XII FƏSİL. ƏMƏLİYYAT SEQMENTLƏRİ ÜZRƏ HESABAT .
180
12.1. “Əməliyyat seqmentləri üzrə” 34№-li Kommersiya təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartı, onun məqsədi və təyinatı . . . .
180
12.2. Əməliyyat seqmentləri müəssisələrin komponenti kimi . . . . . . .
187
12.3. Seqment hesabatlarında cəmlənmə meyarları və kəmiyyət
hüdudları. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
188
12.4. Mənfəət və zərərlər, aktivlər və öhdəliklər haqqında məlumatlar 189
12.5. Seqment hesabatlarının ilkin və təkrar formatlarının
formalaşması . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
190
12.6. Hesabat seqmentləri üzrə informasiyaların açıqlanması . . . . . . 194
KURS ÜZRƏ TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATIN SİYAHISI.
ƏLAVƏLƏR . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ƏLAVƏ 1 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ƏLAVƏ 2 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ƏLAVƏ 3 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
198
199
212
215
Sifariz Səbzəliyev
7
GİRİŞ
Ölkəmizdə iqtisadi inkişafın müasir dövründə müəssisə və təşkilatların
idarə edilməsində mühasibat uçotu və maliyyə hesabatının rolu get-gedə
artmaqdadır. Mühasibat uçotu və maliyyə hesabatı sahəsində beynəlxalq
standartların ölkəmizdə tətbiq olunması və onların əsasında Azərbaycan
iqtisadiyyatının özəlliklərinə uyğunlaşdırılmış milli standartların yaradıl-
ması ölkə iqtisadiyyatının dünyanın inkişaf etmiş iqtisadi qurumlarına mü-
vəffəqiyyətlə və əlverişli şəkildə inteqrasiyasına və yüksələn templə inkişaf
etdirilməsinə hesablanmışdır. Bununla əlaqədar olaraq, son onillikdə mü-
hasibat uçotu və maliyyə hesabatının bir çox məsələlərində ciddi dəyişik-
liklər meydana gəlmişdir. Demək olar ki, mühasibat uçotu və maliyyə he-
sabatı nəzəri və praktiki cəhətdən dəyişikliyə uğramış və müasir bazar iqti-
sadiyyatının tələblərinə tamamilə uyğun olan yeni iqtisadi əsaslar üzərində
formalaşdırılmışdır. Bütün bunlar “050402-Mühasibat uçotu və audit” ix-
tisası üzrə mütəxəssis hazırlığında mühasibat-maliyyə hesabatının dərindən
öyrənilməsi zərurətini şərtləndirmişdir.
Maliyyə hesabatı müəssisənin mühasibat uçotu prosesinin son məhsulu
və uçot informasiyalarının işlənməsinin son mərhələsidir. Maliyyə hesa-
batında müəssisənin kənar istifadəçilər üçün təqdim etdiyi standart infor-
masiyalar əks olunur. Ona görə də mühasibat uçotunun tələbələrə öyrə-
dilməsi prosesində maliyyə hesabatı özünəməxsus şəkildə mühüm yer tutur.
Bunları nəzərə alaraq, “050402-Mühasibat uçotu və audit” ixtisası üzrə
bakalabr ali təhsilinin dövlət standartında maliyyə hesabatının ayrıca fənn
kimi tədris olunması nəzərdə tutulmuşdur. Oxuculara təqdim edilən bu dərs
vəsaitində həmin standartın tələblərinə uyğun hazırlanmışdır. Bununla
yanaşı, dərs vəsaitinin hazırlanmasında mühasibat uçotu və maliyyə hesa-
batı sahəsində ölkəmizdə hal-hazırda tətbiq olunan beynəlxalq və milli stan-
dartların tələbləri də nəzərə alınmışdır.
Dərs vəsaitinin 3 bölmədən və 12 fəsildən ibarətdir. Birinci bölmə 2
fəsildən ibarət olub, maliyyə hesabatının nəzəri və metodiki məsələlərinə
həsr edilmişdir. Burada maliyyə hesabatının təyinatı, mahiyyəti, normativ
tənzimlənməsi, tərkibi, konseptual əsasları və digər bu kimi məsələlərə
baxılır.
|