mərhələ 18 yaĢdan 20 yaĢa qədər olan gəncləri obato edirdi və 2 il ərzində
13
gənclər hərbi xidmətini yerinə yetirmək üçün xüsusi fiziki hazırlıq keçirdilər.
Gənclərə qılınc oynatmağı, kamandan ox atmağı, drotik atmağı, katapulta
etməyi öyrədirdilər. Birinci təlim ilində onlar gimnaziya ilə əlaqəni üzmür,
orada özlərinin fiziki hazırlıqlarını təkmilləĢdirirdilər..Eyni zamanda onlar at
çapmaq, arabalar üzərində hərəkət etmək, üzmək və s. kimi məĢğələlər də
keçirdilər.
Ġkinci təlim ilinin əvvəlində gənc efebiylər yiyələndikləri hərbi hazırlığı
afinalılar qarĢısında nümayiĢ etdirir və sonra hərbi xidmət keçmək üçün sərhəd
qarnizonlarına yola düĢürdülər. Bununla da gənc hərbçinin tərbiyəsi baĢa
çatırdı. Gələcək də fiziki hazırlığı qoruyub saxlamaq və inkiĢaf etdirmək
qayğısı afinalıların öz üzərinə düĢürdü. Onlar gün çıxandan gün batana kimi
açıq havada olan gimnaziyalara (əlbəttə, quldarlar üçün) gedərək həm gənclərin
məĢğələlərinə nəzarət edir, həm də özləri müəyyən fiziki hərəkətlərlə meĢğul
olur və yarıĢlarda iĢtirak edirdilər..
Yunan Ģəhər dövlətləri ya Afina, ya da Sparta ile ittifaqa girirdilər. Bu Ģəhər
dövlətlərdə gənc nəslin tərbiyəsində fərq ancaq pedaqoji prosesin təĢkili idi.
Bütün yunan dövlətlərində fiziki tərbiyənin məqsədi fiziki cəhətdən hazırlıqlı və
döyüĢmək qabiliyyatinə malik əsgər hazırlamaq idi.
3.3. ANTĠK GĠMNASTĠKA
Qədim Yunanıstanda fiziki tərbiyə vasitəsi kimi hərəkətlərdən geniĢ istifadə
olunurdu. Bu hərəkətlər ümumən «Gimnastika» adlanırdı. Gimnastika üç
hissəyə bölünürdü: palesterika, orxestrika və oyunlar.
Palesterikanın əsasını beĢnövçülük (beĢmübarizlik) təĢkil edirdi. Bura qaçıĢ,
tullanma, nizə atmaq, metal lövhə atmaq və güləĢmə daxil idi. Təcrübədə
qaçıĢın müxtəlif növlərindən istifadə olunurdu. 1 stadiya (192m) məsafəyə
qaçıĢ, dioul - 2 stadiya məsafəyə (384 metrə yaxın) qaçıĢ, diloxodrom – uzaq
məsafələrə qaçıĢ, silahlanaraq (nizə və qalxanla) zirehli paltar da və dəbilqədə,
1-2 stadiya əldə məĢəl tutmaqla qaçıĢ. Lukia-nin dediyinə görə "dərin qumlu
ərazidə yarıĢırdılar, belə yerdə adica dayanıb durmay özü çətin idi va adam az
qala yumĢaq torpağa batırdı”. Belə Ģəraitdə yarıĢan hərbçilərdə böyük
dözümlülük keyfiyyəti yaranırdı. Bir döyüĢçünün göstərdiyi parlaq hünər buna
gözəl sübutdur.
B.e.ə. 490-cı ildə əfsanəvi yunan gənci Filippid Marafon kəndindən Afinaya
qədər məsafəni qaçır və yunanların Iran üzərindəki qələbə xəbərini afinalılara
çatdırır. Hesab edilir ki, bu məsafə 42 km 195 metr yox, əslində, 37 km
olmuĢdur. 1948 ci ildə Londonda növbəti Olimpiya oyunları keçirilərkən
Ġngiltərə kraliçasının Vindzor sarayını tərk etmədən marafonçuların finiĢini
görmək istəyini nəzərə alaraq marafon məsafəsini inə görə "Macam özü çətin
idi wasan hərbçilərdə uzatmıĢdılar (V.Kudryavsev, J.Kudryavseva "Cnopm
mupa u Mup chopma" M. Mojogas rbapana, 1987). Həmin məsafə 42 km 195
metrə bərabər oldu. Sonrakı Olimpiya oyunlarında marafon məsafəsi 42 km 195
m qalmıĢdır.
Tullanmalar sırasında uzununa tullanmadan daha tez-tez istifadə olunurdu.
Xəndək və digər maneələr üzərindən tullanmaların da böyük əməli əhəmiyyəti
14
var idi.
YarıĢlarda əldə qantel tutaraq tullanmadan da istifadə olunurdu. Nizəni və
cidanı hədəfə və uzağa atmaq bilavasitə hərbi iĢlə əlaqədər idi. Əvvəl hərbi-
əməli əhəmiyyətə malik olan daĢ atmağın əvəzində inkiĢaf etmiĢ yeni növ metal
lövhə yaranmıĢdı. DaĢdan və ya metaldan düzəldilmiĢ lövhənin çəkisi 1,7
kiloqramdan 4,6 kiloqramadək, diametri isə 14 santimetr olurdu..
GüləĢmənin iki variantı geniĢ yayılmıĢdı. Birinci variantda ayaq üstə
qalxmağa nail olan və yaxud rəqibini üç dəfə yerə tullayan qalib sayılırdı. Ġkinci
variantda rəqiblər müxtəlif vəziyyətlərdə güləĢir və yalnız rəqibinin kürəyini
yerə vuran qalib hesab olunurdu.
Əsas hərəkətlərdən baĢqa palestrikanın tərkibinə yumruq döyüĢü və
pankration da daxil idi. Sonuncu-pankration mürəkkəb və sərt hərəkət olub
güləĢmə ilə yumruq döyüĢünün birləĢməsindən ibarət idman növü idi.
Orxestrikaya plastikliyi inkiĢaf etdirmək üçün müxtəlif hərəkətlər daxil idi.
Palestirikaya yiyələnmək üçün orxestrikaya daxil olan hərəkətlərdən də tez-tez
hazırlıq hərəkətləri kimi istifadə olunurdu. Bir sıra rəqslər də orxestrikaya daxil
idi. Dini mərasimlərdə və kütləvi tamaĢalarda belə rəqslərə böyük əhəmiyyət
verilirdi.
Oyunlar gimnastikanın bölmələrindən sayılırdı. UĢaqlarla məĢğələlərdə
oyunlardan tez-tez istifadə olunurdu. Bura top, kanatı dartmaq, müvazinəti
saxlamaq, qaçıĢ elementləri və s. ilə əlaqədər müxtəlif oyunlar daxil idi.
3.4 QƏDĠM OLĠMPĠYA OYUNLARININ YARANMASI
Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində
yerləĢir. Hündürlüyü 2911 m-o, qədərdir. ƏhəngdaĢı və kristallik yamacları dar
dərələrlə kəsiĢmiĢdir. Bu dağın həmiĢə yaĢıl kolları, enliyarpaqlı Ģam meĢələri
var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs baĢda olmaqla
allahların məskəni hesab olunurdu. Allahların burada keçirilən məclisi də
Olimp adlanırdı.
Bundan əlavə, bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və
müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində konkret tapĢırıqları
daha yaxĢı yerinə yetirmək üzrə keçirilən yarıĢlar (məsələn, riyaziyyat, fizika,
kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) də Olimpiada adlanır.
Dostları ilə paylaş: