Sifariz Səbzəliyev
87
qeyri-pul maddələri (amortizasiya, qiymətləndirilmiş öhdəliklər,
təxirə salınmış vergi, xarici valyuta mübadiləsindən yaranmış sair gəlirlər və
xərclər, asılı müəssisələrin bölüşdürülməmiş mənfəəti və ya zərəri və azlıq
təşkil edən mülkiyyətçilərin payları) üzrə açıqlanan informasiyanı;
investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan
pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün digər maddələrdə gösrərilmiş infor-
masiyanı.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabatının qüvvədə olan forma-
sına ən azı aşağıdakı maddələr və maddələr üzrə düzəlişlər, dəyişikliklər
daxil edilməldir:
hesabat dövründə xalis mənfəət və zərər
aşağıdakı maddələr üzrə düzəlişlər:
1)
azlıq təşkil edən mülkiyyətçilərin payı;
2)
mənfəət vergisi üzrə xərclər;
3)
qeyri-pul maddələri üzrə gəlirlər və xərclər;
4)
investisiya fəaliyyətinə və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid
olan digər maddələr.
aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:
1)
ehtiyatlar;
2)
əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri;
3)
əməliyyat kreditor borcları və hesablaşmalar;
ödənilmiş (qaytarılmış) mənfəət vergisi;
əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti.
Uzunmüddətli aktivlərin və qısamüddətli investisiyaların əldə olun-
ması və satışı, borcların alınması və verilməsi müəssisənin əsas gəlir gətirən
fəaliyyətinə aid olduqda, müəssisə bu əməliyyatlardan yaranan pul vəsait-
lərinin hərəkətini əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti
kimi təsnifləşdirməlidir.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabata
Dostları ilə paylaş: