Dərsin gedişi: Sinfin təşkili



Yüklə 106.9 Kb.
tarix26.05.2017
ölçüsü106.9 Kb.
növüDərs


Dağıstan respublikasının təhsil nazirliyi

11 saylı orta məktəb



5 “b” sinifdə

Açıq oxu dərsi

Mövzu:h:\foto\новруз 3.jpg

Azərbaycan dili və

ədəbiyyat müəllimi

Məmmədova T.B.

Mövzu: “Novruz bayramı ənənələri

Məqsəd: 1) şagirdlərin baharda təbiətin dəyişməsindən biliklərini inkişaf etmək.

2) şeirləri ifadəli oxumasını inkişaf etmək.

3) Novruz bayramı adət və ənənələri ilə şagirdləri tanış etmək.

Vəsait: interaktiv lövhə, dərslik, plakatlar, kardlar.



Dərsin gedişi:

  1. Sinfin təşkili.

...Salam uşaqlar, əyləşin! Bu gün bizdə açıq dərsdir, görürsünüz qonaqlaramız var?!Gəlin uşaqlar, onlar üçün ilin indiki fəslinin gözəlliyindən söhbət açaq. Ancaq ki, əvvəl siz deməlisiniz indi ilin hansı fəslidir? Diqqətlə baxın interaktiv lövhəyə və məni dinləyin.

(interaktiv lövhədə şəkillər göstərilir və gözəl musigi çalınır; müəllim şeiri oxuyur, şagirdlər xorla ilin hansı fəsli gəlir deyirlər.)

Bahar gəlir” – şeir.(müəllim oxuyur)



  1. Ev tapşırmasının yoxlaması.

M. – Beləliklə, bahar gələndə insanların sevincı həddən aşır. Niyə? Çünki təbiyyətin geyimi çox gözəl olur, güllər açır, ağaclar çiçəklənir, göydən buludları gün qovur, günəş öz şüaları ilə torpağı isidir, quşlar isti ölkələrdən qayıdır və insanlar üçün şən nəğmələr oxuyurlar. Bizim ölkəmizə də bahar öz nəğməsi ilə gəlib. Keçən dərsdə siz,uşaqlar, Abdulla Şaiqin “ Bahar nəğməsi” şeiri ilə tanış oldunuz. Bu şeiri ifadəli kim oxuyar?

1.“Bahar nəğməsi” – şeir.

M. – Bu şeirdə şair gözəl sözlərlə təbiətin dəyişməsini təsvir edir. Bu sözlərini eyni məna verən hansı sözlərlə əvəz edə bilərsiniz?

2. Al - əlvan, mənzərə,vurulsun, xoş avaz – bu sözlər interaktiv lövhədə yazılır, şagirdlər isə sözlərin altında eyni məna verən sözlər yazırlar.

M. – Uşaqlar, azərbaycan dilində bahara yenə necə deyirlər?

Ş. - Yaz.

M. – Bu sözlərin fərgi nədədir?

Ş. – Azərbaycan dilində bahar sözü iki cür ifadə olunur:yaz və bahar. Yaz sözü əsl Azərbaycan sözüdür, bahar sözü isə fars dilindən gələn sözdür.

M. – Günay bu gün dərsə yaz geyimində gəlib. Yaz bizə nə demək istəyir?

3. “Yaz deyir ki...” – şeiri əzbər danışır.

M. – Təbiətin dəyişməsindən danışdıq, bəs insanların əməyi yazda dəyişirmi?

Ş. – Bəli dəyişir.İnsanlar bahar gələndə öz bağçaların, bağların səliqəyə salırlar: torpağı şumlayırlar, ağaclar əkirlər, böyük ağacları budarlayırlar.

M. – “Bağlar” şeiri ifadəli kim oxuyar?

4. “Bağlar” - əzbərdən şagird oxuyur.

M. – Uşaqlar, baxın şair nə gözəl sözlərlə bağların gözəlliyini, vacibliyini təsvir edir.

Min bir dərdə şəfa, bağlar,



Qoynu dolu səfa bağlar.” Ifadəsini necə başa düşürsünüz?

Ş. – Bağlarda meyvə olmaq üçün insanlar çox zəhmət çəkirlər: yeri təpirlər, şumlayırlar, tum səpirlər, ağaclar əkirlər, lazımsız ağacları budarlayırlar. Bahar gələndə ağaclara çox su verirlər, zəif, qurd düşən ağaclara dərman səpirlər.Yay isə gələndə, ağaclar çoxlu bar verəndə, insanlar şad olurlar, çünki zəhmətləri əllərində qalmadı, zəif ağaclar sağlam olub çox bəhər verdi.

M. – Belə uşaqlar, demək olar torpaqdan bərəkətli, dövlətli bir şey ola bilməz. Keçən dərsimizdə, aşağı siniflərdə siz torpaq haqqında, insanın zəhməti haqqında atalar sözlərini öyrəndiniz. Gəlin sizinlə bir oyun oynayaq. “Ekoloji loto”.

(şagirdlər verilmiş atalar sözlərini düzgün tamamlamalıdılar)

Qorx payızdan, qabağınca qış gılir armud öz vaxtında dəyər.

Bağban nə qədər tələssə də, insan zəhmətilə tanınar.

Gün öz işığını qorxma qışdan, qabağınca yaz gəlir.

Ağac meyvəsilə hec kəsdən esirgəməz.

  1. Yeni mövzu: “Novruz bayramı ənənələri”.

M. – Hə uşaqlar, qışdan qorxmayaraq biz səbirsizliklə baharın gəlməsini gözləyirik. Kim deyər, baharın gəlməsini biz hansı məclislə qarşılayırıq?

Ş. – Novruz bayramı ilə qarşılayarıq.

1.”Novruz bayramı “ – muəllim mövzunu izah edir.



M. - "Novruz " sözü yeni ruzi, yeni yaranış deməkdir. Azərbaycanlıların ən əziz, milli və tarıxı bayramlarından biri Novruz bayramıdır. Novruz bayramı hər Günəş ilinin axırıncı və yeni Günəş ilinin birinci günü qeyd olunur. Novruz bayramı şadlıqlarına hazırlıq yazın ilk günlərindən başlanır. Bu məqsədlə qapı - baca sahmana salınır, otaqlar silinib təmizlənir,insanlar təzə paltar alırlar, yeni ilə necə girilərsə, o il onlar üçün eləcə keçər.

Bu bayramın, uşaqlar, 4 çərşənbəsi var: 1 - SU, 2 - OD, 3 - YEL, 4 - TORPAQ. Bu şərçənbələr

haqqında gözəl bayatılar qurulur.

SU-Su gəldi bağçamıza OD - Oddur elimin obamın

Quş qondu taxçamıza Işığı yaraşığı

Yuva vurdu, ev tikdi Oddur bizi yaşadan

Baş verdi bağçamıza. Salıb qəlbə işığı.

YEL - Yel əsər duman qaçar TORPAQ - Torpaq bizdə, bağ bizdə

Novruzuma yol açar Dərə bizdə, dağ bizdə

Azəri odlar yurdu Novruz qonaq gəlibdir

Elimizə nur saçar Kef bizdə damaq bizdə

Adətən, bu bayramda hər evdə bayram süfrəsi açılır.

Bayram süfrəsini 7 nemət bəzəyir: paxlava, şəkərbura,qoğal, iydə, innab.Novruz süfrəsində şam yandırmaq adətdir.Bayrama bir neçə həftə qalmış süfrələrin bəzəyi,bolluq və bərəkət rəmzi olan səməni qoyulur. Səməni hər evin süfrəsində olmalıdır. Xorəklərimizin şahı - plov hazırlanır, dadlı buğlama , əlbəttə, şor qoğal,yağlı çörək, dolma və yenə azərbaycan xalqının ən dadlı ,ən ləzzətli xorəkləri novruz süfrəsində olur. Küçələrdə, həyətlərdə tonqal qalanır, adamlar tonqal üstündən tullanır keçən ildəki ağrı -acılar, xəstəliklər odda yandırılır. Novruz bayramı özünün əyləncəli oyunları ilə hamını şənləndirir. Bayramın təlxətləri -Kosanın məzəli əhvalatları, şən nəğmələri şənliklərin bəzəyidir.

Novruz Adətləri.

Novruza hazırlıq görərlər. Novruzda həyat bacanı təmizlərlər.Novruzda evləri şirələyər, paltar palazı təmiz suya çəkərlər.Novruzda qədər ağacların dibini bellərlər.Novruzda qədər bağların xəzəlini yığıb yandırarlar.Novruzda qədər ağacların quru budaqlarını kəsib atarlar.Novruzda səməni göyərdərlər.Novruzda səməni halvası bişirərlər.Novruzda niyyət eliyərlər.Novruzda Novruz süfrəsi açarlar.Novruzda tonqal yandırarlar. Novruzda üzərrik yandırıb tüstüsünü mal qaray oğul uşağa ev eşiyə verərlər.Novruzda təzə paltar alarlar.Novruzda qız-gəlinin təzə donla sevindirərlər.Novruzda ox atmağa hazırlaşarlar.Novruzda at çalmağa tədarük görərlər.Novruzda şənliklərə gedərlər.Novruzda Novruz xonçası bəzəyərlər.Novruzda yumurta boyayarlar.Axır çərşənbə uşağa beşik düzəldərlər.Axır çərşənbə günü çıxmamış su üstündən atdanarlar.Axır çərşənbədə tonqal yandırarlar.Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.Axır çərşənbədə gəlin buynuzuna qırmızı bağlarlar.

(interaktiv lövhədə müəllim şəkillər göstərir və novruzun adət və ənənələrindən danışır)

4. Yeni mövzunu möhkəmləndirməsi.

1. Şagirdlər mətni oxuyurlar.

2. “Doğru – yalan” nestlərə cavab verirlər.

Doğru - yalan



  1. Novruz Bayramı hər Günəş ilinin axırıncı və hər günəş ilinin birinci günü qeyd olunur.

Doğru Yalan

  1. Novruz Bayramı şadlıqlarına hazırlıq yazın ilk günlərindən başlanır.

Doğru Yalan

  1. Bu el bayramına az qalmış qapı – baca bağlanır, hamı evində oturur, qonaq getmir.

Doğru Yalan

  1. Bu əziz bayramda bütün küsülülər barışırlar.

Doğru Yalan

  1. Novruzun 8 çərşənbəsi var.

Doğru Yalan

  1. İl ərzində rəhmətə gedənlərin yaxın qohumları və dostları yığışıb onların ailəsinə

baş çəkirlər

Doğru Yalan

  1. Novruz süfrəsi xonçasında şam yandırmaq adət deyil.

Doğru Yalan

  1. İl təhvil olan kimi süfrə başındakılar savaşırlar.

Doğru Yalan

  1. Bayram süfrəsini yeddi nemət bəzəyir: paxlava, şəkərbura, qoğal, iydə, kişmiş, xurma, innab.

Doğru Yalan

  1. Bu bayramda dost – tanış, qohum - əqraba bu müddət ərzində bir - birinin evinə qonaq

gedirlər.

Doğru Yalan

3.musiqi çalınır, şagirdlər qısa inşa yazırlar

4. şagirdlər inşaları oxuyurlar.

5. Evə tapşırıq: 1. Mətni nağıl etmək.

Dərsin yekunu: Uşaqlar, Novruzun hansı ədati sizə xoş gəlir? Hansı adət və ənənələri qeyd edirsiniz? Bu günkü dərsimizdə təzə bir adətlər bildiniz?


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə