Sifariz Səbzəliyev 21
milli praktikası göstərir ki, Maliyyə Hesabatının Beynəlxalq Standartları və
Milli Mühasibat Uçotu Standartları arasında oxşar cəhətlər çox olsa da,
onların fərqli cəhətləri də müşahidə olunmaqdadır.
Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılması pro-
bleminin aktuallığı bir sıra obyektiv səbəblərdən irəli gəlir. Bunlar aşağı-
dakılardır:
İqtisadi inteqrasiya. İnteqrasiya müxtəlif təşkilati formalarda həyata
keçirilə bilər. Məsələn, bəzi şirkətlər özlərinin biznesini digər bölmələrlə
paralel şəkildə fəaliyyət göstərən ayrıca bölmə şəklində təşkil edir. Di-
gər şirkətlər həm daxili, həm də xarici bazarlarda özlərinin fəaliyyətini
müxtariyyət şəklində ayrıca istehsalat xətti vasitəsilə təşkil etməyə
üstünlük verirlər. Üçüncü qisim təşkilatlar funksional əlamətlər üzrə
fəaliyyət göstərirlər. Bu halda istehsalat, təchizat, satış, maliyyə və uçot
funksiyaları müxtəlif funksional-istehsalat vahidlərində inteqrasiya
olunur;
Korporativ internasionallaşdırmanın nümunəsi kimi səhmlərin nə-
zarət paketlərinin əldə olunması və yaxud bəzi firmaların digər xarici
şirkətlər tərəfindən tam şəkildə ələ keçirilməsi göstərilə bilər;
Beynəlxalq maliyyə bazarının inkişafı dedikdə, dünyanın müxtəlif
ölkələrinin birjalarında qiymətli kağızların alqı-satqısı başa düşülür;
Beynəlxalq kapital bazarının formalaşması. Potensial investorlar
maliyyə hesabatlarının şəffaf (anlaşıqlı) olmasını tələb edirlər. Belə ki,
investor qoyduğu kapitaldan necə istifadə edildiyini izləmək imkanına
malik olmalıdır;
Transmilli korporasiyaların (TMK) güclənməsi. İlk belə korpora-
siyalar 50-60 il bundan əvvəl yaranmışdır. Həmin dövrlərdə onların təsir
dairəsi cüzi idi. Lakin müasir şəraitdə transmilli korporasiyalar özlərinin
iqtisadi və siyasi güclərini toplamaqdadırlar. TMK-nın fəaliyyət göstər-
diyi şəraitdə müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayi-
səliliyi problemi xüsusi aktuallıq kəsb edir. Belə ki, beynəlxalq qayda-
lara görə TMK-nın filialı yerləşdiyi ölkənin qanunlarını və uçot stan-
dartlarını əsas götürməlidir. Müvafiq surətdə müxtəlif ölkələrin maliyyə
hesabatları biri-birilə müqayisə oluna bilmir və son nəticədə konsolidə
edilmiş hesabatın formalaşması prosesi müəyyən çətinliyə məruz qalır.