Maliyyə hesabatı
210
15.2. Dövlət orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada
mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış
olmaq hüququ
vardır.
15.3. Mühasibat uçotu subyekti tərəfindən audit yoxlamasına cəlb olun-
muş auditorun qanunvericiliklə müəyyən edilmiş qaydada bütün mühasibat
uçotu sənədləri ilə tanış olmaq hüququ vardır.
Maddə 16. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə
məsuliyyət
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının
və birləş-
dirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması,
təqdim
olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar
qanunvericiliyin po-
zulmasına görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 17. İcra müddəti
17.0. Mühasibat uçotu subyektləri bu Qanunun 8-ci, 9-cu, 10-cu və 13-cü
maddələrində göstərilmiş tələbləri aşağıda müəyyən edilmiş tarixlərdən gec
olmayaraq bütün hesabat dövrləri üçün icra etməlidir:
17.0.1. bu Qanunun 8-ci və 10-cu maddələrində
göstərilmiş bütün
mühasibat uçotu subyektləri-2008-ci il 1 yanvar
tarixdən;
17.0.2. bu Qanunun 9-cu maddəsində göstərilmiş bütün
mühasibat uçotu
subyektləri-2006-cı il 1
yanvar tarixdən;
17.0.3. bu Qanunun 13-cü maddəsində göstərilmiş bütün mühasibat uçotu
subyektləri- 2009-cu il 1 yanvar tarixdən.
Maddə 18. Keçid müddəaları
18.1. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları
və uçot qaydaları qüvvəyə minənədək mühasibat uçotu ilə bağlı
mövcud
olan normativ hüquqi aktlar qüvvədə qalır.
18.2. Bu Qanunla müəyyən edilmiş Milli Mühasibat Uçotu Standartları
qüvvəyə mindikdən sonra Mühasibat uçotu ilə bağlı qüvvədə olan normativ
hüquqi aktlar ilə Milli Mühasibat Uçotu Standartları və uçot qaydaları
arasında ziddiyyət yarandığı halda, Milli Mühasibat Uçotu Standartları və
ya uçot qaydaları tətbiq edilir.