ƏDƏBİYYAT
1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
Bakı, 2009.
2. Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ. Pedaqogika.
Bakı, 2006.
3. Ağayev Ş. və b. İbtidai siniflərdə fəal təlimin nəzəri və
praktik məsələləri. (Metodik vəsait). Bakı, 2007.
4. Bunyadova F., Abdulla B. Təlim və tərbiyədə interaktiv
texnologiya. Bakı, 2000.
5. Həsənov M., Bəhmənova C. İbtidai siniflərdə fəal və
interaktiv metodlardan istifadənin nəzəri-praktik məsə-
lələri. (Metodik vəsait). Bakı, 2009.
6. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı, 2009.
7. Nəzərov A. “Təhsilin müasir problemləri” fənni üzrə
proqram. Bakı, 2010.
8. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil
problemləri. (Mühazirə xülasələri). Dərs vəsaiti, Bakı,
2011.
9. Veysova Z. Fəal (interaktiv) təlim: Müəllim üçün vəsait.
Bakı, 2007.
41
VI MÖVZU
TƏLİM PROSESİNDƏ PEDAQOJİ DİAQNOSTİKA
MƏSƏLƏLƏRİ
PLAN:
1. Bütün zamanlarda mütərəqqi pedaqoqların pe-
daqoji prosesdə
şagirdləri hərtərəfli öyrənməyin
zəruriliyini ön plana çəkmələri
2. Diaqnostika nəticəsində informasiyanı almaq üçün
istifadə olunan prinsiplər
3. “Pedaqoji diaqnostika” termininin pedaqogikaya
daxil olduğu konkret dövr
4. Yeni təlim və pedaqoji texnologiyaların tətbiqə
hazırlanmasının kriteriyayönümlü diaqnostikası
Respublikamızda müasir dövrdə sosial-iqtisadi proseslərin
inkişaf istiqamətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdən
biri də informasiyanın rolunun əhəmiyyətli surətdə artmasıdır.
Təhsil sisteminin təlim-tərbiyə, idarəetmə, qiymətləndirmə və s.
fəaliyyət növlərinin təkmilləşdirilməsində informasiyanın rolu
böyükdür. Həmçinin təhsil sistemi inkişafın başlıca istiqa-
mətlərini xarakterizə edir. Təhsil sistemində informasiyalardan
istifadəyə kortəbii surətdə yanaşma yüksək səviyyədə subyek-
tivliyə gətirir və informasiya cəmiyyətinin inkişaf tendensiyaları
ilə ziddiyyət təşkil edir. Baxılan problemin həlli təhsil prosesinə
müasir pedaqoji texnologiyaların tətbiqi nəticəsində mümkündür.
Pedaqoji diaqnostikanı belə müasir texnologiyalara aid etmək
olar. Şagirdlərin biliyinin inkişaf mərhələsinə müxtəlif faktor-
lardan bu və ya digər formada alimlər, tədqiqatçılar münasibət
bildirmişlər.
Rus tədqiqatçısı Uşinski yazmışdır ki, “Əgər pedaqogika
insanı hərtərəfli tərbiyə etmək istəyirsə, onda hər şeydən əvvəl
onu hərtərəfli öyrənməlidir”. O, müəllimlərə məsləhət görmüşdür
ki, şagirdlərinizi, onların ətraf mühitini, fiziki və daxili təbiətini
nə qədər mümkündürsə çox öyrənsinlər.
42
Suxomlinski bu problemin həllinə daha hərtərəfli və dərin
yanaşmış və qeyd etmişdir ki, uşağı hərtərəfli öyrənmək peda-
qogikanın nəzəri və praktik sahələrinin başlıca kəsişmə nöq-
təsidir. Sonrakı müəllimlər və tədqiqatçılar da pedaqoji prosesdə
uşağın hərtərəfli və dərindən öyrənilməsinə diqqət yönəltmişlər.
Göründüyü kimi, bütün zamanlarda mütərəqqi pedaqoqlar
pedaqoji prosesdə şagirdlərin hərtərəfli öyrənilməsinə geniş yer
vermişdir. Onların bu fikirləri müasir pedaqogika elmində peda-
qoji diaqnostikanın mahiyyətinin əsasını təşkil etmişdir. Pedaqoji
diaqnostika termini isə pedaqogika elminə keçən əsrin sonuncu
onilliyində daxil olmuşdur. Təhsil sahəsində tətbiq olunan
ənənəvi nəzarət metodlarından fərqli olaraq pedaqoji diaqnostika
təhsil sisteminin fəaliyyətin nəticələrinin müntəzəm olaraq izlənil-
məsini nəzərdə tuturdu ki, bu da onun yekun olaraq müqayisəli
təhlilinə imkan verir.
Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hər bir
diaqnostik metodika pedaqoji diaqnostika üçün də müvəf-
fəqiyyətlə istifadə oluna bilər.
Pedaqoji diaqnostikanın məqsədi, onun fəaliyyətinin ma-
hiyyətini əks etdirən pedaqoji informasiya yolu ilə həyata ke-
çirilir.
Diaqnostika nəticəsində
informasiyanı almaq üçün
aşağıdakı prinsiplərə istinad olunur:
1. Diaqnostik praqnozvermə istiqamətliliyi prinsipi
2. Pedaqoji kommunikativlik prinsipi
3. Sosial normativ xarakterlilik prinsipi
4. Elmilik prinsipi
5. Peşəkarlığın məqsədəmüvafiqlik prinsipi
6. Fasiləsizlik prinsipi
7. Tamlıq prinsipi
8. Ardıcıllıq prinsipi
Pedaqoji diaqnostikanın texnologiyasının işlənilməsi
prosesində təcrübi və nəzəri metodlardan istifadə edilir. Onlara
sorğu, müşahidə, müsahibə, anketləşdirmə, söhbət, təbii və diaq-
nostik eksperiment, modelləşdirmə aid edilir.
43
Pedaqoji diaqnostika termini, pedaqogikaya keçən əsrin
axırıncı on illiyində daxil olmuşdur. Təhsil sahəsində tətbiq
olunan ənənəvi nəzarət metodlarından fərqli olaraq öyrənilməsini
nəzərdə tutur ki, bu da onun nəticələrinə, müqayisəli təhlilinə
imkan verir. Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hər
bir diaqnostik metodika pedaqoji diaqnostika üçün əhəmiyyətli
olar. Pedaqoji diaqnostikanın məqsədi, onun fəaliyyətinin
mahiyyətini əks etdirən pedaqoji informasiya təyin olunur. Peda-
qoji informasiya dedikdə, biz diaqnostika, proqnoz vermə, məq-
sədəmüvafiq, pedaqoji, kommunikativ, interaktiv, sosial normativ
xarakterlə şərtlənən və ümumtəhsil məktəblərində təhsil fəaliyyəti
nəticəsində onun subyektlərə tərbiyəvi təsir edən inkişafını
nəzərdə tutur.
Diaqnostika nəticəsində informasiyanı almaq üçün diaq-
nostikanın nə kimi prinsiplərə əsaslanması barədə yuxarıda
məlumat verilmişdir.
İnnovasiyalı metod və
texnologiyalardan istifadəni
arzulamaq azdır, bunu reallaşdırmaq üçün yüksək peşəkarlığa nail
olmaq lazımdır. Ona görə də müəllimin, yaxud kollektivin hər
şeydən əvvəl yeni texnoloji təcrübənin tətbiqinə peşəkarlıqla
yanaşması məsləhət görülür. Bu baxımdan, şəxsiyyətyönümlü
təlim sistemi əsasında qurulan metodika daha səciyyəvidir. Əgər
müəllim metodikada əks olunan bütün parametrləri icra etmişsə,
o, yeni təhsil texnologiyasından, indiki halda şəxsiyyətyönümlü
təlimdən istifadə etməyə hazır ola bilər.
