5.7. Beynəlxalq dəmiryolu daşımaların tənzimlənməsi qaydaları
Beynəlxalq dəmiryolu daşımaları beynəlxalq nəqliyyat əməliyyatlarının əsas istiqamətlərindən biridir və bu nəqliyyat vasitəsindən geniş istifadə diqqət çəkir. Qeyd etmək lazımdır ki, beynəlxalq dəmiryolu marşrutları çoxlu ölkələrin sərhədlərini keçir və bu baxımdan onun beynəlxalq səviyyədə tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.
Hazırda beynəlxalq dəmiryolu üzrə daşımaların təşkili sahəsində qüvvədə olan beynəlxalq hüquqi aktlara-Yük və sərnişinlərin dəmiryolu ilə daşınması barədə Bern konvensiyası və Dəmiryolu ilə beynəlxalq yük daşımaları barədə Saziş daxildirlər.
Dostları ilə paylaş: |