Debatlar. Debatlar (fransız dilində, “Debats” – hansısa
iclasda, yığıncaqda fikir mübadiləsi) müəyyən bir problemə aid
mübahisədir, bir – birinə əks nöqteyi – nəzərdən toqquşması,
tərəflərin öz mövqeyini mədəni surətdə dəlillər əsasında müdafiə
etməsidir. Debatlar hadisələrə müxtəlif nöqteyi – nəzərlərdən
baxmağa, faktları və ideyaları şübhə altına almağa və inan-
dırmağa başlayırlar.
Debatların əsasını arqumentlər – dəlillər təşkil edir.
Debatlarda gərək nəinki nitqlə çıxış edəsən, eyni zamanda
digər tərəfin arqumentlərini dəf edəsən, öz mövqeyini qarşı
tərəfin mövqeyi ilə qarşılaşdırasan və bununla hakimləri öz üstün-
lüyünə inandırasan. Bu mənada debatlar şahmat oyununa bən-
zəyir, çünki suala nəinki öz mövqeyindən, eyni zamanda rəqibin
mövqeyindən baxaraq onun növbəti arqumentinə hazır olursan.
Debatlar mövzunun qısaca və dürüst ifadəsindən başlanır.
Hər qrup öz mövqeyini müdafiə edir və qarşı tərəfin arqu-
mentlərini təkzib edir.
Demokratik dövlətin gələcək vətəndaşları kimi şagirdlər
debatlar vasitəsilə siyasi hadisələri başa düşə bilir və öz nöqteyi-
nəzərini müdafiə etməyi öyrənirlər.
Debatlar insanların deyil, ideyaların qarşıdurmasıdır,
demokratik cəmiyyətdə isə bu qarşıdurmanın yeganə həlli vasitəsi
əsaslandırılmış arqumentlər ola bilər. Başqa sözlə desək, şagirdlər
53
qarşı tərəfin özünə deyil, onun arqumentlərinə – dəlillərinə həmlə
etməlidirlər.
Debatların ən vacib elementi – tənqidi düşüncədir. Rollu
oyun şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirir, onların
iştirak hissini gücləndirir. Bu üsulla işlədikdə şagirdlər elə bil ki,
hadisələrin canlı iştirakçılarına çevrilirlər. Rollu oyunun keçiril-
məsi zamanı sinfin əksər hissəsi dərs prosesinə qoşulur. Rollu
oyunun sayəsində şagirdlər digərlərinin düşüncə tərzini yaxşı
anlamağa başlayırlar. Bu metodika şagirdlərdə qrupda işləmək
bacarığını inkişaf etdirir. Bu oyunlar dərsin yeknəsəkliyini aradan
qaldırır və mövzuya maraq oyadır.
Rollu oyunların keçirilməsi üsulları müxtəlifdir. Adətən,
müəllim sinfi qruplara bölür və bu qrupların arasında rolları
bölüşdürür. Şagirdlərin fəaliyyəti onların oyuna nə dərəcədə cəlb
olunmasından asılıdır. Şagirdlərin hansının cəlb olunması üçün
müəllimin istiqamətləndirici fəaliyyəti böyük rol oynayır.
Rollu oyunlar hökmən şagirdlərə ünvanlanmış müvafiq
suallarla nəticələnməlidir. Bu suallar rollu oyunların məqsədlərinə
xidmət etməlidir.
Mümkün çətinliklər:
–
Rollu oyunlar şagirdlər üçün
əyləncəyə
çevril-
məməlidir. Bəzən müəllimlər rollu oyunları keçirərkən
oyunun məqsədləri barədə unudurlar və oyunun tək
zahiri tərəfinə diqqət verirlər.
–
Oyuna cəlb olunmayan şagirdlər oyun prosesindən
kənarda qala və ümumiyyətlə dərsin gedişinə mane-
çilik törədə bilərlər.
–
Rollu oyunların digər mümkün çətinliyi müəllimin
vaxtı düzgün hesablamamsı ilə əlaqədar ola bilər, bu
da şagirdlər tərəfindən oyunun mahiyyətinin qavranıl-
maması ilə nəticələnə bilər.
