Dərs vəsaitivə metodik vəsaitlər: Əsas "Bədən tərbiyəsi və idman tarixi". A.Əliyev, D. Quliyev,Bakı- 2005



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix10.05.2022
ölçüsü0,58 Mb.
#57336
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19
Fiziki tərbiyənin tarixi (Mühazirələr)

futbolu», daha doğrusu meydanda topla oyunu dəqiq əks etdiribdir.  

Ingiltərədə  futbol  IX  əsrdə,  fransız  Ordenində  ve  Pikardi  yada  isə  XIII  əsrdə 

meydana  gəlmiĢdir.  Gürcüstanın  dağ  kəndlərinin  sakinləri  arasında  «lelo  – 

burti»  oyunu  çox  məĢhur  idi  (leto  -  ayrıca  xətt, burti  -  tup).  Kəndlər  arasında 

«kütləvi  futbolun  kökləri  iblisin  qovulması»  kimi  bütpərəstlik  adətlərinə  gedib 

çıxır və buna görə də futbol kilsə tərəfindən mənfi qarĢılanırdı.  

     Kəndlilərə silah gəzdirmək qadağan olunduqdan sonra Qərbi Avropada güləĢ 

və ağaclar üzərində təkbətək döyüĢ geniĢ yayıldı.  

     Buna görə də orada Robin Qud kimi Ingiltərənin bütün xala afsonalarindo əl 

ağacından istifadə ilə güləĢ fəndlərinə malik qəhrəman obrazları var idi.  

     Ġsvecdə  -  sivingen,  islandlarda  -  qlina,  türklərdə  -  pəhləvan,  gürcülərdə  - 

çidaoba, Azarbaycanda – güləĢ öz baĢlanğıc formasından bu günlərimizə qədər 

gəlib çatır.  

basklar, Fransa əhalisi, Ġrlandiya, ġotlandiya, Balkan və Qafqaz);  



     b)  yaxınlıqda  olan  Ģəhər  əhalisinin  köməyi  ilə  nisbi  müstəqilliyini  qoruyan 

kəndlərdə (Ġngiltərə, Isveçrə, ġimali Ġtaliya, alman və fransız Ģəhərlərinin ətrafı, 

Hollandiya və Skandinaviya ölkələri);  

     Xalq oyunları ənənələrinin arxasında ona daim güc verən, cəldliyi, çevikliyi 

və qoçaqlığı aĢılayan fiziki hərəkətlər dururdu.  

      Fiziki hərəkətlər müxtəlif idi: güləĢmə, daĢ atma, qaçıĢ, ağacla döyüĢ, ağac 

ayaqlarla  qaçıĢ,  at  yarıĢları,  rəqslər,  toxmaqla  cürbəcür  oyunlar  nümayiĢ 

etdirmək və s.  

      Xristian kilsəsi ancaq özünə nüfuz gətirən adətlərə yol açırdı. Rəsmi olaraq 

milad  bayramı,  Xaç  suyuna  salınma  və  «maslenisa»  zamanı  rəqslərə  icazə 

verilirdi.  BaĢqa  səbəblərə  görə  təĢkil  olunmuĢ  açıq  xalq  «xorovod»larını  isə 

kilsə XIII əsrdə qadağan etdi.  

     Valter  Skott  (1771-1832)  özünün  «Rob-Roy»  tarixi  romanında  «kütləvi 

futbolu», daha doğrusu meydanda topla oyunu dəqiq əks etdiribdir.  

     Ġngiltərədə futbol IX əsrdə, fransız Ordenində və Pikardiyada isə XIII əsrdə 

meydana  gəlmiĢdir.  Gürcüstanın  dağ  kəndlərinin  sakinləri  arasında  «lelo  – 

burti»  oyunu  çox  məĢhur  idi  (lelo  -  ayrıca  xətt, burti  -  top).  Kəndlər  arasında 

«kütləvi  futbol»un  kökləri  «iblisin  qovulması»  kimi  bütpərəstlik  adətlərinə 

gedib çıxır və buna görə də futbol kilsə tərəfindən mənfi qarĢılanırdı.  

      Roma  imperiyasının  ərazisində  güləĢmə  ilə  bərabər  at  çapma  yarıĢları, 

tullanma, qaçıĢ və ox atma da geniĢ yayılmıĢdı.  

     Ġlk  feodalizm  dövründə  Ģəhər  əhalisinin  fiziki  tərbiyəsinin  mahiyyəti 

digərləri  ilə  eyni  idi.  Lakin  X  əsrdən  baĢlayaraq,  feodal  asılılığının  ləğv 

olunması  ilə  Ģəhər  əhalisinin  həyat  Ģəraiti  dəyiĢdi.  XI-XV  əsrlərdə  bir  çox 

Ģəhərlərdə  feodal  asılılığından  azad  olmaq  uğrunda  mübarizə  gedirdi.  Bu 

dövrdə Ģəhərlilər üçün fiziki tərbiyə xüsusi əhəmiyyət kəsb edirdi.  

     Silahdan  daha  yaxĢı  istifadə  etmək  məqsədilə  Hollandiya,  ġimali  Italiya, 

Ġngiltərə,  Fransa  və  Almaniyanın  Ģəhərlərində,  sonra  isə  Krakov,  Kiyev  va 

Novqorodda  qılıncoynatma  və  ox  atma  məktəbləri  yaradıldı.  Bizdə  olan 

məlumatlara  görə,  1-ci  Ģəhər  qılıncoynatma  cəmiyyətinin  gerbi  1042-ci  ildə 

Kerta kilsəsində təsdiq olunmuĢdur. 1399-cu ildə isə Turnua Ģəhərində Burqund 




24 

 

Hersoqluğuna  qarĢı  flandr  torpaqlar  ittifaqı  tərəfindən  keçirilən  oxatanların 



yarıĢında  artıq  16  kənd  və  30  Ģəhər  təmsil  olunmuĢdu.  Oxatan  və 

qılıncoynadanların birliyi müəyyən qaydalar üzrə fəaliyyət göstərirdi.  

     Məlumdur  ki,  orta  əsrdə  güləĢ  və  qılıncoynatma  ilə  yanaĢı,  Ģəhər  əhalisi 

arasında soyuq silahdan istifadəyə üstünlük verilirdi. Ġdman tipli yarıĢlarda isə 

ön plana  yerli  adətlərə uyğun  hər hansı  bir təkmübarizlik növü  çəkilirdi.  Belə 

ki,  ispan  Ģəhərlərində  soyuq  silahdan  istifadəyə  və  atüstü  korridaya,  Cənubi 

Ġngiltərədə  -  yumruq  döyüĢünə  və  güləĢə,  Novqorodda  -  yumrua  döyüĢünə, 

Isveçrədə  – oxatma və güləĢə, Müqəddəs  Roma imperiyasının Ģəhərlərində və 

Niderlandda isə qılıncoynatma və güləĢə üstünlük verilirdi.  

     Orta  əsrlərdə  bədən  tərbiyəsi  inkiĢaf  etmiĢ,  Italiya  dövlətində  daha  çox 

yayılmıĢdır,  gözəl  oyunlar  və  yarıĢlar  Ģəhər  sakinlərinin  azadlıqsevərliyi  ilə 

bağlı  idi.  Lazım  gələndə  onlar  qüvvələrini  səfərbər  edərək,  Ģəhəri  mühasirəyə 

alan feodallara qarĢı mübarizə aparmağı bacarırdılar. 

     IX əsrin sonlarında Roma dağlarında «testakko» yarıĢları çox məĢhur idi. Bu 

yarıĢlarda ətraf kəndlərin nümayəndələri də iĢtirak edirdilər. 1469-cu ildə belə 

bir  yarıĢın  planından  aydın  olur  ki,  ənənəvi  olaraq  proqrama  dörd  növ  yarıĢ  - 

qaçıĢ, Ģüvül kralları və alman imperatorlarının istilası nəticəsində Ģəhərlərin öz 

müstəqilliklərini itirməsi ilə oyunların antifeodal məzmunu arxa plana keçdi. O 

dövrün  rəgs  və  qılıncoynatma  ustaları,  rəssamları,  memarları  və  yazıçıları 

Avropanın digər Ģəhərlərinə dağılıĢdılar.  

 

 

 



3.2 ġĠMAL ĠNTĠBARI. TƏDRĠS  

MÜƏSSĠSƏLƏRĠNDƏ FĠZĠKĠ TƏRBĠYƏNĠN 

TƏTBĠQĠNƏ ĠLK CƏHDLƏR 

 

     ġimal  (ispan,  fransız,  alman  və  ingilis)  intibahının  hərəkətverici  qüvvəsi 



feodal  buxovları  aleyhinə  mübarizə  aparan  burjuaziya  idi.  Lakin  bu 

mübarizənin  sonu  kral  hakimiyyəti  ilə  nəticələndi,  digər  tərəfdən  isə  onu  da 

qeyd  etmək  lazımdır  ki,  Ģimal  Ġntibahında  Ġtaliya  intibahı  kimi  barıĢmaz 

ziddiyyət  yox  idi,  Cəngavərlik  yarıĢları  həm  Ģimalda,  həm  də  bütün  ġərqi 

Avropada öz yerini analoji qaydalarla keçirilən turnirlərə verdi.  

     1-ci  oyuncu  ipdən  asılmıĢ  üzüyü  at  üstündə  xəncərlə  kəsib  götürməli;  2-ci 

isə ağacdan düzəldilmiĢ müqəvvanın alnından niĢan alıb vurmalı idi. Əgər zərbə 

güclü olardısa, müqəvvanın asma qolu oyunçuya zərbə endirirdi.  

     ġəhər  aristokratiyası  ilə  barıĢmıĢ  imkanlı  Ģəhər  burjuaziyası  vaxtın,  top 

oyunu  üçün  olan  zallarda  keçirir  və  ya  da  cəngavər  kodeksləri  ilə  qadağan 

olunmuĢ nizə ilə təkbətək vuruĢlar təĢkil edirdilər.  

     Qılıncoynadanlar  daha  qədim  sex  təĢkilatlarında,  müxtəlif  hakimlərdən 

alınmıĢ  patent  əsasında  bütün  ölkə  üzrə  bu  sahədə  dərs  demək  hüququ 

qazanırdılar. Roma imperiyasında 3 belə sex fealiyyət göstərirdi.  

     Fiziki tərbiyənin inkiĢafına intibah dövrünün  ideyaları böyük təsir  göstərdi. 

Bu  da  Qərbi  Avropa  ölkələrində  top  və  müqəvvalarla  oyunların  tərəqqisinə 

səbəb  oldu.  Eyni  zamanda  Oyunların  həm  forması,  həm  də  məzmunu  bir  çox 

dəyiĢikliklərə məruz qalırdı. Məsələn, Fransada  əlin içi ilə topa zərbə vurmaq 

oyununu  XIV  əsrdə  «derqamon»,  XV  əsrdə  isə  «tenes»  əvəz  etdi.  XV  əsrdə 

Ģahmatda da köklü dəyiĢikliklər baĢ verdi.   




25 

 

    Bu,  əsasən,  oyunda  gediĢ  sürətinin  artması  «fil»  və  «at»ın  dəf  etmə 



məsafəsinin artması hesabına oldu. ġah isə digər fiqurlarla müqayisədə daha da 

zəiflədi  

     Hollandiya intibah dövrünün ən çox sevilən idman növü konki oldu. Yayda 

isə  burada  müxtəlif  top  oyunları  və  güləĢmə  yarıĢları  keçirilirdi.  ġəhərlərdə, 

kriket  oyununun  sələfi  sayılan  klosspel  daha  çox  dəbdə  idi  və  bu,  daha  çox 

indiki xokkey və qolf oyunlarını xatırladırdı. Xəsrdən baĢlayaraq ox atanların 

Ģəhər  cəmiyyətləri  at  çapma  birliyi  ilə  əvəz  olundu.  Adətən,  onlar  öz 

bayramlarını  baharda  keçirirdilər.  Bizə  həmin  yarıĢların  aĢağıdakı  tarixi 

xranologiyası məlumdur.  

 

              1434-cü il - Nürnberq. 



     1456-cı il  - Strasburg. 

              1470-ci il  - Auqsburq. 

              1472-ci il  - Sürix. 

     Burada  at  çapma  idmanından  əlavə  qaçıĢ,  daĢatma  və  s.  yarıĢları  da 

keçirilirdi.  

     Bəzi  Ģəhərlərdə isə  Ġtaliyadan  gəlmə idmançıların və  atlıların  «at  yarıĢları» 

keçirilirdi. Bu cür bayramlar 1370-ci ildə Sankt-Mixelda, 1382-ci ildə Venada, 

1448-ci  ildə  Münhende  keçirilməklə  ildən-ilə  xalq  bayramlarının  ayrılmaz 

hissəsinə  çevrildi.  Qaliblərə  isə  qırmızı  mahud  əvəzinə  qırmızı  məxmər 

verilirdi.  

     Ġntibah  ġimali  Ġtaliya  Ģəhərlərində,  ilk  növbədə  isə  Ġngiltərədə  bədən 

tərbiyəsinin  inkiĢafına  təsir  göstərirdi.  Vinçesterdəki  qədim  qapalı 

məktəblərdən  sayılan  müqəddəs  Mariya  kollecinin  təməli  qoyulandan  tədris 

planına  müntəzəm  olaraq  fiziki  hərəkətlər  daxil  edilmiĢdi.  Ġngiltərə  və 

ġotlandiya kəndlərində keçirilən, kökü milli ənənələrə bağlı kütləvi yarıĢlar öz 

əhəmiyyətini  qitə  yarıĢlarına  nisbətən  daha  çox  saxlamıĢdı.  Eyni  zamanda 

Ġngiltərə  dünyanın  bir  çox  ölkələrində  olan  idman  oyunlarını  mənimsəyirdi. 

Məsələn, Azərbaycanın idman Oyun növü olan çovqan bütün Bizansa yayılmıĢ, 

sonra  isə  tacirlər  və  səlibçilər  vasitəsi  ilə  Fransaya  gətirilmiĢdir.  Fransada  bu 

oyun  «Ģikan»,  bəzi  ölkələrdə  «polo»  adlandırılmıĢdı.  Eyni  yolla  Hindistandan 

kriket və kroket oyunları da gətirilmiĢdir.   

     Hər  iki  oyun  Avropada  özününküləĢdirilmiĢ,  müasir  idman  formasını  isə 

Ġntibah  dövründə  Ġngiltərədə  almıĢdır.  XVI-XVIII  əsrlərdə  ingiltərə  bir  çox 

Avropa  ölkələrini  atçılığa  və  atçapma  yarıĢlarının  səviyyəsinə  görə  kölgədə 

qoymuĢdu.  XV  əsrin  sonunda  artmıĢ  qadağalarda  o  dövrün  həyat  Ģəraitindəki 

dəyiĢikliklər daha yaxĢı əks olunur.  

     Reformasiyanın  təĢəbbüsçü  Vittenberq  universitetinin  professoru  Martin 

Lüter  (1483-1546)  alman  Ģəhərlərinin  burqmisterlərinə  müraciətində  xüsusi 

olaraq,  asudə  vaxtın  daha  məqsədyönlü  istifadəsi  baxımından  musiqi 

dinləməyin  və  fiziki  hərəkətlərin  üstünlüyünü  qeyd  edirdi.  Bunlardan  birincisi 

qəm  və  kədəri  aradan  qaldırır,  ikincisi  isə  bədəni  daha  da  elastikləĢdirir  və 

sağlam olmasına kömək edir.  



     (XV  əsrin  II  yarısında  Qərbi  Avropa  məktəblərinin  fiziki  tərbiyə 

konsepsiyasında  humanizmin  təsiri  özünü  göstərirdi.  Humanist  pedaqogika 

baxımından  qapalı  olan  aristokrat  təcrübəsi  artıq  ictimai  və  iqtisadi  tələblərə 

cavab  vermirdi.  Mövcud  tərbiyənin  vahid  sistemini  iki  hissəyə  bölən 

reformasiya  (islahat)  tərəfdarlarından  fərqli  olaraq  humanistlər  tərbiyə 

sisteminin vahidliyini ancaq müəyyən müddətə təmin edə bildilər. Yeni ictimai 




26 

 

tələblərə  uyğun  olaraq  gəncləri  kilsə  və  kübar  mənsəbinə  hazırlayan  yeni 



məktəblər-kolleclər  yarandı)  Yeni  növ  məktəblərdə  -  kolleclərdə  bədən 

tərbiyəsini  rədd  edən  orta  əsr  təhsil  sisteminin  prinsipləri  ilə  əlaqə  kəsilirdi. 

ġagirdlərə həftə ərzində boĢ (sərbəst) gün verilir və bu gün gezintilərə, oyunlara 

sərf  olunurdu.  Ancaq  sağlamlığın  qorunması  və  fiziki  fəallıq  məsələləri 

Ģagirdlərin  Ģəxsi  iĢi  olaraq  qalırdı.  Fiziki  hərəkətlər  xarakterinin  aydın 

göstərildiyi  məĢğələlər  –  qılınc  oynatma,  at  çapma,  rəqslər  ancaq  zədəgan 

akademiyalarını tədris proqramlarına daxil idi.  

Müstəqillik  Ģəraitində  məktəbdə  bədən  tərbiyəsi  sahəsindəki  nəzəri  cəhətcə 

artıq hazır olan tələblərə uyğun islahatın  keçirilməsinə imkan verilmirdi. Elita 

üçün  nəzərdə  tutulanlar  istisna  olmaqla,  bütün  tədris  müəssisələrində  sağlam 

həyat  tərzi  keçirilməsi  haqqında  tərbiyə  məsələləri  arxa  plana  keçdi.  Fiziki 

hərəkətlər  və  Oyunlar  məktəb  nizamnaməsində  qadağan  olundu.  O  dövrün 

tənqidi  fikirlərindən  məlum  olur  ki,  məktəb  təcrübəsi  tek  «təcrübə  aləmi»ni 

deyil,  həm  də  «saf  dərrakə»  aləmini  də  rədd  edirdi.  Bütün  bunlar  intibah 

dövründə  insanı  hərtərəfli  hayata  hazırlamaq  məqsədi  qarĢıya  qoyulduğu  bir 

vaxtda  baĢ  verirdi.  amerarius  fiziki  tərbiyənin  əsaslarının  tədris  fənni  kimi 

müzakirə olunduğu dialoqlarını da bu zaman nəĢr etdirdi. Bekonun (1561-1626) 

və Dekartın (1596-1650) fəlsəfi sistemlərində isə insan idrakı haqqında təzislər 

artıq tərtib edilmiĢdi.  

    Tədris  təcrübəsi  və  maarifçilik  fikirləri  arasındakı  ziddiyyətlər  fonunda 

müəllimlər yaranmıĢ vəziyyətdən çıxıĢ  yolunu  axtarmağa baĢladılar. Tərbiyəçi 

fəaliyyət  və  hayat  konsepsiyası  onların  ən  yaxĢılarını  belə  fikrə  gətirdi  ki, 

cinsindən, mənĢəyindən və maddi vəziyyətindən  asılı  olmayaraq, hər bir gənci 

tərbiyənin köməyi ilə hayata hazırlamaq mümkündür.  




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin