Sifariz Səbzəliyev 171
müqavilənin şərtlərinə uyğun olaraq düzəliş aparmaq vacibdir. Satışın
mümkün xalis dəyəri, yaxud ədalətli dəyərlə əks etdirilən məbləğlərdə
qeyri-pul maddələri yenidən qiymətləndirilmir.
Misal. Təşkilat iqtisadiyyatı hiperinflyasiya şəraitində olan ölkənin
valyutası ilə maliyyə hesabatı tərtib edir. Hesabatın tərtib edildiyi tarix
balansda qeydə alınmışdır: hesabat tarixinə qüvvədə olan pul vahidilə əks
etdirilən pul vəsaitləri (bu məbləğ milli uçot valyutası vahidinə 30 vahid
məzənnə ilə yenidən hesablanmalıdır (30000 x 30), satışın mümkün xalis
dəyərilə qiymətləndirilən material ehtiyatları, borc vəsaiti məbləğində
düzəliş aparılması nəzərdə tutulan kreditor borcu (700000 x 1,7). Düzəliş
cədvəlinin fraqmentləri aşağıdakı kimidir (cədvəl 11.2).
Cədvəl 11.2
Düzəliş cədvəlinin fraqmentləri Balans maddələri Məbləğ, man. Düzəliş Yenidən hesablanmanı nəzərə almaqla məbləğ, man. Milli valyuta ilə pul
vəsaitləri
2000000
-
2000000
Xarici valyuta ilə
pul vəsaitləri
30000
30
900000
Ehtiyatlar
100000
-
100000
Kreditor borcları
400000
1,7
1190000
Yerdə qalan bütün qeyri-pul maddələri yenidən qiymətləndirilir
. Əgər qeyri-pul aktivləri əvvəllər yenidən qiymətləndirilməmişdirsə,
faktiki maya dəyəri ilə uçota alınmışdırsa, onlar satın aldıqları tarixə möv-
cud olan məbləğdə əks etdirilir. Belə obyektlərə ehtiyatlar, əsas vəsaitlər,
qeyri-maddi aktivlər və investisiyalar aiddir. Onların dəyəri satın alındıqları
tarixdən hesabat tarixinədək baş verən qiymətlərin ümumi indeksindəki
dəyişikliklər nəzərə alınmaqla düzəlişə məruz qalır. Bitməmiş istehsalın və
hazır məhsulların dəyərində satınalma xərclərinin baş verdiyi tarixdən
etibarən düzəliş aparılır və bu proses gələcəkdə də davam etdirilir.