Çıxış yolu:
Bu cür çətinlikləri aradan qaldırmaq üçün müəllim oyunun
bilavasitə rəhbəri olmalı, uşaqları oyuna cəlb etməli, müzakirə
54
edilən ideyaların dürüst ifadə edilməsi müəyyənləşdirilməli,
əsaslandırılmalı və təhlil edilməlidir.
Tədqiq etmə bacarıqlar. Dərs prosesində debatlara 5-10
dəqiqəlik hazırlıq zamanı mövzuya dair məlumatın toplanması –
yəni “məlumat bankı” yaranır. Qrupdan bir nəfər bu məlumatı
qeyd etməlidir. Məlumata:
–
Misallar;
–
Faktlar;
–
Statistika;
–
Sitatlar və s. daxil edilməlidir.
Arqumentin yaradılması:
1. Dəlilin irəli sürülməsi;
2. Dəlilin izahı;
3. Dəlilin sübut edilməsi;
4. Nəticələr.
Struktur:
Mövzu:
Vərəq:
Təsdiq, yaxud inkar (şagirdlər mövzu ilə razıdır, yoxsa
yox).
İzah: (şagirdlər səbəbi ətraflı izah edirlər).
Əsaslandırma: (adətən vərəqlərdə yazılmış sübutlardan
ibarətdir).
Nəticə: (şagirdlər yenidən əvvəlki dəlili təsdiq edirlər).
Pedaqoqun professional potensialının ümumi strukturu
aşağıdakılardır: İntellektual, motivasion, kommunikativ, ope-
rasion (və ya sırf professional), yaradıcı komponentlər.
“İdeal pedaqoq” anlayışının da öz mənası vardır. İdeal
pedaqoq professional pedaqoqa nümunədir. İdeal pedaqoq ən
yüksək səviyyədə formalaşmış vətəndaşlıq, istehsalat və şəxsiyyət
funksiyalarının daşıyıcısıdır. İdeal pedaqoqun keyfiyyətləri 3
qrupa ayrılır:
1. İdeal pedaqoq bir mütəxəssis kimi;
2. İdeal pedaqoq bir işçi kimi;
3. İdeal pedaqoq bir insan kimi.
55
Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər 3
tipə bölünür: fəal, az fəal, çox fəal.
Fəal müəllim: ünsiyyətin təşkilində
təşəbbüskardır,
şagirdlərlə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti, topladığı
təcrübəyə uyğun dəyişir, o nə istədiyini bilir və öz hərəkətlərində
nəyin məqsədə nail olmağa kömək göstərdiyini başa düşür.
Az fəal müəllim: öz xəttində, mövqeyində çevikdir, amma
daxilən zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox,
şagirdlər diktə edir. Onun məqsədləri dağınıqdır və davranışını
açıq – aşkar şəraitə uyğunlaşdırır.
Çox fəal müəllim: öz şagirdlərini yüksək qiymətlən-
dirməyə və qeyri – real ünsiyyət modelləri qurmağa meyillidir.
Ona görə əgər şagird başqalarına nisbətən fəaldırsa, o qiyamçı və
dələduz, əgər passivdirsə tənbəldir. Belə müəllimin uydurduğu
qiymətlər ona müvafiq olaraq hərəkət etməyə məcbur edir.
Azərbaycanda interaktiv metodlarla, yeni texnologiyalarla
işləyən müəllimlərin iş təcrübəsi demək olar ki, uğurlu alınır.
Ancaq onu da qeyd edək ki, interaktiv təlim metodlarından
həmişə istifadə etmək onun təsirini azalda bilər.
Həqiqi təlim üçün metod və texnologiyaları qarşıya
qoyulmuş məqsəd və şəraitindən asılı olaraq müəllimlər fənnə,
mövzuya, şagirdlərin təcrübə və bilik səviyyəsinə görə yeni təlim
metodlarından, müxtəlif metodika və texnologiyalardan istifadə
etməyi bacarmalıdırlar.
Yeni təlim texnologiyalarını aktuallaşdıran aşağıdakı
şərtlərə əməl olunmalıdır:
1. İnsanların bazar iqtisadiyyatı (kapitalizm) cəmiyyətində
yaşaması və hər kəsin özünü bu cəmiyyətdə yaşaya bilmək üçün
hazırlaya bilməsinin önəmliyi.
2. Uşaqların 20-30 il əvvəlki zamana görə dünya-
görüşünün, sosial, texniki məlumatlılıq səviyyəsinin xeyli yüksək
olması. Təlimin məzmun və metodlarının uşağın istəyini təmin
etməyin vacibliyi.
56
ƏDƏBİYYAT
1. Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı,
2006.
2. Ağayev M. Kiçik yaşlı məktəblilərin tərbiyəsi. Bakı,
2006.
3. Mehrabov A. Azərbaycan təhsilinin müasir problem-
ləri. Bakı, 2007.
4. Mehrabov A., Bəylərov E. Şagird intellektinin inkişafı.
Bakı, 2006.
5. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
6. Mərdanov M., Şahbazlı F. Azərbaycan təhsil sistemi
(1998-2005). II kitab, Bakı, 2005.
7. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. (Müha-
zirə xülasələri) Dərs vəsaiti. Bakı, 2008.
8. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil
problemləri (dərs vəsaiti). Bakı, 2011.
57
IX MÖVZU
PEDAQOJİ TEXNOLOGİYA SİSTEMİNDƏ YENİ TƏLİM
TEXNOLOGİYALARININ SƏCİYYƏSİ
PLAN:
1. Pedaqoji texnologiyanın zaman-zaman yeniləşməsi
2. Voldorf məktəbinin ənənəvi məktəblərdən təşkilatı
baxımdan fərqlənməsi
Pedaqoji texnologiya ifadəsi də son illərdə daha çox
işlədilən anlayışlardandır. Texnika inkişaf etdikcə təkcə elmin və
texnikanın müəyyən sahəsinə deyil, təlim prosesinə də daxil olur.
Əgər ötən əsrin 50-ci illərində pedaqoji texnologiya dedikdə
əsasən təlimin texniki vasitələri başa düşülürdüsə, hazırda bütün
pedaqoji prosesdə mövcud paradiqmalar, vasitələr, müxtəlif
təlim-tərbiyə prosesləri, məzmunun formalaşdırılması, öyrətmə
modelləri və metodları, idarəetmə, qiymətləndirmə bütün bu
prosesdə korreksiya və təkamül nəzərdə tutulur.
“Pedaqoji texnologiya” sözü yunanca, “techne” incəsənət,
“remesto” elm, “logos” isə anlayış, təlim deməkdir. Pedaqoji
fəaliyyət pedaqoji ustalıq tələb edir. Lakin müəllim işləyən bütün
insanlarda pedaqoji ustalıq eyni dərəcədə ola bilməz və hətta
bəzilərində heç olmaya bilər. Amma hər bir müəllim pedaqoji
texnologiyaya yiyələnə bilər və yiyələnməlidir. Çünki bu konkret
bilgilərdən və əməliyyat bacarıqlarından ibarətdir.
V.V.Basovaya görə, ənənəvi pedaqogikada fəal təlim
metodları adlandırılan proqramlaşdırılmış, problemli, adapta
edilən modul suqqestiv təlim, işgüzar oyunlar əslində təlim
metodları deyil, təlim texnologiyasıdır. Bizə görə bunları işlənmə
yerinə tətbiq məqsədinə görə həm metod, həm də texnologiya
adlandırmaq olar.
Pedaqoji texnologiyalar müxtəlif formada təzahür edir.
“Voldorf pedaqogikası” deyilən təlim formasını ayrıca
nəzərdən keçirək. 1919-cu ildə Almaniyanın Ştutqard şəhərindəki
tütün fabrikinin fəhlələri voldorf Ustoriya fabrikinin direktoru ilə
58
birlikdə alman alimi Rudolf Şteyner (1861-1925) onların uşaqları
üçün məktəb yaratmağı təklif etmişlər.
R.Şteyner ensiklopedik biliyə malik görkəmli alim idi. O,
elmin və incəsənətin müxtəlif sahələrinə aid 300 cildlik əsər
yazmış və nəşr etmişdir. Tibb, kosmologiya, din tarixi, heykəl-
taraşlıq, memarlıq sırasında əsərlərinin 25 cildlik pedaqogika və
təhsilə həsr edilmişdir. “İnsan haqqında ümumi təlim peda-
qogikasının əsası kimi”.
R.Şteyner “azad məktəb” tipinə uyğun ilk məktəbini
yaratmışdır. Onun əsasında insan varlıq kimi prinsipi dayanırdı.
N.V.Basov yazır ki, təhsilin Voldorf texnologiyasının mahiyyəti
insanın hiss etdirmək qabiliyyətini inkişaf etdirmək başqa sözlə,
hisslərin tərbiyəsi, bədii zövqün formalaşdırılması təbiət bilikləri
əsasında yaradıcı, quruculuq bacarığı aşılamaqdır. Əsas o idi ki,
təhsilin məqsədi və məzmunu istehsalın tələbi və ya sosial-siyasi
konyuktura təyin etmirdi. İnsan onun imkanları və tələbatı təhsilin
məzmununun aparıcı prinsipi hesab edilirdi.
Voldorf məktəbi ənənəvi məktəblərdən təşkilatı baxı-
mından fərqlənirdi. Özünüidarə əsasında fəaliyyət göstərirdi,
direktor yox idi, məktəbi pedaqoji kollektiv idarə edirdi, məktəbin
həyatında valideynlər iştirak edirdi. Məktəb mərkəzləşmiş dövlət
reqlamentləşdirilməsindən azad idi. Hazırda Almaniyada şagird-
lərin 1% voldorf məktəbində təhsil alırlar. Burada təhsil
ödənişlidir, differensialdır. Müəllimin əmək haqqı da differensial
qaydada ödənilir. Məktəblər müstəqildir, ancaq dövlət onları
dəstəkləyir və təlim prosesinə müdaxilə etmədən xərclərin 70-
80%-ni öz üzərinə götürür.
Klassik Voldorf məktəblərində təlim 12 ildir. Universitetə
daxil olmaq istəyənlər “abituriyent sinfi” adlanan 13-cü ili də
oxuyurlar. Amma universitetlərə qəbul faizi aşağıdır. Məktəb
tədris siteminə görə ənənəvi məktəblərdən tamamilə fərqlənir. I
sinifdən VIII sinfə qədər bütün məşğələləri bir müəllim aparır.
Möhkəm tədris planı yoxdur, qiymətləndirmə yoxdur, qiymət-
ləndirmə xasiyyətnaməsindən istifadə olunur.
59
VIII sinifdən sonra məşğələləri fənn müəllimləri aparır.
Səhər ilk 2 saatda bir fənn öyrədilir (riyaziyyat, zoologiya və s.),
həmin gün başqa fənn tədris olunmur. Öyrədilən fənn hər gün
həmin qaydada 3-6 həftə davam etdirilir və “dövr” adlanır.
I dövr kimya üzrə, II dövr ədəbiyyat üzrəvə s. ola bilər.
Dövrün hər günü 2 saatlıq fənn məşğələsindən, sonra məşğələlər
sinifdə oturmaqla aparılmır. Bu fənlərin tədrisi ənənəvi qaydada
deyil, obrazlı-estetik qaydada aparılır. Voldorf məktəbində əmək
tərbiyəsinə və təliminə böyük yer verilirdi. Cildləmə, ağacda
öymə, dülgərlik, tikiş yapma və s. oğlanlar dəmirxanada işləməyi,
torpaq hazırlamağı, dən üyütməyi, çörək bişirməyi öyrənirdilər.
Alimlər belə fikirdədirlər ki, Voldorf məktəbindəki bənzərsiz
şəxsiyyətyönümlü pedaqogika təlimin humanistləşdirilməsi və
humanitarlaşması
qabiliyyətlərinin
inkişaf
etdrilməsi
əğz
edilməyə layiqdir. Göründüyü kimi, Voldorf məktəbindəki təlim
texniologiyası ayrıca bir istiqamət təşkil edir.
İnformasiya texnologiyası (İT) – metod və vasitələr
yığımını istifadə edilən məcmusu prosesidir.
İnformasiya texnologiyalarını bütün dünya birliyi çərçi-
vəsində
vahid məkan birliyinin, vahid təhsil məkanının
formalaşmasına, şəraitin formalaşmasına səbəb olur.
Hazırda pedaqoji texnologiyaların adı altında pedaqoji
prosesdə müsbət nəticələrə gətirib çıxaran pedaqoji ideallar kom-
pleksi başa düşülür. Habelə, tam və sistemli pedaqoji texno-
logiyada mövcud olması və onlardan bir sıra ölkələrdə istifadə
olunması diqqəti cəlb edir:
1. Təbii təlim texnologiyaları
2. Modul-retinq texnologiyası
3. İnteqrativ təlim texnologiyası
4. Parasentrik təlim texnologiyası
5. Biliklərin tam mənimsənilməsi texnologiyası
6. Fərdi təlim texnologiyası
7. Kooperativ təlim texnologiyası
8. Təlimin nəzarət-korrektdə texnologiyası
60
XX əsrin 70-80-cı illərində kompüterlərin təlim texno-
logiyasına daxil olması nəticəsində yeni təlim texnologiyasının
əsasının qoyulması, kompüter təliminin əsasında kompüterlərdən
istifadə etməklə proqramlaşdırılmış təlimin dayanması “təlimin
kompüter texnologiyası”nın artıq “informasiya texnologiyaları”
ilə əvəz olunması diqqəti cəlb edirdi. Hətta yaş anlayışlarının
yaranması – TYİT – təlimin yeni informasiya texnologiyaları
yarandı. Kommunikativ texnologiyalar (KT) hətta cəmiyyətin
“infortmalaşdırılması”, “informasiya cəmiyyəti” anlayışlarının
geniş yayılmağa başlanması ilə səciyyələnirdi.
Keçmiş SSRİ-də təlim texnologiyasını təkmilləşdirən, ona
yenilik gətirən novator müəllimlər, məktəb direktorları var idi. Bu
sıradan Gürcüstanda Ş.Amanaşvilinin, Azərbaycanda Z.Şoyu-
bovun, Rusiyada F.V.Şataların və daha bir neçə müəllimi qeyd
etmək olar. Bunların arasında Şatalov daha çox diqqəti cəlb edir.
Onun işlədiyi təlim texnologiyalarını “Şatalov metodu” adlan-
dırırlar. Onun təlim texnologiyasının əsasına qrup (sinif) təlimi
şəraitindən şagirdlərin mürəkkəb idrak fəaliyyətinin qurulması
təşkil edirdi.
F.V.Şataların əsas məqsədi belə idi:
1. Materialı olduqca yığcam izah etməklə uşaqların
diqqətindən artıq yükləri atmaq
2. Bir dərsdən bir teoremi yox, qarşılıqlı, əlaqəli mövzuları
blok-blok (hissə-hissə) öyrətmək
3. Şagirdlərə əsas olan mahiyyəti çatdırmaq və onların
yadda saxlanacaqlarının həcmini azaltmaq
4. Şagirdlərin eyni zamanda dinləmələrinə və yazmalarına
imkan verməmək, əvvəlcə dinləməli, sonra yazmalı
5. Hər bir şagirdə yığdığı balı yaxşılaşdırmaq imkanı
vermək. Bu prinsip “açıq perspektivlər” adlanırdı.
6. Şagirdlərə və valideynlərə humanist münasibət
7. Sinifdə elə ab-hava yaratmaq lazımdır ki, hər bir şagird
özünü sakit və inamlı hiss etsin.
61
Göründüyü kimi, Şatalovun pedaqoji texnologiyasının
mahiyyəti onda ifadə edilir ki, şagird öz biliyini qeyri-ənənəvi
şəraitdə təqdim edir, anlayır, yada salır və tətbiq edir.
Ötən əsrin 80-cı illərində Bolqarıstanda inteqral təlim
texnologiyası tətbiq olunmağa başladı. Onun işlənməsi üzrə
Çexoslavakiyada geniş eksperimentlər aparıldı. Digər ölkələrdə
də belə cəhdlər oldu. Nəticədə inteqral təlim sistemi əsasında
qlobal təhsil konsepsiyası yarandı.
Rusiyada ictimai əsaslarla qlobal təhsil mərkəzi yaradıldı.
Mərkəz ABŞ-ın eyni adlı mərkəzi ilə əməkdaşlıq edirdi. Mərkəz
məktəblər üçün 3 əsas blok üzrə işləmələr hazırlayır.
1. Necə gözəldir bu dünya;
2. Necə kövrəkdir bu dünya;
3. İnsan adamlar arasında.
Bu təhsil və tərbiyənin əsasında insan, onun cəmiyyəti,
həyatın dəyişməsinə uyğun olan təlimi dayanır. Ona (insana)
mütləq həyatın yeni dəyişmələrinə uyğunlaşmasına öyrətmək
lazımdır.
XX əsrin 70-80-cı illərindən kompüterlər təlim prosesinə
daxil oldu və yeni təlim texnologiyasının əsası qoyuldu.
Kompüter təliminin əsasında kompüterlərdən istifadə etməklə
proqramlaşdırılmış təlim dayanırdı.
Təbii təlim texnologiyası dedikdə, işin qrup vasitəsilə
görülməsi və bu zaman subyektlər arasından təbii, ünsiyyətin
bərqərar olması və bu şəraitdə müxtəlif didaktik materiallardan,
hərəkət alqoritmlərindən istifadə edilməsi nəzərdə tutulur.
Modul-reytinq texnologiya şagirdlər üçün 2 tip modul
proqramlarına (idrak və fəaliyyət, yaxud əməliyyat və fəaliyyət) –
modul – qovluqlarına həmçinin şagirdlərin biliklərinin qiymət-
ləndirilməsinin reytinq şkalasının işlənməsinə əsaslanır.
“Modul” sözü latın dilindəki “modulus” sözündən
götürülmüşdür. Ölçü deməkdir. Dəqiq elmlər, xüsusilə riyaziy-
yatda, eləcə də memarlıqda modul anlayışı çoxdan məlumdur.
Pedaqogikada modul vəziyyət və keyfiyyətin səviyyəsini dəqiq
qurmağa xidmət edir.
62
Məzmun verilən biliyin həcmi, istifadə ediləcək metod və
vasitələr, keyfiyyət səviyyəsi şagirdə veriləcək qiymətlər hansı
səviyyəyə görə qruplaşdırılacaq və s. Bütün bunlar irəlicədən
dəqiq müəyyənləşdirilir və tətbiq olunur. Öyrənənlər bilik,
bacarıq və vərdişlərinin dairəsini qabaqcadan bilir və bu dairəni
mütləq əhatə etməyə çalışırlar.
Buna əsasən modul üzrə bütün iş növlərini əhatə edən sual
və tapşırıqlar hazırlanır və modulun öyrənilməsindən sonra
nəzarətə (yoxlamaya) çıxarılır (adətən testlə).
Biliyin tam mənimsənilməsi, texnologiyanın reallaş-
dırılması zamanı şagirdlərin fəaliyyətinin nəticələrinin hesaba
alınması və qiymətləndirilməsi üçün müxtəlif formalardan istifadə
edilir. Bu zaman korrektə, diaqnostik və yekun məqsədi həyata
keçirilir. Kooperativ təlim texnologiyasının əsasında şagirdlərin
fəaliyyətini fərdi işdən briqada formasına və əksinə keçiril-
məsində müxtəlif vasitələrdən istifadənin bir-birini əvəz etməsi
durur.
ƏDƏBİYYAT
1.Abbasov A. Pedaqogika. Bakı, 2007.
2.Ağayev Ə.,Talıbov Y.,Eminov A.,İsayev İ.Pedaqogika. Bakı,
2006.
3.Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektləri.
Bakı, 1983.
4.Əhmədov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.
5.Anamalıyev R. “Azərbaycan təhsili XX əsrə doğru: idarəetmə,
prioritetlər, islahatlar”. Bakı, 1998.
6.Əlizadə Ə. Müasir Azərbaycan təhsilinin psixoloji problemləri.
Bakı, 2004.
7.Həmzəyev M. Pedaqoji psixologiya. Bakı, 1991.
8.Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri. Bakı,
2007.
9.Mərdanov M., İsgəndərov İ., Ağamalıyev R., Əhmədov İ.
Azərbaycan təhsili islahat illərində. Bakı, 2001.
10. “Təhsil sahəsində” Azərbaycan Respublikasının Qanunu. Bakı,
2009.
63
X MÖVZU
TƏLİM NƏZƏRİYYƏSİ YENİLƏŞƏN,
İNKİŞAF EDƏN ELMDİR
PLAN:
1. Pedaqoji islahatların (terminin) yaranması və işlək
hala düşməsi, təhsilin elmin məzmununun zənginləş-
məsi ilə sıx bağlı olması
2. Pedaqoji prosesin həyata keçirilməsində bir-birini
tamamlayan iki vacib şərtin nəzərə alınması
3. Pedaqogika həmişə yeniləşən, inkişaf edən bir elm
kimi
4. XX
əsrin 60-cı illərindən başlayaraq təlim
prosesinə müxtəlif yanaşmalar
Pedaqoji islahatların (terminlərin) yaranması və işlək hala
düşməsi təhsilin elmi məzmunu ilə sıx bağlıdır. XIX əsrin
sonlarında rusiyada pedaqogika elmində “pedaqoji proses”
anlayışı sıx işlənməyə başlamışdır. P.F.Karteryev tərəfindən
əsaslandırılan pedaqoji proses ifadəsi sonralar işləməkdən qaldı.
Təlim və tərbiyə proseslərinə ayrı-ayrı yanaşılaraq təlim-tərbiyə
prosesini aktuallaşdı. XX əsrin 70-80-cı illərində təlim və tərbiyə
proseslərinin vəhdəti problemi işləndi və pedaqoj proses problemi
doğurdu. Eləcə də “pedaqoji sistem” anlayışı. Məlumdur ki,
“pedaqoji sistem” pedaqoji prosesdə baş verən və şəxsiyyətin
təhsilləndiriciliyi, tərbiyələndiriciliyi, inkişafı məqsədilə çoxlu
qarşılıqlı əlaqələr, struktur komponentlərin birləşməsidir. Deməli,
“təhsil sistemi”, “tam” “pedaqoji proses” anlayışları bütövlük,
problemə tam sistemli yanaşma mənasını ehtiva edir və bu günkü
kurikulum anlayışlarının mayasını təşkil edir. Deyilənlərdən belə
bir nəticə hasil olur ki, təhsil işindəki müasirliyi, yeniliyi daha
düzgün, elmi əsasda qavraya bilmək üçün, pedaqogika elminin
(onun anlayışlarını) inkişafını öyrənmək lazımdır. Beləliklə də,
ondakı müasirlik və yenilik daha konkret və mahiyyətcə düzgün
64
qavranılır. Əgər belə olmasa, bu sahədə yazılanlar mücərrədlik
nümunəsinə çevrilə bilər.
Pedaqoji prosesin həyata keçirilməsi və pedaqoji elmin
məqalələri və digər əsərlərində bir-birini tamamlayan 2 vacib şərt
nəzərə alınmalıdır. Onun birincisi, tədris, təlim, tərbiyə işinə –
pedaqoji prosesə bələdlilik, daha doğrusu bu təcrübənin yüksək
səviyyədə daşıyıcısı, ustası olmaq. İkincisi, bu məsələlər üzrə
elmi-nəzəri fikrə, ideyalara, pedaqoji elminə dərindən yiyə-
lənirlər. Bunlar təkcə görünən tərəflərdir. Pedaqoji işdə, intuisiya
ilə duyulan ləyaqət və mənəviyyat saflığı tələb edən, müəllim-
şagird, yaxud rəddar-icraçı əməkdaşlıq şəraitində meydana çıxa
bilən münasibətlər ola bilər ki, bunları hər iki tərəfin pedaqoji
duyum, etika, taktika yanaşma ilə şəxsi qabiliyyətləri, mədəniy-
yəti səviyyəsində həll edir. Ona görə də təhsildə, pedaqoji işdə bu
sahənin bütün incəliklərinə bələd olan şəxslərə mütəxəssis sözü
deyilə bilər.
Pedaqogika – zəngin, çoxsahəli, çoxfunksiyalı, prosesləei
təsvirə gəlməyən mürəkkəb bir işi – pedaqoji fəaliyyət sahələrini
əhatə edir. Kim ki bu işin mahiyyyətinə, məzmununa bələd deyil,
yəni onu bəsit şəkildə qavrayır, elə düşünür ki, adi bir işdir, çox
sadə bir prosesdir. Pedaqoji elm və pedaqoji fəaliyyət o qədər
mürəkkəbdir ki, o sahədə mütəxəssislər belə həmişə çevik,
informasiyalı olmasalar, yenilikləri nəzərə almasalar köhnə bilik
və təcrübələr ilə gərəksiz ola bilərlər.
