V MÖVZU
TƏLİMDƏ İNTERAKTİV METODLAR VƏ FƏAL TƏLİM
METODLARI PROBLEMİ
PLAN:
1. Hazırda interaktiv metodlar, fəal təlim metodları,
təlim
texnologiyaları
anlayışlarına
tez-tez
rast
gəlməyin səbəbləri
2. Yeni anlayış kimi meydana çıxan “interaktiv
pedaqogika” ifadəsinin konkret mənası
3. Təlim prosesində şagirdlər arasında əlaqə, qarşılıqlı
təsir və əməkdaşlığın əsas səbəbi
Hazırda interaktiv metodlar, fəal təlim metodları, təlim
texnologiyaları anlayışlarına tez-tez rast gəlirik. Xarici beynəlxalq
təşkilatlar, milli qurumlar, müasir təlim metod və texnolo-
giyalarının təbliği müəllimlər arasında yayılması ilə əlaqədar 10
ildən artıqdır ki, seminarlar, mühazirələr, layihələr keçirirlər.
Öyrənilən yeni tərz, metod, vasitə və yanaşmalar yara-
dıcılığı, müstəqilliyi inkişaf etdirməklə yanaşı, insan şəxsiyyətini,
onun insanlara, təbiətə, cəmiyyətə
münasibətini, mənəvi
dünyasını və s. inkişaf etdirməli, zənginləşdirməlidir.
Əvvəlcə, interaktiv sözü haqqında: “interakriv” anlayışı
ingilis dilindən dilimizə, o cümlədən digər dillərə keçmədir.
Hazırda “interakriv pedaqogika”, “interaktiv təlim”, “interaktiv”
təlim metodları” və yaxud, yığcam olaraq “interaktiv metodları”
ifadələrinə tez-tez rast gəlirik.
Yeni anlayış kimi meydana çıxan “interakriv pedaqogika”
ifadəsini ilk dəfə 1975-ci ildə alman tədqiqatçısı Hans Frits
işlətmişdir. Alimin tədqiqatlarında interaktiv prosesin məqsədi bu
proses iştirakçılarının davranış modelini dəyişdirmək və yax-
şılaşdırmaqdır. O, interaktiv metodlar haqqında interaktiv tərbiyə
prosesi kimi danışır. Belə ki, alimə görə təlimdə interaktivliyi
müəllim və şagirdin qarşılıqlı təsir – əməkdaşlıq qabiliyyəti kimi
izah etmək olar. İnter – (ingilis dilində Enter) – ara (insanlar
36
arası), qarşılıq (insanların qarşılıqlı anlaşması, əməkdaşlığı, işi) və
s. kimi başa düşülür. Metod olaraq interaktivlik təlim prosesində
müəllim və şagird arasında işin gedişindən – mövzudan, şərhdən,
dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma,
izah və s.-dir. Yəni, bu tərz irəlicədən planlaşdırılmır, işin – təlim
prosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdin
müstəqilliyi müdaxiləsi ilə baş verir.
Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında da
ola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən,
öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Təbii ki,
müəllim öyrədən olaraq təşkilatçılıq, koordinator, məsləhətçi,
fasilifator funksiyasını yerinə yetirir. Şagirdlərin işlərinə mü-
daxilə etmədən problemləri qoyur, istiqamər verir, nəzarət edir,
axtarış strategiyasını hazırlamağa kömək edir, amma təlim
tapşırıqları üzərində uşaqlar özləri birlikdə öz aralarında mü-
bahisə edərək, diskussiya apararaq işləyirlər.
Bununla yanaşı, hər bir şagirdin öz fikri, ideyası olur.
Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Beləliklə,
psixoloji abu-hava dəyişir. Qrupdakı zəif şagirdlər də müzakirədə
fəal iştiraka qoşulurlar: məsələlərin müzakirəsi və kollektiv
müzakirənin gedişində biri-birini dinləməyə alışırlar.
Hər bir təlim tapşırığının bu cür həlli vasitəsilə onlar
idraki axtarıcılıq taktikalarını təkmilləşdirir, təlimdə öz müvəf-
fəqiyyət formulunu hər kəsin özü qurur.
Beləliklə, təlim prosesində şagirdlərarası əlaqə, qarşılıqlı
təsir və əməkdaşlıq əsas olur. Təlim nəticəsi təlim prosesi
iştirakçılarının qarşılıqlı qüvvəsi ilə əldə edilir, şagirdlər təlim
nəticələrinə görə öz üzərilərinə qarşılıqlı məsuliyyət götürürlər.
Bunlar imkan verir ki, şagirdlər:
– Biliyi qavrama prosesini daha anlaşıqlı etsinlər;
– Öz fikrini formalaşdırmağı, onu düzgün ifadə etməyi,
öz nöqteyi-nəzəri əsaslandırmağı, müzakirələşdirməyi və
sübut etməyi öyrənirlər;
–
Digərini eşitməyi, dinləməyi, alternativ fikrə hörmət
etməyi öyrənirlər;
downloaded from KitabYurdu.org
37
– Müxtəlif sosial vəziyyətləri modelləşdirməyi, müxtəlif
həyatı vəziyyətlərə qoşulmaqla və bu həyatı duymaqla
öz sosial təcrübələrini zənginləşdirirlər;
–
Qrupda konstruktiv münasibətlər qurmağı, burada öz
yerini müəyyənləşdirməyi, konfliktlərdən qaçmağı,
onları həll etməyi, kompromis axtarmağı, dialoqa səy
etməyi öyrənirlər;
–
Təlim materiallarını təhlil edir, onlara yaradıcı
yanaşırlar;
–
Problemin ümumi həllini tapırlar;
–
Layihələrlə iş fəaliyyətinə, müstəqil işləməyə, yaradıcı
işlər görməyə alışırlar və s.
İnteraktiv metodlar müəllim və şagird əməkdaşlığını
reallaşdırır, onları konstruktiv qarşılıqlı hərəkətə alışdırır, dərsdə
psixoloji iqlimi sağlamlaşdırır, xoş abu-hava yaradır.
Azərbaycanda interaktiv metodlarla işləyən az sayda olan
müəllimlərin iş təcrübəsi xarici təcrübənin səmərəliliyini təsdiq
edir. Lakin təlim prosesində məsələyə yanaşmada tam təqlid
köçürmə olmamalıdır. Hər bir fəal, işgüzar Azərbaycan müəllimi
şagirdlərin sosial şəraitini, ictimai mühitini, milli mentalitetini,
adət-ənənələrimizi, fənnin, mövzunun fundamentallığını və ya
praktikliyini, fənlərarası əlaqəni, hətta bilgilərin inteqrasiyasını,
yaş və anlaq həyat təcrübəsi səviyyəsini və pedaqoji-metodik,
psixoloji-iradi xüsusiyyətləri nəzərə almalı, prosesin təşkilinə
yaradıcı yanaşmalıdır.
Qeyd edək ki, interaktiv təlim metodlarından həmişə
istifadə etmək onun təsirini azalda bilər. Həqiqi təlim üçün metod
və texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı
olaraq seçilməlidir. Ona görə də müəllimlər məqsəd və şəraitdən
asılı olaraq seçilməlidir. Müəllimlər fənnə, mövzuya, şagirdlərin
təcrübə və bilik səviyyəsinə görə bütün təlim modellərində
müxtəlif metodika və texnologiyalardan istifadə etməlidirlər.
Əsas odur ki, təlim uşaqları inkişaf etdirsin. Onlara düşünmək,
müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək bacarıqları
38
aşılasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərini
həll edə bilmək qabiliyyəti formalaşdırsın.
Deməli, interaktiv təlim dedikdə, dərsdə yaranan, təlim
prosesində meydana çıxan, şagirdlərarası öyrənmə ünsiyyəti və
əməkdaşlığı, müəllim – şagird birliyi nəzərdə tutulur.
Çevik düşündürücü iştirak fəallığını doğurmayan metodlar
uşaqların marağını təmin etmir, onları canlandırmır, fəaliyyətə
qoşmur. Digər tərəfdən, hər bir uşağın (şagirdin) öz idealı,
marağı, həyata hazırlıq istəyi var. Belə ki, təlimin həm məzmunu,
həm də metodları bu istəyi təmin etməlidir. Daha bir amil isə,
vətəndaş təhsili və tərbiyəsinin aktuallığıdır.
Bütün bu şərtlər müasir təlimin məzmunca metod və
texnologiyalara görə yeniləşməsini zəruri edir.
Pedaqoji prosesdə baş verən yeniliklərdən biri də təlimdə
tərbiyəediciliyin daha da artmasıdır. İnteraktiv təlim şagirdlərə
bilik vermə prosesində həm də onları iradi, əxlaqi, əqli, estetik,
mədəni, hüquqi, ekoloji, iqtisadi və digər akseoloji dəyərlər
yönümündə inkişaf etdirir, formalaşdırır.
Yeni tələblərə cavab verən pedaqoji kadr olmadan təhsili
yenilik səviyyəsinə qaldırmaq mümkün deyildir. Hər şey
müəllimdən, təhsili idarə edən insanlardan, onların vətəndaşlıq
amalından, ləyaqət, mənəviyyat, mədəniyyət və müasir tələblərə
cavab verən peşə – ixtisas hazırlığından asılıdır.
Fəal və interaktiv metodlar bir-birilə sıx bağlıdır, amma
tam eyni deyillər. İnteraktiv metodların hansı prosesdə zərurətə
çevrildiyini irəlidə qeyd etmişik. Bəs, fəal təlim metodları nədir?
Bu anlayış XX əsrin 80-cı illərindən Azərbaycanda
işlənməyə başlamışdır. “Fəal” sözü bəlli olduğu kimi daha işlək,
hərəkətdə, təsirdə olan mənasını verir. Fəal təlim metodlarının
interaktiv təlim metodları ilə yaxınlığı mahiyyətindən doğur, lakin
doğuluş və seçim təsirinə görə bir-birindən fərqlənir. Belə ki, əgər
interaktiv metodlar dərsdə təlim prosesinin gedişindən doğursa,
yəni biri digərini əvəz edərək meydana çıxırsa və öyrənənlərin
hamısının birlikdə tam, müstəqil fəaliyyətini təmin edirsə, fəal
metodlar irəlicədən planlaşdırılmış təlimin fəallaşdırılmasına
downloaded from KitabYurdu.org
39
şərait yaradır. Ənənəvi olaraq işlənən söz metodları, əyani,
praktik metodlar bu gün də fəal metodlar sırasına daxildir. Rollu
oyunlar, müxtəlif xarakterli didaktik çalışmalar, esse, test tap-
şırıqlarının icrası, diskussiya, müzakirə və s. fəal təlim metod-
larıdır. Təlimin fəal metodları dedikdə, öyrənənlərin məlumat-
lanmasını, idrak müstəqilliyini, fikri fəallığını, yaradıcılığını
artıran metodlar nəzərdə tutulur.
İnteraktiv təlim qarşılıqlı fəaliyyət prosesində yaradıcı
fəaliyyətə əsaslanmaq deməkdir. Bu gün məktəb nə üçün
interaktiv təlim sorağındadır? Ənənəvi təlimin mahiyyəti ondan
ibarətdir ki, təlimdə müəllimin fəaliyyətinin izahlı illüstrativ
xarakteri üstünlük təşkil edir. Birinci yerə yalnız tədris vəzifələri
ilə məhdudlaşan fənn xarakterli bilik, bacarıq və vərdişlərə
yiyələnmək dururdu. Müəllimin fəaliyyəti ona yönəlirdi ki, necə
etsə, hər şeyin aydın olmasını, başa düşülməsini təmin edə bilər.
Bu da təlim fəaliyyətini yerinə yetirərkən müəllimin başlıca
meyarı olurdu. Ənənəvi təlim tipində müəllim-şagirdl münasi-
bətləri birtərəfli idi. Şagirdlər müəllimin dediklərini icra edir, onu
təqlid edir, müəllim kimi olmağa çalışır. Dərsdə müəllimlə
şagirdlər ancaq işgüzar əlaqə saxlayırlar.
İnteraktiv təlim şagirdlərə bilik vermə məsələlərində, həm
də onları iradi, əxlaqi, əqli, estetik, mədəni, hüquqi dəyərlər
yönümündə inkişaf etdirib formalaşdırır. İnteraktiv metodları
aktuallaşdıran bir sıra tələblər var:
1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində yaşaması və
hər kəsin özünün bu cəmiyyətdə yaşaya bilməsi üçün hazır-
lanması zərurəti;
2. Uşaqların 20-30 il əvvəlki zamana görə dünyagörü-
şünün, sosial, texniki məlumatlıq səviyyəsinin yüksək olması;
3. Deməli, çevik, düşündürücü idrak fəallığını doğur-
mayan metodlar uşaqların marağını təmin etmir, onları
canlandırmır, fəaliyyətə qoşmur.
Təlim strategiyası nədir? Təlim strategiyaları müəllimin
təlim prosesində istifadə etdiyi metod, forma və üsulları əhatə
edir. Pedaqoji ədəbiyyata təlim metodlarının müxtəlif növlərinin
40
olduğu göstərilir. Məsələn, beyin həmləsi (əqli hücum), BİBÖ,
klaster (şaxə) anlayışının çıxarılması, söz assosiasiyaları, akva-
rium, rollar üzrə oyun, venn dioqramı, layihələrin hazırlanması,
ESSE və s.
Beləliklə, “Tədris prosesinə fəal təlim metodlarının daxil
edilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, təfək-
kürün inkişafına, təlimin keyfiyyətinin yüksəldilməsinə şərait
yaradır. Fəal təlim metodlarının tətbiqi nəticəsində “Təhsil sahə-
sində İslahat proqramı”nın təlim-tərbiyə prosesinin demok-
ratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması,
diferensiallaşdırılması, fərdiləşdirmə, inteqrasiya prinsiplərini
geniş tətbiq etməklə həyata keçirmək olar”. (A.Mehrabov və b.
Pedaqoji texnologiyalar. Bakı-2006, səh. 282)
Dostları ilə paylaş: |