verilən bütün sualları ca
vablandırdı» («çıxış edən» olmalı idi).
• Feili sifətlərdən düzgün istifadə edilmir. Məsələn, indiki
zaman mənası əmələ gətirən feli sifət şəkilçisi -an2 əvəzinə gə
ləcək zaman mənalı acaq2 feli sifət şəkilçilərindən istifadə edir
lər: «Bunu etməyə çalışacaq şirkətlər» ( «bunu etməyə çalışan şir
kətlər» əvəzinə);
• Feilin qrammatik məna növlərindən səhv istifadə edilir (mə
sələn, qayıdış) ki, bunlar fərqli mənalar daşıya bilir. Məsələn: «əlavə
yemləndirilməyə yola salman toyuqlar...» («göndərilən» olmalı idi).
Yuxanda qeyd edildiyi kimi, işgüzar adamlann nitqinin səciy
yəvi xüsusiyyətlərindən biri də məsdər tərkiblərindən geniş istifadə
edilməsidir. Lakin bu leksik kateqoriyadan səriştəsiz istifadə üslub
qüsurlanna səbəb olur və deməli, işgüzar nitqin də səhv olması ilə
nəticələnir. M əsdər tərkiblərinin çoxluğu nitqi ağırlaşdınr, onu qu
ru və çətin anlaşılan edir.
Dostları ilə paylaş: