2.3. Xarici-iqtisadi fəaliyyət nəqliyyat təminatında logistikanın rolu
Son onilliklərdə dünyanın müxtəlif ölkələrində milli iqtisadiyyatların beynəlmilləşməsi proseslərinin güclənməsi fonunda BNƏ-ri və logistikanın optimal təşkili problemləri üzrə dövlət siyasətinin diqqət mərkəzində saxlanılmasına zərurət artmaqdadır. Bu ilk növbədə dövlətin xarici-iqtisadi fəaliyyət üzrə strateji hədəflərinin tərkib hissəsi kimi zərurətdən yaranır. Digər tərəfdən dövlət xarici-iqtisadi fəaliyyət iştirakçılarının rəqabət qabiliyyətinin artırılması üçün BNƏ-nın səmərəli təşkilinin vacibliyini nəzərə alır. Bu proseslərdə isə logistika sistemin optimal formalaşdırırlması mühüm əhəmiyyət kısb edir.
“Logistika” termininin anlayışı – latıncadan “logistice” sözündən formalaşmışdır və mahiyyəti “seçmək məharəti” mənasındadır. Hələ qədim Vizantiyada (bizim eradan əvvəl IX əsrdə). Logistikadan hərbi termin kimi istifadə edilməsi məlumdur, mənası isə “arxa cəbhə”, “ordunun təchizatı” kimi səslənirdi. Müasir dövrdə logistikaya münasibət kompleks yanaşma səviyyəsində dərinləşməkdədir. Belə ki, artıq logistikaya
“ümumi məsuliyyət” konsepsiyası prizmasından baxılması intensivləşməkdədir.
Dostları ilə paylaş: |