Müəllim üçün təzə olan metodikanın tətbiqində təhsil
müəssisəsi rəhbərinin mövcud innovasiyaya münasibəti də çox
vacib faktordur. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox
müəllim yeniliklərin tətbiq edilməsi ilə işlədiyi halda, onun
fəaliyyətini yenə də köhnə ölçülərlə qiymətləndirirlər.
Məktəb rəhbərləri yeni təlim metodları ilə işləyən
müəllimlərin dərsini dinləmək üçün yeni yanaşmaları yüksək
səviyyədə mənimsəməlidir.
44
Əgər məktəb rəhbərləri bir çox parametrlərə görə dərsin
təhlilinə hazır deyilsə, onda o yeni metodlarla tanış olmalı, bu növ
fəaliyyət üçün şəxsi hazırlığını artırmalıdır.
Pedaqoji diaqnostikanın texnologiyasının işlənilməsi pro-
sesində təcrübi nəzəri metodlardan istifadə edilir. Onlara sorğu,
müşahidə, müsahibə, anketləşdirmə, təbii və diaqnostik ekspe-
riment, modelləşdirmə və s. daxil edilir. Bu halda diaqnostikanın
subyektlərindən alınan informasiyanın etibarlılıq səviyyəsi
mühüm əhəmiyyət kəsb edir.
Deməli, təlimdə pedaqoji diaqnostikanın metodlarından
düzgün və yaradıcı şəkildə istifadənin əhəmiyyəti təkzibolun-
mazdır (müşahidə, müsahibə, anket sorğusu, testləşdirmə,
pedaqoji-psixoloji eksperiment və s.).
Məktəbli müvəffəqiyyətinin diaqnostikası baxımından
biliyin yoxlanılmasının şifahi, yazılı və test formalarından səmə-
rəli istifadə olunmalıdır. Bu da onu göstərir ki, təhsil sitemində
təlimə yararlılığın və intellektual inkişafın diaqnostikası düzgün
müəyyənləşdirilməlidir.
ƏDƏBİYYAT
1. Ağamalıyev R., Əhmədov İ. Tədris prosesində modul
təlim texnologiyasından istifadənin imkan və yolları.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
2. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.
3. Kazımov N., Həşimov Ə. Pedaqogika. Bakı, 1996.
4. Kərimov Y. Təlim metodları. Bakı, 2007.
5. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.
Bakı, 2007.
6. Məktəb pedaqogikası.(Q.İ.Şukinanın redaktəsi ilə) Bakı,
1982.
7. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil
problemləri. (Mühazirə xülasələri) Dərs vəsaiti, Bakı,
2011.
45
VII MÖVZU
PEDAQOJİ İNNOVASİYALAR
PLAN:
1. İnnovasiyanın mahiyyəti
2. Pedaqoji sistemin optimallaşdırılması
3. İnnovasiyaların
obyektini
müəyyənləşdirən
problemlər
4. Hazırda pedaqoji sistemdə
gedən innovasiya
prosesinin növləri
İnnovasiya
sözü
ingiliscə,
“innovation”
sözündən
götürülmüşdür. Mənası “yenilik” deməkdir. Pedaqoji innovasiya
dedikdə, təlim, tərbiyə, təhsil prosesinin gedişini və nəticələrini
yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən
yenilik başa düşülür. İnnovasiya pedaqoji sistemin daxili
ehtiyatları hesabına baş verir. İnnovasiya sözünün əvvəlindəki
“in” hissəsinin mənası da daxili deməkdir.
