Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Seqmentlər üzrə ilkin və təkrar informasiyalar



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə172/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Seqmentlər üzrə ilkin və təkrar informasiyalar
üstünlük təşkil edən 
risklərin və rentabelliyin səviyyəsindən asılı olaraq fərqləndirilir. Əgər ilkin 
informasiya dedikdə, əməliyyat seqmentləri üzrə informasiyalar başa 


Sifariz Səbzəliyev
 
185 
düşülürsə, onda təkrar informasiya kimi coğrafi seqmentlərlə bağlı informa-
siyalar xarakterizə edilir. Əksinə, ilkin informasiya coğrafi seqmentlər üzrə 
verilirsə, təkrar informasiya əməliyyat seqmentlərini əks etdirir (şəkil 12.1). 
İ
lkin informasiya seqmentlərinin seçilməsi əsasları
 
 
Şəkil 12.1.
 Seqmentlər üzrə informasiyaların açıqlanması 
Beynəlxalq Standartların tövsiyəsinə görə, seqmentlər üzrə ilkin (tək-
rar) informasiyaları şirkətlərin təşkilati strukturundan asılı olaraq formalaş-
dırmaq məqsədəuyğundur. Seqmentləri yalnız kənar hesabatlar üçün hazır-
lamağa cəhd göstərmək bütün hallarda səhvlərə və informasiyaların hazır-
lanmasında gərginliklərə gətirib çıxarır.
Seqmentlər üzrə ilkin informasiya
aşağıdakı göstəricilər üzrə 
açıqlanır: 

satışın ümumi məbləği; 

hesabat seqmentlərinin maliyyə nəticəsi (mənfəət, yaxud zərər); 

hesabat seqmentlərinin öhdəliklərinin ümumi balans məbləği; 

seqmentlərin əsas vəsaitlərinə və qeyri-maddi aktivlərinə hesablan-
mış amortizasiya ayırmalarının ümumi məbləği; 

seqmentlərin övlad və asılı cəmiyyətlərində xalis mənfəətdə 
(zərərdə) məcmu payı; 

asılı və övlad cəmiyyətlərə qoyuluşların ümumi məbləği. 
Əməliyyat seqmentləri 
Coğrafi
seqmentlər 
Risklər və mənfəət 
istehsal olunan 
malların, yerinə 
yetirilən iş və 
xidmətlərin fərqli 
xüsusiyyətləri ilə 
müəyyənləşdirilir 
Risklər və mənfəət tam 
bərabər şəkildə istehsal 
olunan malların, yerinə 
yetirilən iş və xidmətlərin və 
fəaliyyətin coğrafi 
regionlarının fərqli 
xüsusiyyətləri ilə 
müəyyənləşdirilir 
Risklər və mənfəət 
fəaliyyətin coğrafi 
regionlarının fərqli 
xüsusiyyətləri ilə 
müəyyənləşdirilir 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin