Balansın vahidliyi
: vahidlik dedikdə, balansın vahid prinsiplər və
qiymətlər əsasında quurulması başa düşülür. Bu o deməkdir ki, təşkilatın
bütün struktur bölmələrində mühasibat uçotunun vahid hesablar planı və
onların müxabirləşməsi tətbiq edilməlidir. Qeyd olunan prinsiplərə əməl
olunmadıqda, biz balansı tərtib edərkən, həmcins olmayan kəmiyyətləri
cəmləmək məcburiyyətində qalırıq ki, bu da balansın dəqiqliyini azalda
bilər.
Maliyyə hesabatı
46
Balansın varisliyi:
bu prinsipə görə hər bir sonrakı balans özündən
əvvəlki balansdan irəli gəlməlidir. Məsələn, keçən ilin son balansı hesabat
ilinin ilk balansı olmalıdır. Əslində bunlar eyni balanslardır, lakin onlar
müxtəlif dövrləri əhatə edir. Daha konkret desək, hesabat dövrünün sonuna
olan məlumatlar növbəti hesabat dövrünün ilk məlumatları deməkdir.
Balansın aşkarlığı:
balansın aşkarlığı dedikdə, onu tərtib edənlər və
oxuyan bütün şəxslər üçün anlaşıqlı olması başa düşülür.
Mühasibat balansı illik maliyyə hesabatının tərkibinə daxil olan he-
sabat formasıdır. Balansın başlıca fərqləndirici xüsusiyyətinə görə onun
formaları və təqdim edilmə qaydaları “Maliyyə hesabatlarının təqdimatı
üzrə” kommersiya təşkilatları üçün 1№-li MMUS vasitəsilə tənzimlənir. Bu
Standart Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 18 aprel
tarixli əmri ilə təsdiq edilmişdir.
3.3.
Mühasibat balansının növləri və formaları
Mühasibat uçotunun mövcud nəzəriyyəsində və praktikasında müha-
sibat balanslarının çoxsaylı növlərinə təsadüf olunur. Onlar məqsədlərinə və
tərkibinə görə biri digərindən fərqlənir. Bu zaman
mühasibat balanslarının
təsnifatını
aşağıdakı əlamətlər təşkil edir:
tərtib olunma mənbələrinə görə;
mülkiyyət formalarına görə;
ümumiləşdirilmə dərəcəsinə görə;
tərtib edilmə vaxtına görə;
təqdim etmənin dövriliyinə görə;
yenidən təşkil prosedurlarının növlərinə görə;
quruluş formasına görə;
təmizlənmə dərəcəsinə görə;
iqtisadi fəaliyyətin növlərinə görə;
xalq təsərrüfatı sahələrinə görə;
tərtib edilmə üsuluna görə;
balans nəzəriyyəsinə görə.
|