Pedaqoji sistemin yeniləşməsi çox vacib və aktual
ideyadır. Çünki təhsil cəmiyyətin simasıdır. Cəmiyyətin inkişafı
təhsildə də öz əksini tapmışdır. Ölkədə siyasi sistemin dəyiş-
məsindən sonra cəmiyyətdə olduğu kimi təhsildə də yeniliklər baş
vermişdir. İndi yeni tip məktəblər yaranmışdır. Alternativ təhsil
planları, dərslikləri, dərs vəsaitləri yaranmışdır. Təhsilə inves-
tisiyalar qoyulur.
Pedaqoji sistem zəncirvari şəkildə bir-birinə bağlıdır.
Sistemdəki komponentlərdən biri pozulduqda sistem dağılır və
onun əvəzinə yeni xassələri olan başqa bir sistem yaranır.
Pedaqoji sistemin elementləri aşağıdakılardır:
1. Şagirdlər;
2. müəllimlər;
3. təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri;
4. təlim və tərbiyənin məzmunu;
5. təlimin texniki vasitələri;
6. təlim-tərbiyə və təhsil işinin təşkili formaları;
46
7. təlim-tərbiyə və təhsil prosesinin idarə olunması;
8. təlim-tərbiyə və təhsil prosesinin texnologiyası;
9. təlim-tərbiyə və təhsil prosesinin nəticələri.
Pedaqoji sistemin səmərəsi 100%-dən artıq ola bilməz. Bu
göstəricinin 50%-i müəllimin, 50%-i isə şagirdin payına düşür.
Buradan belə çıxır ki, ən pis pedaqoji prosesin nəticəsi 50%-dən
aşağı ola bilməz. Həmin 50%-i bünövrə götürməklə hər zaman
daha 50%, yəni 100%-ə çatmaq uğrunda mübarizə gedir. Lakin
indiyədək tam 100%-lik qələbə əldə edilməmişdir. Ənənəvi
pedaqoji sistemli iş əmsalı 60%-dir. Bu o deməkdir ki, məktəb
yetirmələrinin yarıdan bir az çoxu proqram materiallarını
mənimsəyə bilir. Odur ki, daha yüksək mənimsəmənin yolları
axtarılır.
Pedaqoji sistemin təkmilləşdirilməsinin iki yolu var: 1)
İntensiv (fransızca – gücləndirmək, məhsuldarlığı artırma); 2)
Ekstensiv (latınca – genişləndirmək, uzatmaq).
İntensiv yol – pedaqoji sistemin inkişafını daxili ehtiyatlar
hesabına həyata keçirməyi nəzərdə tutur. Ekstensiv yol isə peda-
qoji sistemin inkişafı üçün əlavə qüvvələrin (investisiyaların),
yeni vasitələrin, avadanlıqların, texnologiyaların, kapital qoyu-
luşunun cəlb edilməsidir.
Hazırda qərb məktəbi ekstensiv yolla inkişaf edir. Hazırda
müstəqil yolla pedaqoji məhsulun keyfiyyətinin artmasına şübhə
edirlər və nəzəriyyəçilər belə fikir söyləyirlər ki, yaxın vaxtlarda
pedaqogikada innovasiyalar keçmişə qayıtmağı aparıb çıxa-
racaqdır. Odur ki, indi intensiv və ekstensiv yolların inteqrasiyası
yolu ilə
pedaqoji sistemin səmərəliliyini yaxşılaşdırmağın
mümkünlüyünü iddia edirlər.
İnnovasiyaların obyekti aşağıdakı problemlərdir:
a. təlim-tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə,
oxumağa olan marağı) necə yüksəltmək;
b. dərsdə öyrənilən materialın həcmini necə artırmaq;
c. təlimin sürətini artırmaq;
d. vaxt itkisini necə aradan qaldırmaq və s.
47
Hazırda bu problemləri həll etməyin yolları müəyyən-
ləşməlidir. Bu səbəbdən bəzi mütəxəssislər ənənəvi pedaqogikanı
tənqid edir, yeni bir elmin yaranması fikrini irəli sürürlər ki,
həmin elm təhsili kökündən yeniləşdirsin. Bu, olduqca çətindir.
Yeni pedaqoji ədəbiyyatda belə bir elm şərti olaraq “inno-
vasiya pedaqogikası” adlanır. Təlim və tərbiyənin paradiqmalarını
(nəzəri və praktiki problemlərin həllinin əsasını təşkil edən hakim
nəzəriyyə) dəyişməyi tələb edir. İnnovatorlar belə hesa edirlər ki,
klassik pedaqoji nəzəriyyə köhnəlmişdir, indiki şəraitdə yeni
nəsillərə həmin nəzəriyyə əsasında təlim-tərbiyə vermək çətindir.
Ölkəmizdə
innovasiyalı təhsil müəssisələri hazırda
fəaliyyət göstərməkdədir. Müasir Təhsil Kompleksini, XXI əsrin
bir sıra başqa təhsil sahəsindəki yeniliklərini buna misal
göstərmək olar.
1. Humanist pedaqogikanın təşəkkülünə pedaqoji sistemdə
sözün əsl mənasında gedən innovasion prosesi nümunə kimi
göstərmək olar.
2. Təlim-tərbiyə prosesin optimallaşdırılması ümumilikdə
pedaqoji sistemə aid edilən ümumi innovasiyadır. Optimal-
laşdırma (optium – ən yaxşı) mümkün olan variantlardan ən
yaxşısını seçib götürmək prosesidir. Pedaqoji proses çox planlı,
mürəkkəb və dinamik olduğu üçün optimal variantlar da çoxdur.
Onların ən yaxşısını seçib işlətmək vacibdir. Bu zaman alternativ
variantları müqayisə etməyə, daha məqsədəmüvafiq varianta
önəm verməyə lüzum var. Çünki bu şərait (məsələn, sinif) üçün
yararlı olan optimallıq digər şəraitdə özünü doğrultmaya bilər.
Optimallaşdırma nəzəri və praktik baxımdan iki istiqa-
mətdə olur:
1)
nəzəri aspektdə
–
optimallaşdırmanın sinonim
variantlarını hesaba (uçota) alma, müqayisə, tutuşdurmadır;
2) praktiki aspektdə – bu pedaqoji sistemin innovasiyası,
yekun təşkili və qurulması, qarşıya qoyulmuş vəzifələri həll
etmək üçün onun ən yaxşı vəziyyətə gətirilməsidir. Təlim-tərbiyə
prosesi o zaman optimal hesab olunur ki, orada şagirdlər və
müəllimlər yüklənmir və maksimum nəticə əldə edirlər.
48
Təcürbə göstərir ki, şagirdlərin həddindən artıq yüklən-
məsi onların iş qabiliyyətini azaldır, sağlamlığına mənfi təsir
göstərir.
Optimallaşdırma pedaqoji prosesi mövcud vəziyyətə,
şəraitə uyğunlaşdırmağı nəzərdə tutur. Bununla belə o özü yeni
şərait yaradır və pedaqoji prosesin ona tabe olmasını tələb edir.
Təlim-tərbiyə prosesinin optimallaşdırılması o zaman
mümkündür ki, müəllim pedaqoji sistemin bütün parametrlərini
(göstəricilərini) yaxşı bilsin. Bu baxımdan müəllim aşağıdakı
keyfiyyətlərə malik olmalıdır.
1) yaradıcı təfəkkür üslubuna;
2) təfəkkür çevikliyinə;
3) təfəkkür konkretliyinə;
4) təfəkkür sistemliliyinə;
5) qərarlar qəbul edən və fəaliyyət göstərən zaman həddi
gözləmək qabiliyyətinə;
6) daha çox ünsiyyətə girmək və pedaqoji taktı gözləmək
bacarığına.
Ümumiyyətlə, hər bir müəllim təlimi optimallaşdırmağı
bacarmalıdır.
Müasir yeniləşmə prosesinin təhlili əsasında pedaqoji
sistemində gedən innovasiya prosesini üç növə ayırmaq olar:
1. Aşağı səviyyə: Burada yeni qeyri-adi adlar və ümumi
ifadələrdə dəyişikliklər aparılması güman edilir;
2. Orta səviyyə: Burada mahiyyətə
toxunulmadan
formalar dəyişir;
3. Yüksək səviyyə: Burada bütün sistemin və onun
başlıca komponentlərinin əsaslı dəyişilməsi baş verir.
Əslində üçüncü yüksək elmi və praktiki dəyərə malikdir.
Qalanlar keçici xarakter daşıyır və “innovasiya” xatirinə edilir.
Təhlil göstərir ki, üçüncü səviyyə innovasiyanın çox cüzi
hissəsini, ancaq 3 fəslini təşkil edir.
Humanist məktəblərin təcrübəsi artıq innovasion fəaliy-
yətin konkret forma və üsullarını müəyyən etmişdir. Onlardan
aşağıdakıları göstərmək olar.
49
1. Təlim-tərbiyə fəaliyyətinin diferensiasiyası
2. Tərbiyə və təlim prosesinin fərdiləşdirilməsi
3. Hər bir tərbiyə olunanın meyl və qabiliyyətinin inkişafı
üçün əlverişli şəraitin yaradılması
4. Homogen (eyni mənşəli) siniflərin və paralellərin
formalaşdırılması
5. Təlim-tərbiyə üçün rahat şəraitin olması
6. Şagirdə və onun inkişafına inam
7. Şagirdi necə varsa elə qəbul etmək
8. məktəbin məqsəd istiqamətinin dəyişməsi
9. Qiyabi, ekstern təlimin aradan qaldırılması
10. Müəllimin şəxsi daxili yönümünün dəyişdirilməsi
11. Humanitar təhsilin gücləndirilməsi
ƏDƏBİYYAT
1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.
Bakı, 2009.
2. Əliyev A. Yeni (müasir) pedaqoji texnologiyalar və
onlardan
təlim
praktikasında
sistemli
istifadənin
əhəmiyyəti. “Təhsil problemləri” qəzeti, 21-30 iyun, 2007.
3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
4. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2003.
5. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.
Bakı, 2007.
6. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf mər-
hələsində. Bakı, 2009.
7. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil prob-
lemləri. (Mühazirə xülasələri) Dərs vəsaiti. Bakı, 2011.
50
VIII MÖVZU
YENİLİKÇİ MÜƏLLİMLƏRİN PEDAQOJİ
TEXNOLOGİYALARDAN İSTİFADƏ BACARIĞI
PLAN:
1. Müəllimlik peşəsinin insan fəaliyyətinin çox
mürəkkəb növünə aid olması
2. Müəllimin pedaqoji qabiliyyətinin yeddi qrupa
ayrılması
3. İdeal pedaqoji keyfiyyətlərin üç qrupa ayrılması
4. Həqiqi təlim üçün metod və texnologiyaların qar-
şıya qoyulmuş məqsəd və şəraitdən asılı olaraq seçil-
məsi
5. Xarici təcrübədə əxz edilmiş bəzi yenilikçi müəl-
limlər tərəfindən tətbiq edilməyə başlayan interaktiv
metodlar (rollu oyun, debatlar və s.)
Müəllimlik peşəsi insan fəaliyyətinin çox mürəkkəb
növünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri və
bacarıqlarını tətbiq etmək istiqamətini göstərməkdir. Pedaqoji
fəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlimi, təhsili,
tərbiyəsi, inkişafı və formalaşması təşkil edir. Bu işlərin hər
birində müəllim çox konkret işlər görür. O, özü bu başlıca
funksiyanı nə qədər dərindən başa düşsə öz şagirdlərinə də bir o
qədər müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verər. Müəllimin
pedaqoji qabiliyyətləri yeddi qrupa ayrılır:
1. Təşkilatçılıq qabiliyyəti
–
müəllimin uşaqları
birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi
planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü
göstərir.
2. Təlim (öyrətmək, didaktik) qabiliyyəti – tədris
materialının əyani vasitələri, avadanlığı seçmək və hazırlamaq,
tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı
nəql etmək, tədris – idrak fəallığını yüksəltmək, idrak maraqlarını
və onların mənəvi tələbatlarını stimullaşdırmaq bacarığı daxildir.
51
3. Perseptiv qabiliyyət – şagirdlərin daxili aləmini
görmək bacarığında onların emosional vəziyyətini obyektiv
qiymətləndirməkdə psixikasının xüsusiyyətlərini üzə çıxarmaqda
özünü göstərir.
4. Kommunikativ (ünsiyyət) qabiliyyəti – müəllimin
şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin
rəhbərləri ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət qura
bilməsində özünü göstərir.
5. Suqqestiv (təlqinedici) qabiliyyət
–
şagirdlərə
emosional – iradi təsir göstərməkdən ibarətdir.
6. Tədqiqatçılıq qabiliyyəti – pedaqoji situasiyaları və
prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığıdır.
7. Elmi-idraki qabiliyyət – seçdiyi sahə üzrə elmi
bilikləri mənimsəmə qabiliyyətidir.
Bu qabiliyyətlər içərisində aparıcı və köməkçi qabi-
liyyətlər vardır. Didaktik və təşkilatçılıq qabiliyyəti aparıcı
qabiliyyətlərə aiddir. Qalanları isə köməkçi qabiliyyətlər hesab
olunur.
Müəllim üçün ən vacib keyfiyyət humanizmdir. “Huma-
nizm” sözünün mənası, insanpərvər (“insani”, “bəşəri”) deməkdir.
Humanist münasibətlər şagirdlərin şəxsiyyətinə maraqdan, onun
vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris
fəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğı
göstərməkdən və s. – dən ibarətdir.
İnteraktiv metodlarla əlaqədar xarici təcrübədən əxz
olunan, istifadə edilən və əməli işdə tətbiq olunan bir sıra müx-
təlif adlar və terminlərin işlədilməsinə diqqət yetirməyin zəruriliyi
ortaya çıxır. Bu adların verilməsi nəzəri ideyadan deyil, prak-
tikadan – təlim təcrübəsindən irəli gəlmişdir. Əgər hər hansı işini
mükəmməl bilən, yaradıcı işləyən müəllim öz təcrübəsində
şagirdlərarası fəallaşdırmanı təmin edən hər hansı metodika
işləyib tətbiq edərsə özü də onun adını verə bilər.
Nümunə üçün xarici təcrübədən əxz edilmiş və bəzi
yenilikçi müəllimlər tərəfindən tətbiq edilməyə
başlanılan
interaktiv metodlara diqqət yetirək:
52
Rollu oyun. Bu metod didaktikada ilkin formalaşmış
metodlardan biridir. XX əsrin 20-30-cu illərində Azərbaycanda
hətta ədəbi müzakirələri də bu metodla keçirirmişlər. Hələ Sovet
dönəmində müəllimliyə başlayan bəzi müəllimlər dərslərində
rollu oyundan şagirdləri fəallaşdırma və qabiliyyətlərinin artırma
metodu kimi orta məktəbdə istifadə etmişlər. Rollu oyunu hazırda
interaktiv metodlar sırasına daxil edən digər qabaqcıl müəllimlər
vaxtı düzgün hesablamalıdırlar. Göstərilən şərtləri Azərbaycanın
qabaqcıl müəllimləri və uşaq bağçası tərbiyəçiləri 50 ildir ki,
tətbiq edirlər. Rollu oyun mövzuya, fənnə, sinfə görə müxtəlif cür
imitasiya edilə bilər.
Dostları ilə paylaş: |