Pedaqogika həmişə yeniləşən, inkişaf edən bir elmdir. O,
həm nəzəri cəhətdən, həm də praktik yönümdən yeniləşir. Bu
yeniləşmələr də səmərəli və səmərəsiz ola bilər. Ona görə də istər
tədqiqatçı pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisi gərək
milli təhsil siyasətinə, təhsilin dövlət standartlarına, təhsilin
inkişaf proqramına, vətəndaşların milli konsepsiyasına bələd
olsun, yeniliklərin milli təhsil qaydalarını görə bilsin. Deməli,
istər tədqiqatçı-pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisi
çox yüksək intellektə, peşəkarlığa, müstəqil düşüncəyə, yaradıcı,
məntiqi fikrə sahib olsun ki, nəyin gərəkli, nəyin gərəksiz, yaxud
nəyin xeyirli, nəyin ziyanlı olduğunu kəsdirə bilsin.
65
XX əsrin 60-cı illərindən başlayaraq təlim prosesinə
müxtəlif yanaşmalar formalaşmağa başlamışdır. Bunlar aşağı-
dakılardır:
1. Problemli təlim və ya təlim prosesində problemli
vəziyyətin yaradılması
2. Proqramlaşdırılmış təlim
3. Alqoritmləşdirilmiş təlim
4. Differensial təlim
Problemli təlim, yəni təlim prosesində problemin vəziyyət
yaradıb şagirdlərin təfəkkürünü, düşüncə tərzini inkişaf etdirmək
ideyasının kökləri çox qədimdir. Problemli təlim prosesində
şagirdlər müstəqil olaraq fikri fəallıq priyomlarından istifadə edir,
eksperiment qoyur, müşahidələr aparır, onların nəticələrini təhlil
edir, düşünür, fikir mübadiləsi edir, qaydaları, qanunları,
teoremləri özləri üçün kəşf edirlər. Problemli təlim şagirdlərdə
dərsə maraq oyadır, şagirdlərin təşəbbüskarlığını inkişaf etdirir,
hadisələrin daxili mahiyyətini, onların arasındakı qarşılıqlı
əlaqələri başa düşməyə kömək edir, hadisə və proseslərin qiymət-
ləndirilməsinə dialektik yanaşmağı öyrədir, prosesi həll etmək
yollarını tapmaq bacarığını formalaşdırır, elmi idrak metodlarına
alışdırır.
Proqramlaşdırılmış təlim kibernetika elminin təsiri
nəticəsində yaranmışdır. Bu təlimin əsasını tədris materiallarının
məzmununun seçilməsi təşkil edir. Proqramlaşdırılmış təlimin
xüsusiyyətləri bunlardır:
1. Tədris materialları konkret paylara bölünür.
2. Tədris prosesi ardıcıl olaraq addımlara bölünür və
şagird həmin addımlar üzrə fikri fəaliyyət priyomlarından
istifadə edir.
3. Hər bir şagird nəzarətlə tapşırığı tamamlayır.
Alqoritmləşdirilmiş təlim məktəb həyatında yeni bir
məsələ deyildir. Onun indi aktuallaşmasına səbəb həyatımızın hər
sahəsinə daxil olan elektron-hesablayıcı maşınların tətbiqidir.
Alqoritm düzgün nəticələrə aparan ardıcıl hərəkətlərin sistemidir,
şagirdlərə tədris fəaliyyətində ardıcıllığı yerinə yetirməyə kömək
66
edir. Öyrədici proqram tətbiq etməzdən əvvəl fikri fəallıq
hərəkətləri və tədris əməliyyatlarının alqoritmini müəyyənləş-
dirmək lazımdır ki, EHM-in tədris prosesini əhatə edə bilsin.
Differensial təlim şagirdlərin inkişafını və fərdi xüsu-
siyyətlərini nəzərə almağa əsaslanır. Dərsdə şagirdlərin qarşısına
müəyyən idrak vəzifələri qoyulur və müəllim həmin vəzifələrin
icra edilməsinə, dərk olunmasına nəzarət edir. Differensial təlim
şagirdlərin biliyini dərinləşdirib genişləndirir, onların fərdi
qabiliyyətlərini, fərdi öyrənmə üslubunu formalaşdırır, müxtəlif
tələbatlarının öyrənilməsinə şərait yaradır.
Dostları ilə paylaş: |