Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə174/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Uçotu Standartı 
nəzərdə tutulan bütün seqment göstəricilərinin təkrar 
informasiyalarının açıqlanmasını qadağan etmir. Xüsusən də bir sıra infor-
masiyaların hesabata əlavələrdə açıqlanması daha səmərəli sayıla bilər: 

hər bir əməliyyat seqmentində məhsulların və xidmətlərin tipləri; 

hər bir coğrafi seqmentin tərkibi ; 

seqment uçot siyasətində dəyişiklər; 


Sifariz Səbzəliyev
 
187 

seqmentlərarası köçürmələr üçün qiymətqoyma metodları; 

hesabat seqmentləri üzrə aktivlərin və öhdəliklərin, gəlirlərin və s. 
göstəricilərin, həmin maddələr üzrə təşkilatın ümumi göstəriciləri ilə 
üzləşdirilməsi. 
12.2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi 
 
Əməliyyat seqmenti aşağıdakı müəssisələrin komponentidir: 

gəlir əldə etdiyi və ya öhdəlik qazandığı kommersiya fəaliyyətləri ilə 
məşğul olanlar; 

əməliyyat nəticələri baş qərar qəbul edən şəxs tərəfindən seqmentə 
vəsaitlərin bölüşdürülməsi və onun fəaliyyət nəticələrinin qiymət-
ləndirilməsi məqsədi ilə təhlil edilənlər; 

ayrıca maliyyə məlumatı göz qabağında olanlar. 
Əməliyyat seqmenti hələ gəlir gətirməyən kommersiya fəaliyyəti ilə 
məşğul ola bilər. Başlanğıc əməliyyatlar gəlir gətirməzdən öncə əməliyyat 
seqmentlərinə misal ola bilər. 
Müəssisənin hər bir hissəsinin əməliyyat seqmenti və ya əməliyyat 
seqmentinin bir hissəsi olması zəruri deyildir. Bu MMUS məqsədləri üçün, 
müəssisənin işçilərinə əmək fəaliyyətinin başa çatmasından sonrakı 
mükafatlandırma planları əməliyyat seqmentləri deyildir. 
“Baş qərar qəbul edən şəxs”
termini xüsusi vəzifə sahibi olan rəhbər 
şəxsdən daha çox funksiyanı bildirir. Bu funksiyanın vəzifəsi vəsaitləri 
müəssisənin seqmentlərinə paylaşdırma və müəssisənin fəaliyyətinin 
nəticələrinin qiymətləndirilməsindən ibarətdir. 
Əməliyyat seqmentlərinin üç xassəsi bir çox müəssisələrin əməliyyat 
seqmentlərini aydın şəkildə göstərir. Buna baxmayaraq, müəssisə öz kom-
mersiya fəaliyyətini müxtəlif yollarla göstərilmiş hesabatlar vasitəsilə 
təqdim edə bilər. Baş qərar qəbul edən şəxs seqment məlumatlarının birdən 
artıq növündən istifadə etdiyi halda, hər bir komponent üçün kommersiya 
fəaliyyətinin təbiəti, onlara cavabdeh olan şəxslərin mövcudluğu və direk-
torlar şurasına təqdim olunmuş məlumat da daxil olmaqla, digər amillər 
müəssisənin əməliyyat seqmentlərini təyin edən komponentlər toplusunu 
müəyyən edə bilər. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin