Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271



Yüklə 247,59 Kb.
səhifə8/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Təşkilati prinsiplərə bunlar aiddir: sosial-texnoloji səriştə, təşviq etmə, əmrin icrasına nəzarət edilməsi və yoxlanması, səlahiyyətlər və məsuliyyətin vəhdəti.

Sosial-texnoloji səriştə sosial işçinin meydana gələn problemlərin həll edilməsi haqqında hərtərəfli biliklərə malik olması və öz biliklərini təcrübədə tətbiq edə bilmək bacarığıdır. Bu prinsip kadrların qaunauyğun şəkildə təlim və təkrar hazırlıq keçməsini, məlumatın dəqiq bildirilməsini, idarəetmənin bütün səviyyələrində analitik və proqnostik fəaliyyətin təmin edilməsi sosial işin obyektləri, onların tipologiyası və xüsusiyyətləri haqqında dərin və hərtərəfli biliklərə malik olmağı, sosial xidmətlərin həyata keçirildiyi zaman işgüzarlıq və təşkilatçılıq prinsiplərinə riayət olunmasını nəzərdə tutur.

Bu qrupun ən vacib prinsiplərindən biri sosial işin təşviq edilməsidir. Sosial yardım sisteminin effektivliyi sosioloqların maraq və tələbatları ilə şərtlənən fəallığı ilə müəyyən edilir. Sosial işin iştirakçılarının maraq və tələbatlarına təsir göstərmədən, onların fəaliyyətini təşviq etmədən müsbət nəticə gözləmək mümkün deyil.

Təşviqetmə müəyyən məqsədə nail olmaq üçün insanın öz enerjisini, bacarıqlarını, mənəvi və iradi potensialını reallaşdırmasında fəaliyyətin şüurlu şəkildə təzahür etməsidir. Sosial işdə təşviqetmə prinsipi ideyaların mənəvi və maddi formalarının harmonik şəkildə birləşməsinin; şəxsin vasitə və üsullarının peşəkar, maarifləndirici və psixoloji xüsusiyyətlərinin; insanın işə, onun sosial dəyərlərinə münasibətinin obyektivliyinin adekvatlığını nəzərdə tutur.

İcraya nəzarət edilməsi və yoxlanması sosial işin zəruri prinsipidir. Nəzarət-yoxlama funksiyası sosial işin müstəqil sahəsi deyil, onun ayrılmaz tərkib hissəsidir. Sosial xidmətlərin və idarəetmə orqanlarının nəzarət-yoxlama fəaliyyətinin prinsipi əhalinin müxtəlif sosial qruplarının dövlət tərəfindən himayəsini nəzərdə tutan tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Təcrübədə bu prinsipin həyata keçirilməsi inzibati və ictimai nəzarətin birləşdirilməsini, onun müntəzəm şəkildə icra edilməsini, çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin təhlil və ifadə edilməsini, qanuniliyin və hüquqi qaydaların möhkəmləndirilməsini tələb edir.

Sosial işin əsas təşkilati prinsiplərindən biri də sosial xidmət kadrlarının səlahiyyət və məsuliyyətinin, hüquq və öhdəliklərinin vəhdət təşkil etməsidir. Sosial xidmətlərin fəaliyyət təcrübəsinin öyrənilməsi göstərir ki, onların dəqiq şəkildə xidmət göstərməsinə aşağıdakılar hesabına nail olunur: sosial işin hər bir mütəxəssisinin tərəfindən öz vəzifələrinin, eləcə də qərarların müstəqil şəkildə qəbul edilməsində müvafiq hüquqlarının dərk edilməsi; sosial müdafiə orqanlarının hər bir bölməsinin “şaquli” və “üfiqi” münasibətlərdə səlahiyyət və məsuliyyətinin müəyyən edilməsi; əhalinin sosial müdafiəsi üzrə bölmələr və xidmətlər arasında səmərəli münasibətlərin və informasiya mübadiləsinin qurulması. Kadrların kiçik səlahiyyətlərlə böyük öhdəliklərə sahib olması operativ, qərarlı şəkildə fəaliyyət göstərmək imkanını istisna edir, təşəbbüslərin qarşısını alır və sosial xidmət üzrə mütəxəssislərin məsuliyyətsizliyinə səbəb olur.

Sosial xidmət sahəsində bu işin forma və metodlarına, eyni zamanda, müştərilərə göstərilən psixoloji dəstək üsullarının məcmusunu təşkil edən psixoloji-pedaqoji prinsiplərə böyük yer ayrılır.

Bu qrupdan olan sosial işin təməl prinsiplərindən biri kompleks yanaşmadır. Sosial işdə bütövlük bir tərəfdən sosial işin obyektinə təsirin tamlığını təmin edir, digər tərəfdən isə sosial problemlərin həll edildiyi zaman idarəçiliyə, yerliçiliyə məhdudiyyət qoyulmasına qarşı sipər rolunda çıxış edir. Bu yanaşma problemlərin həllində sosial xidmət müştərisinin vəziyyəti və davranışına psixoloji-pedaqoji təsirin effektivliyini təmin edən prinsip qismində çıxış edir.

Sosial işdə bütövlük prinsipinin əməli surətdə həyata keçirilməsi bunları nəzərdə tutur: insanların maraqlarının, tələbatlarının və əhval-ruhiyyələrinin öyrənilməsi və nəzərə alınması; sosial-siyasi, sosial-psixoloji və məişət amillərinin onların davranış və əhvalına göstərdiyi təsirin proqnozlaşdırılması; insanlarda abstrakt varlıqları deyil, tələbat və istəklərinin onların fərdi mənsubiyyətləri, sosial statusu, məişət şəraiti və həyati təcrübəsi ilə ifadə edilən real şəxsləri görmək bacarığı.

Sosial işin psixoloji-pedaqoji prinsipləri arasında sosial işin müştərilərə diferensiallaşdırılmış  yanaşmasını qeyd etmək lazımdır. Sosial işdə bu yanaşma müxtəlif sosial təbəqələr, qruplar, peşələr və yaşların nümayəndələrində maddi və mənəvi dəyərlərə, bizi əhatə edən gerçəkliyə özünəməxsus baxış və münasibətin yaranması ilə şərtlənmişdir. Bu maddi və mənəvi dəyərləri, bizi əhatə edən gerçəkliyi nəzərə almadan insanların düşüncəsinə, hislərinə, iradəsinə və davranışına təsirin göstərilməsi mümkün deyil. Sosial işdə şəxsin maraqlarının, aktual tələbatlarının, ənənələrinin, zövq və vərdişlərinin xüsusiyyətinin maksimum və konkret şəkildə nəzərə alınmasına köklənmək buradan başlanır.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin