Dərs vəsaitivə metodik vəsaitlər: Əsas "Bədən tərbiyəsi və idman tarixi". A.Əliyev, D. Quliyev,Bakı- 2005



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix10.05.2022
ölçüsü0,58 Mb.
#57336
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Fiziki tərbiyənin tarixi (Mühazirələr)

(«Nibelunglar  haqqında  nəğmə»,  «Poetik  Qalliya»,  «Tristan  va  Izolda»)  və 

digər  orta  əsr  mənbələrində  feodalların  kobud  əyləncələri  mədh  olunur. 

Həmçinin  xronikalarda  göstərilir  ki,  gəzəri  artistlər  feodalların  turnirlərini 

satirik ixtilatlarla qurtarırdılar. Ov zamanı məhsulu məhv etdiyinə və talançılığa 

görə xalq feodalların belə kobud əyləncələrinə qarĢı çıxırdı.  

     XI əsrin əvvəllərində bütün Avropada feodal quruluĢu bərqərar olmuĢdu. Bu 

zaman  feodal  bədən  tərbiyəsinin  çoxĢaxəli  inkiĢafı  Qərbi  Avropada  daha  çox 

xarakterik forma almıĢdı.  

      X  əsrdə  Mavr  və  Normanlara  qarĢı  inübarizədə  krallar  ordunun  əsas 

sütunlarını cəngavərlərdən təĢkil edirdilər. Öz hərbi xidmətlərinə görə kraldan 

əmlak və  cəngavər titulu alan döyüĢçülər kralın vassalına çevrilirdilər.  XI-XII 

əsrlər ərzində cəngavər titulları artıq bütün Qərbi Avropada bərqərar olmuĢdu.  

     Cəngavər  məktəblərində  fiziki  tərbiyənin  normaları,  o  dövrün  hərbi 

əməliyyatları  və  feodalların  daxili  müharibələri  üçün  lazım  olan  yüksək  fiziki 

hazırlığın  səviyyəsi  ilə  müəyyən  olunurdu.  Məlumdur  ki,  XIV  əsrin  sonuna 

qədər  Qərbi  və  ġərqi  Avropada  hərbi  əməliyyatların  əsas  elementlərindən  biri 

soyuq silahla təkbətək döyüĢ idi. DöyüĢ qabiliyyəti hər Ģeydən əvvəl fiziki güc 

və  cəngavərin  dözümlülüyündən  asılı  idi.  XIV  əsrin  ortalarında  döyüĢ 

hazırlığının  metodları  dəyiĢildi,  oxatma  və  piyada  əsgərlərin  mübarizəsi  ön 

plana  çıxdı.  Lakin  bu,  cəngavərlərin  fiziki  tərbiyəsinin  əsasına  təsir  etmədi. 

Digər məsələlərdə cəngavərlərin bədən tərbiyəsi normaları sxolastik (həyatdan 

uzaq)  ideyalara  əsaslanırdı.  IX  əsrdə  yaĢamıĢ  I  cəngavər  ordeninin  yaradıcısı 

fransız Provansa Qodfrus də Pren  orden üzvləri  qarĢısında aĢağıdakı 7 vərdiĢi 

əsas  tələb  kimi  qoyurdu.  Buna  uyğun  olaraq  aristokrat  ailələrin  oğulları  at 

çapmağı,  üzməyi,  ov  etməyi,  kamandan  ox  atmağı,  döyüĢ  qaydalarını 



22 

 

öyrənməyi,  meydançalarda  əyləncəli  oyunlar  (həmçinin  topla)  nümayiĢ 



etdirməyi, Ģer oxumaq tərzini və əsas rəqs hərəkətlərini bacarmalı idilər. 

    Orta  əsrlərdə  cəngavərlər  arasında  turnirlərin  keçirilməsi  halları  artırdı.  Çox 

vaxt iki və ya bir neçə cəngavərlə əvvəlcədən razılaĢdırılmıĢ qaydalara əsasən 

hər turnir ərəfəsində döyüĢ sahəsinə baxıĢ keçirilir, döyüĢ metodları, silahlardan 

istifadə ardıcıllığı və bədənin silahla vurula biləcək hissələri müəyyən olunurdu. 

     XII-XIII  əsrlərdə  isə,  əsasən,  atıcılıq  oyunları  geniĢ  vüsət  tapmağa  baĢladı. 

Lakin  odlu  silah  ixtira  ediləndən  sonra  getdikcə  cəngavər  turnirləri  öz 

aktuallığını itirirdi. Onu da qeyd etmək lazımdır ki, feodalların fiziki tərbiyəsi 

tekcə  cəngavər  turnirləri  ilə  bitmirdi.  Səlib  yürüĢündən  qayıdan  cəngavərlər 

bütün  Avropada at üstündə top  oyununu  (polo)  geniĢ  yayırdılar. Onu da  qeyd 

edək  ki,  polo  idman  növü  azerbaycanlıların  “çövkən”  oyunundan 

götürülmüĢdür.  

     XV  əsrdə  stol  üstündən  və  divar  üzərinə  tullanmalar  üzrə  yarıĢlar  geniĢ 

yayıldı.  Bu  iki  yarıĢ  növü  cəngavərlərdə  tarazlıq  və  cəldlik  hissini  inkiĢaf 

etdirirdi  ki,  bu  da  onların  piyada  qoĢunlarda  xidməti  üçün  vacib  idi.  Saray 

həyatındakı  islahatlar  cəngavərlərin  rəqs  mədəniyyətinin  inkiĢafına  da  təsir 

göstərdi.  Xalqdan  götürülmüĢ  və  geniĢ  yayılmıĢ  qoĢa  rəqslər  gələcək  Avropa 

qoĢa rəqslərinin əsasını təĢkil etdi.  

 

 

 



2. ORTA ƏSR KƏND VƏ ġƏHƏR 

ƏHALĠSĠNĠN FĠZĠKĠ HƏRƏKƏTLƏRĠ 

 

     XI-XII  əsrlərdə  bütün  Avropada  cəngavər  ordularının  yaranması, 



muzdluların  silah  gəzdirmə  hüquqlarının  itirilməsi  ilə  eyni  vaxta  təsadüf  edir. 

Hüquqi  münasibətlər,  əsasən,  yazılı  və  ya  Ģifahi  formada  qeyd  olunmuĢ 

normalarla  tənzimlənir,  kəndli  icması  vasitəsi  ilə  həyata  keçirilir  və  kəndlini 

mülkədar özbaĢınalığından qoruyurdu.  

     Təhkimlilərin vəziyyətinin nisbətən  yaxĢılaĢması XI-XV  əsrlərdə kəndlilərə 

məxsus spesifik fiziki tərbiyənin təĢəkkülünə Ģərait yaratdı. Onun məzmunu və 

məqsədi  Avropada  feodal  münasibətlərinin  xüsusiyyətləri  ilə  müəyyən 

olunurdu. BaĢqa sözlə desək, coğrafi və iqlim Ģəraiti ilə yanaĢı (Ģimalda - buz, 

qərbdə  geniĢ  və  yaĢıl  sahələr,  baĢqa  yerlərdə  su,  meĢə  və  dağlar)  fəaliyyetdə 

olan ictimai ab-hava, nəyin hansı dərəcədə xalq oyununa çevrilməsini müəyyən 

edirdi. Xalq oyunlarının möhkəm ənənələri ancaq bu yerlərdə qala bilərdi:  

a)  natural  təsərrüfatın  sabitləĢməsi  nəticəsində  adətən  azlıq təĢkil  edən 

hakim təbəqələrlə kəndlilərin qarĢılıqlı asılılığının patriarxal buxovlarla 

sıx bağlı olduqları yerdə (Ispaniyada basklar, Fransa əhalisi, Ġrlandiya, 

ġotlandiya, Balkan və Qafqaz);  

b)  yaxınlıqda olan Ģəhər əhalisinin köməyi ilə nisbi müstəqilliyini qoruyan 

kəndlərdə  (Ġngiltərə,  Ġsveçrə,  ġimali  Ġtaliya,  alman  və  fransız 

Ģəhərlərinin ətrafı, Hollandiya va Skandinavi ya ölkələri);  

     Xalq oyunları ənənələrinin arxasında ona daim güc verən, cəldliyi, çevikliyi 

və qoçaqlığı aĢılayan fiziki hərəkətlər dururdu.  

     Fiziki hərəkətlər müxtəlif idi:  güləĢmə, daĢ atma, qaçıĢ,  ağacla döyüĢ, ağac 

ayaqlarla  qaçıĢ,  at  yarıĢları,  rəqslər,  toxmaqla  cürbəcür  oyunlar  nümayiĢ 

etdirmək və s.  



23 

 

     Xristian kilsəsi ancaq özünə nüfuz gətirən adətlərə  yol  açırdı. Rəsmi olaraq 



milad  bayramı,  Xaç  suyuna  salınma  və  «maslenisa»  zamanı  rəqslərə  icazə 

verilirdi.  BaĢqa  səbəblərə  görə  təĢkil  olunmuĢ  açıq  xalq  «xorovod»larını  isə 

kilsə XIII əsrdə qadağan etdi.  

     Valter  Skott  (1771-1832)  özünün  «Rob-Roy»  tarixi  roma-nında  «kütləvi 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin