Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix29.12.2021
ölçüsü0,8 Mb.
#48728
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57
kitabyurdu org muasir-telim-texnologiyalari-1

həyatının 

ilk 

dövrü 

ilə

əlaqədar

valideynlərin vəzifələri

3. Cəmiyyətin  inkişafının  hazırkı  mərhələsində gənc

nəslin  tərbiyəsi  işini  hərtərəfli  təşkil  etməklə əlaqədar

dövlət və ictimai təşkilatların sıx birliyi

4. Məktəbin ailə və ictimaiyyətlə fərdi əlaqə formaları

5. Məktəbin  ailə və ictimaiyyətlə kollektiv əlaqə

formaları

Ailə cəmiyyətin  ilkin  özəyi,  onun  sosial  quruluşunun

əsasını təşkil edir.

Ailə tərbiyəsinin  məqsədi,  şəxsiyyətin  elə keyfiyyət  və

xassələrini  formalaşdırmaqdan  ibarətdir  ki,  şəxsiyyət  həyat

yolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldıra

bilir.

Ailənin  iki  mühüm  vəzifəsi  vardır:  1.  Nəslin  davam



etdirilməsi4 2. Yeni nəslin, yeni insanın tərbiyəsi

Bu  iki  vəzifə bir-birilə sıx  bağlıdır.  İnsan  öz  nəslini

artırmasa, öz nəslinə tərbiyə verməsə cəmiyyət məhv olar. Birinci

vəzifə nə qədər əhəmiyyətlidirsə,  ikinci  vəzifə daha  məsu-

liyyətlidir.  Çünki  bu  vəzifədə təbiətin  bəxş  etdiyi  xüsusiyyətlər

deyil, həm  də insanlığın  min  illər ərzində topladığı  mədəniyyət,

cəmiyyətin əlavə etdiyi  xüsusiyyətlər  də təzahür  edir.  Bir  damla

suda  günəş əks  olunduğu  kimi,  ailə münasibətlərində də

cəmiyyətin  bütün əlaqmətləri  öz  inkişafını  tapır.  Ailə özlüyündə

kiçik  bir  dövlətdir.  Ailə insani  münasibətlərin ilk  tərbiyə

məktəbidir. Ailədə ilk əxlaqi təcrübə, fəzilət və qəbahət təşəkkül

tapır. Ailədə böyüyən  uşaqlar  tərbiyəsində övladlıq  borclarını

96

dərk edir, qocalmış valideynlərinə qayğı  göstərməyin zəruriliyini



dərk edirlər. Ailənin birinci və ən əsas vəzifəsi övladlarını sağlam

və gümrah  böyütməkdən,  onların  sağlam  həyat  tərzini  təşkil

etməkdən ibarətdir.

Beləliklə, ailə qarşılıqlı məhəbbət, etibar, hörmət və inama

əsaslana  yeni  həyata başlamış,  yeni  nəslin  yaradılması  və

inkişafının qayğısına qalan qrupdur.

Məktəb  gənc  nəslin  təlim-tərbiyəsi  işinin  mərkəzidir.

Hazırkı  dövrdə təhsil  sistemi  qarşısında  duran  başlıca  vəzifə –

dərin  bilikli,  fiziki  və zehni  cəhətdən  inkişaf  etmiş,  elmi

dünyagörüşünə,  yüksək mədəniyyətə,  zəngin əxlaqa  malik  olan

ahəngdar  şəxsiyyət  tərbiyəsidir.  Məktəbdə təlim-tərbiyə işi

məqsədyönlü,  planlı  və mütəşəkkil  şəkildə,  xüsusi  hazırlıqlı

pedaqoji  kadrların  rəhbərliyi  ilə həyata  keçirilir.  Müəllim  təlim-

tərbiyə işində mərkəzi  simadır,  necə deyərlər,  məktəbin  ürəyidir.

Müəllimin gənc şəxsiyyətə təsiri çox böyükdür; onu heç bir şeylə

əvəz etmək olmaz.

Uşağın  həyatının ilk dövrü valideynlər  qarşısında böyük

vəzifələr qoyur.  Valideynlər  ata-ana  olduqları  gündən  həm  də

tərbiyəçidirlər.  Bəzi  pedaqoqlar  ananı  təbii  tərbiyəçi adlan-

dırmaqda  haqlıdırlar.  Uşağa  qarşı  ağıllı  tələblə  birləşmiş ana

məhəbbəti, valideyn məhəbbəti tərbiyə işində böyük qüvvədir.

Ailə  tərbiyəsinin  müvəffəqiyyəti  üçün  bir  çox  pedaqoji

şərtlərə  əməl  etmək  lazımdır.  Həmin şərtlərdən  başlıcaları

bunlardır:

-

ailədə  sağlam  tərbiyə şəraiti  yaradılmalıdır;  uşaqların



tərbiyəsi  sağlam, normal, sakit,  səmərəli  və şən  həyat şəraitində

daha normal və asan olur. Əksinə, qeyri-normal tərbiyə şəraitində,

valideynlərin  dolğun  insani  həyatı  olmadan  tam  dəyərli  insan

tərbiyə etmək mümkün deyildir;

-

tərbiyə  işində  mütəşəkkil  ailə  kollektivi  mühüm



vasitədir.  Uşaq  dolğun  şəxsiyyət  kimi о zaman  yetişə  bilər  ki,

onun tələbat və arzuları kollektivçi tələbat və arzuları olsun. Əks

halda о

fərdiyyətçi  kimi  yetişə bilər.  Ailə

kollektivçilik

əlamətlərini itirdikdə onun tərbiyəvi təsiri də xeyli azalır;

downloaded from KitabYurdu.org



97

-

böyük ailə – çoxuşaqlı ailə tərbiyə üçün daha əlverişlidir:



belə ailəni ümumi mənafe, ümumi həvat, ümumi sevinc və kədər

birləşdirir.  Burada  uşaqlar  bir-birindən  öyrənir,  tərbiyə  üçün

əlverişli ünsiyyət  mühiti yaranır.  Təkuşaqlı ailədə  isə  tərbiyə  işi

çətindir:  burada  uşaq  hamının  diqqət  mərkəzində  olur,  hamı  onu

əzizləyir,  heç  kəs  onun  xətrinə  dəymək  istəmir.  Belə  uşaqlar

adətən, ərköyün və eqoist böyüyürlər;

-

tərbiyənin, xüsusən xarakterin bünövrəsi kiçik yaşlardan



qoyulur:  bu  yaşda  tərbiyə  düzgün  aparılmadıqda  sonradan  uşağı

yenidən  tərbiyə  etmək  lazım  gələcəkdir.  Yenidəntərbiyə  isə

əvvəldən  aparılan  düzgün  tərbiyəyə  nisbətən  qat-qat  çətindir:  o,

tərbiyəçidən çoxlu vaxt, qüvvə və əsəb gərginliyi tələb edir;

-

tərbiyənin, о cümlədən  ailə  tərbiyəsinin  müvəffəqiyyəti



tərbiyə  qanunlarına  və  onlardan  irəli  gələn  prinsiplərə  düzgün

əməl  etməkdən  asılıdır. Uşağa  qarşı  hörmət  və  tələbkarlığı

birləşdirmək, ona nikbin nəzərlə yanaşmaq, hər bir uşağın yaş və

fərdi  xüsusiyyətlərinə  əsaslanmaqla  onun  qəlbinə  yol  tapmaq,

tərbiyə  işində  kollektivə  istinad  etmək,  uşağın  müstəqilliyi  ilə

pedaqoji rəhbərliyi düzgün əlaqələndirmək, fəallıqla “tormoz tər-

biyəsi” arasındakı orta həddi tapmaq və s. belə prinsiplərdəndir;

-

tərbiyə işində uşağın birtərəfli inkişafına yol verməmək,



onun  ahəngdar şəxsiyyət  kimi  formalaşmasına  şərait  yaratmaq,

yəni  zehni,  ideya-mənəvi,  əmək,  estetik,  fıziki  və  s.  cəhətdən

inkişafına qayğı göstərmək vacibdir;

-

həddini aşmayan valideyn məhəbbəti ilə çulğalaşan borc



hissi, valideynlərin düzgün həyat tərzi, bir-birilə və uşaqla səmimi

münasibətləri,

şəxsi

ləyaqəti,  vətəndaşlıq  siması,  müsbət



nümunəsi  və  nüfuzu – bütün  bunlar  ailə  tərbiyəsinin  müvəf-

fəqiyyətini təmin edən şərtlərdəndir.

Ailə  tərbiyəsi  sahəsində nəzərdən  keçirilən  məsələlərin

uğurla  yerinə  yetirilməsi üçün valideynlər məktəblə sıx əlaqə

saxlamalı, müəllimlərlə əməkdaşlıq şəraitində işləməlidirlər.

İctimaiyyət  tərbiyə  işində  böyük  qüvvədir. Cəmiyyətin

inkişafının  hazırkı  mərhələsi  gənc  nəslin  tərbiyəsində  dövlət  və

ictimai  təşkilatların sıx birliyi,  ictimaiyyətin  tərbiyəvi rolunun

98

yüksəlməsi  ilə  səciyyələnir.  Uşaqların tərbiyəsinə  qayğı  göstərən



ictimaiyyət, ictimai təşkilatlar müəyyən bir sistem təşkil edir. Bu

sistemə  aşağıdakı

ictimai

təşkilatlar

komitələr,



şuralar,

komissiyalar, birliklər, cəmiyyətlər, fondlar və daxildir.

Tərbiyə ictimai  proses olduğundan, uşağı  tək  bir  adam –

müəllim (və ya müəssisə) tərbiyə edib yetişdirə bilməz. Uşaq həm

məktəbin, müəllimlərin, həm də valideynlərin, ictimaiyyətin, yaşlı

adamların, yoldaşlarının təsiri ilə böyüyüb inkişaf edir. Buna görə

də  tərbiyə  işini  məktəbin,  müəllimin  işi  çərçivəsi  ilə  məh-

dudlaşdırmaq olmaz. Ayrılıqda nə məktəb, nə ailə, nə də ictimaiy-

yət gənc  nəslin  tərbiyəsini  təmin  edə  bilməz.  Uşaq  gündəlik

vaxtının ancaq 4-5 saatını  məktəbdə,  qalan  vaxtını isə  ailədə,

ictimai yerlərdə  keçirir.  Məktəbin  uşağa  göstərdiyi  tərbiyəvi

təsirlər ailə və ictimaiyyətin təsiri ilə uyğun gəlməli və bir- birini

tamamlamalıdır.  Bu  isə, pedaqoji üçlüyün əlbir fəaliyyəti  ilə

mümkün  ola  bilər.  Məktəb,  ailə  və  ictimaiyyət  müxtəlif  formada

bir-birilə sıx əlaqə  saxlamalıdır.  Bu əlaqə  formalarını  iki  qrupa

böləmk olar:

a)

fərdi əlaqə formaları;



b)

kollektiv əlaqə formaları.

Fərdi  əlaqə  formalan  müəllimlərin  (o  cümlədən  sinif

rəhbərlərinin)

valideyn

və  ictimaiyyət  nümayəndələri  ilə

bilavasitə  və  ya  bilvasitə  əlaqə  yaratmaqla  aparılan  fərdi  iş

formalarını əhatə  edir.  Nisbətən  geniş  yayılmış  fərdi əlaqə

formalarına aşağıdakılar daxildir:

-

müəllimin.  sinif  rəhbərlərinin  ailəyə  getməsi: bu  halda,



bir  tərəfdən, şagirdin  ailə şəraiti,  ailədaxili  münasibətlər,  ailədə

tərbiyə işinin qoyuluşu haqda məlumat toplanır, digər tərəfdən isə

uşağın

təlim-tərbiyəsi  ilə  bağlı  valideynlərlə  söhbət  və



məsləhətləşmələr aparılır, birgə hərəkət xətti müyyən edilir, zəruri

hallarda valideynlərə pedaqoji məsləhətlər verilir;

-

Valideynlərin,  ictimai təşkilat  nümayəndələrinin  mək-



təbə  dəvət  edilməsi:  bu  zaman  valideynləri  danlamaq, uşaqdan

şikayət etmək yox, hər  hansı  konkret pedaqoji hadisənin (təlimə

məsuliyyətsiz  münasibət, intizamsızlıq  və  s.  hallarının)  səbəb-

downloaded from KitabYurdu.org




99

lərini  valideynlə  birlikdə  təhlil  etmək,  konkret  çıxış  yolu

tapmaqda  kömək  etmək  lazımdır. Valideynləri  məktəbə  təkcə

xoşagəlməz  hallar  üçün  deyil, şagirdin  təlim  və  tərbiyəsindəki

müsbət  dəyişikliklərlə,  müəyyən  tədbirlərlə  əlaqədar  da  dəvət

etmək məsləhətdir;

-

məktəbdə  və  ya  sinifdə  “açıq  qapı”  günlərinin



keçirilməsi:  bu  halda  əvvəlcədən  müəyyən  edilmiş  vaxtda  (ayda

və  va  rübdə  bir  gün)  müəllimlər  məktəbdə  olur.  Valideynlər

məktəbə  gələrək  istənilən  miiəllimlə  görüşüb  övladı  barədə

söhbət aparır, məsləhət alırlar;

- şagird gündəliyi, yaxud məktub vasitəsilə əlaqə: müəllim

şagirdin təlim-tərbiyəsi ilə bağlı onun gündəliyində, yaxud ayrıca

vərəqdə  qeydlər  edir,  valideynlərə  lazımi  göstəriş  və  məsləhətlər

verir;


- telefon  vasitəsilə  əlaqə: şagird  haqqında  müəyyən

informasiya  mübadiləsi  məqsədi  ilə  müəllim  (sinif  rəhbəri)  və

valideynlər bir-birilə telefon əlaqəsi saxlayırlar.

Ailə  və  ictimaiyyət  nümayəndəsi  ilə  fərdi  əlaqəsi  zamanı

müəllim  özünü  müfəttiş  və  ya  ittihamçı  kimi  yox,  uşağın

gələcəyinə  qayğı  göstərən  müəllim-ziyalı,  yaxın  məsləhətçi  kirni

çıxış  etməli,  valideynlərlə

pedaqoji


əməkdaşlıq  yaratmağa

çalışmalıdır.

Məktəbin 

ailə 


və 

ictimaiyyətlə 

əlaqəsi

kollektiv

formalarda  da  aparılır.  Kollektiv əlaqə  formaları  aşağıdakılardan

ibarətdir:



-

valideyn  yığıncaqları – pedaqoji biliklərin  təbliği,  ailə

tərbiyəsi  məsələlərinin  təhlili,  təcrübə  mübadiləsi  məqsədi  ilə

təşkil edilən kollektiv iş formasıdır. Valideyn yığıncaqları sinif və

məktəb miqyasında keçirilir. Sinif valideyn yığıncaqları rübdə 1-2

dəfə,  məktəb valideyn yığıncaqları  isə  ildə 3-4 dəfə  keçirilir.  Bu

yığıncaqlarda  görülmüş işlərə  yekun vurulur, ailə tərbiyəsinin ən

mühüm  məsələləri  müzakirə  olunur.  Ehtiyac  olduqda  ayrı-ayrı

pedaqoji mövzulara  həsr  olunmuş  tematik  yığıncaqlar  (nıəsələn,

“Uşaqların  təliminə  necə  kömək  etməli?”,  “Valideyn nüfuzu”,

100

“Ailədə  əmək  tərbiyəsi”  və  s.),  habelə  ata  və  analar  üçün  ayrıca



yığıncaqlar keçirmək olar;

- valideyn universitetləri və pedaqoji lektoriyalar pedaqoji

biliklərin  təbliği  məqsədi  ilə  təşkil  olunan  iş  formalarıdır.

Valideyn universitetləri 1-2 il  müddətinə  məktəblərdə,  idarə  və

müəssisələrdə yaradılır, valideyn və ictimaiyyət nümayəndələrinə

sistemli pedaqoji biliklər  verilir. Valideyn lektoriyaları  isə

epizodik xarakter daşıyır. Ayda 1-2 dəfə keçilən bu məşğələlərdə

pedaqoji mühazirələrlə  yanaşı,  tərbiyə  mövzusunda  müzakirələr,

diskussiyalar,  təcrübə  mübadiləsi,

şagird  bədii  özfəaliyyət

kollektivinin  çıxışları,  uşaqların  işlərini  əks  etdirən  sərgilər  də

təşkil edilir;

- ailə  tərbiyəsi  təcrübəsinə  həsr  olunmuş  konfranslar  və

sual-cavab  gecələri – ailədə  uşaqların  tərbiyəsi  ilə  bağlı  aktual

pedaqoji mövzuların və valideynləri  maraqlandıran  sualların

müzakirəsi təqsədi güdür. Konfrans məktəb (sinif) rəhbərinin giriş

sözü  ilə  açılır,  sonra  isə  fəal  valideynlər  və  ictimaiyyət  nüma-

yəndələri  öz  təcrübələri  əsasında  müəyyən pedaqoji mövzularda

çıxış  edirlər.  Konfrans pedaqoji tövsiyələrlə  başa  çatır.  Belə

konfransları sinif və məktəb miqyasında keçirmək olar;

- valideyn komitələri – valideyn və  ictimaiyyəti  gənc

nəslin  təlim-tərbiyəsi  işinə  səfərbər  edən,  uşaqlara  tərbiyəvi

təsirlərin  vahidliyini  təmin  edən kollektiv formadır. Valideyn

komitələri  məktəblərdə,  idarə  və  müəssisələrdə,  yaşayış  yerlə-

rində  yaradılır.  Məktəblərdə  sinif  və məktəb valideyn komitələri

təşkil olunur.  Sinif  valideyn komitələri  sinfin valideyn yığın-

cağında  3-5  nəfərdən  ibarət,  məktəb valideyn komitəsi  isə

ümumməktəb valideyn iclasında  7-9  nəfərdən  ibarət  seçilir.

Valideyn komitəsində  müxtəlif  iş  sahələri  (icbari təhsil.  təlim

işləri, mədəni-kütləvi işlər, idman-sağlamlıq işləri, ictimai-faydalı

əmək, təsərrüfat işləri və s.) üzrə komissiyalar yaradılır və xüsusi

planla  iş  aparılır. Valideyn komitələri  rübdə  bir  dəfədən  az

olmayaraq  öz  iclaslarını  keçirir,  görülmüş  işləri  müzakirə  edir,

həlli vacib vəzifələri müəyyənləşdirir;

downloaded from KitabYurdu.org



101

-

məktəbə  və  ailəyə  kömək şuraları – ictimaiyyəti,  əmək

kollektivlərini uşaqların  tərbiyəsi  işinə  cəlb  etməyə  xidmət

göstərən  ictimai  orqandır.  Belə şuralar  idarə  və  müəssisələrdə –

valideynlərin  iş  yerlərində  fəaliyyət  göstərir.  Onlar  məktəbin

tədris-maddi  bazasının  möhkəmlənməsində, şagirdlərin əmək

tərbiyəsi  və  asudə  vaxtlarının təşkilində,  uşaq  nəzarətsizliyi  ilə

mübarizədə,  habelə valideynlərin tərbiyə  sahəsində məsuliyyət

hissinin  artırılmasında  məktəbə  və ailəyə  yaxından  kömək

göstərirlər.

Göründüyü kimi, gənc nəslin tərbiyəsi işinə qayğı göstərən

qüvvələr  çoxdur.  Onların  işini əlaqələndirmək  və  bir istiqamətə

yönəltmək mühüm şərtdir. Məktəb əlaqələndirici mərkəz kimi bu

sahədə mühüm rol oynamalıdır.

102


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin