Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»



Yüklə 0,75 Mb.
səhifə1/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   60
A.MusayevM.M



AQİL MUSAYEV




MULKI MÜDAFİƏ
TİBBİ XİDMƏTİNİN
TƏŞKİLİ




Bakı - 2008

O




AQİL HİDİ oğlu MUSAYEV

MÜLKİ MÜDAFİƏ
TİBBİ XİDMƏTİNİN TƏŞKİLİ


BAKI-2008

  • ATU-nun Mülki Müdafiə Tibb Xidməti Kursunun müdiri, e.o. tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Ələkbərov Müzəffər Zülfüqar oğlu

  • Bakı Slavyan Universiteti Tibbi Biliklərin Əsasları və Mülki Müdafiə kafedrasının müdiri,.dosent Nəzərov Mi-böyət Məmməd oğlu

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tibbi Biliklərin Əsasları kafedrasının müdiri, professor Feyzullayeva Tamilla Ələkbər qızı

Redaktor: Ələkbərov Zülfüqar Müzəffər oğlu

Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci il tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır.

«TƏBİB» NƏŞRİYYATI

M13050600002008 T- 038(13)

© A.H.Musayev

Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür və beynəlxalq miqyas­da keçirilən bütün tədbirlərdə fəal iştirak edir. Birləşmiş Millətlər Təşkilatı 1990-2000-ci illəri təbii fəlakətlərlə mübarizə onilliyi elan etmişdir. Həmin vaxtdan bəri hər il oktyabrın 13-ü Beynəlxalq Təhlükəsizlik günü kimi qeyd olunur. Əsas məqsəd bütün ölkələrin vətəndaşlarını öz ölkə­lərində, yaşadıqları bölgələrdə ən çox ehtimal olunan və baş verən təbii fəlakətlərə qarşı mübarizəyə hazırlamaqdır.

Son illər beynəlxalq təşkilatlar maraqlı bir açıqlama yaymışdır. Belə ki, kokret götürülmüş hər hansı bir dövrdə təbii fəlakət, iri nəqliyyat və istehsalat qəzaları zamanı in­san tələfatı, insanların səhhətinin və normal həyat fəaliyyə­tinin pozulması, əhəmiyyətli maddi itkilər müharibə və ya hərbi münaqişələrin nəticələri ilə müqayisədə qat-qat çox­dur. Təbii ki, insan fəlakəti, müxtəlif dərəcəli xəsarətalma halları mülki əhali arasında daha çoxdur. Ona görə də mülki əhali üçün vaxtında və tam həcmdə tibbi göstərişlərə uyğun olaraq tibbi yardımın təşkili əsas vəzifə olmalıdır. Dövlətimizin bu sahəyə diqqəti müstəqilliyimiz dövründə daha da artmışdır.

Belə ki, AR-m Milli Məclisi 1997-ci ildə «Mülki Müdafiə haqqında Qanun» qəbul etdi. Bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti­nin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanının 2-ci bən­dinin icrasını təmin etmək məqsədilə Nazirlər kabineti 25. IX. 98-ci il tarixdə Mülki Müdafiənin təmin edilməsi məq­sədilə 193 saylı qərar qəbul etmişdir. Bu sahədə dövlət siya­sətini daha uğurla həyata keçirilməsi üçün Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev cənablarının 16 de­kabr 2005-ci il tarixli sərəncamı ilə ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Yaradıldığı qısa müddət

ərzində FHN-yi bu sahədə xeyli iş görmüş, qabaqcıl dövlət və beynəlxalq təşkilatlarla hər tərəfli əməkdaşlıq qurmuş­dur. Bir sözlə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti xal­qımız tərəfindən yüksək qiymətləndirilir.

Ali məktəblər haqqında əsasnaməyə görə Mülki Müdafiə fənni dövlətin xüsusi fənni kimi ali təhsil sistemin­də mühüm yer tutur və bu fənnin tibb xidmətinin ali təhsilli tibb mütəxəssisləri ilə təmin olunmasında Azərbaycan Tibb Universitetinin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, bu dərslikdən təkcə tələbələr deyil, həmçinin bu sahənin mütəxəssisləri də faydalanacaqlar.

Dərs vəsaitinin daha da təkmilləşdirilməsi məqsədi ilə oxucular tərəfindən edilən rəy, təklif və arzular müəllif tərə­findən hörmətlə qarşılanacaqdır.



Müəllif

I FƏSİL


MÜLKİ MÜDAFİƏNİN VƏZİFƏLƏRİ
STRUKTURU

^Mülki Müdafiə sülh və müharibə şəraitində mülki əha­linin, xalq təsərrüfatı obyektlərinin kütləvi qırğın silahla­rından və düşmən hücumundan qorunması, eyni zamanda zədə ocaqlarında aparılan xilasetmə işlərini həyata keçirən ümumdövlət tədbirlərinin tərkib hissəsidir./MM qarşısında aşağıdakı vəzifələr durur:

Mülki əhalini kütləvi qırğın silahlarının təsirlərindən və düşmən hücumundan qorumaq;

Hərbi dövrlərdə xalq təssərüfatı obyektlərinin normal iş rejimini təmin etmək;

Təbii fəlakət, iri qəzalar zamanı təxirəsalınmaz xila­setmə və bərpa işlərini həyata keçirmək və sairə.

Bu kimi vəzifələrin həyata keçirilməsi üçün əvvəlcədən bir sıra tədbirlər həyata keçirilməlidir. Belə ki, öncə əhali­nin kütləvi qırğın silahlarından mühafizəsi üçün sığınacaq­lar tikilməli, fərdi mühafizə vasitələr ehtiyatı yaradılmalı və onlardan istifadənin əhaliyə öyrədilməsi, əhalinin şəhərətra­fı əraziyə təxliyyəyə hazırlanması və onlara ilk tibbi yardı­mın öyrədilməsi təşkil olunmalıdır.

İdarə, təşkilat və iri sənaye obyektlərinin hərbi dövr­lərdə normal iş rejiminin təşkili üçün müxtəlif tədbirlər nə­zərdə tutulmuşdur. Belə ki, fəhlə və qulluqçular üçün sığı­nacaqlar tikilməsi, avadanlıq və dəzgahlarm nüvə silahının zədələyici təsirlərindən mühafizəsi, xilasetmə tədbirləri əla­qədar olaraq Mülki Müdafiənin qüvvə və vasitələri, idarə­etmə qurumları əvvəlcədən hazırlanması mühüm vəzifələr­dən biridir. Bu tədbirlərin vaxtında həyata keçirilməsi əha­linin xilas edilməsinə, xəsarətalmışlara tibbi yardımının gös­tərilmə və onların ocaqlardan təxliyyə olunmasına müsbət təsir edir. Ona görə ocaqlarda fasiləsiz kəşfiyyatın aparıl-

-5-


ması, MM qüvvə və vasitələrinin xilasetmə işlərinə daha tez cəlb edilməsi, xidmətlər və qərargahlar arasında əlaqənin qüzgün təşkili çox vacibdir.

Mülki Müdafiənin fəaliyyətini şərti olaraq 3 dövrə ay­rılır.



  1. Sülh dövrü.

  2. Düşmən hücumu, təbii fəlakət və iri qəza təhlükəsi dövrü.

  3. Düşmən hücumu, təbii fəlakət və iri qəzanın nəticə­lərinin aradan qaldırılması dövrü.

Fəaliyyətin 3 dövrə ayrılması işlərin həcmi və xarakte­ri, eyni zamanda müxtəlif şəraitdə tədbirlərin ardıcıllığı ilə izah olunur. Mülki Müdafiə ərazi-istehsalat prinsiplərinə görə təşkil olunur. Bütün tədbirlərin planlaşdırılması və ke­çirilməsi şəhər, rayon, idarə və təşkilatlar üzrə həyata keçi­rilir.

Azərbaycan Respublikasının hər bir vətəndaşı fövqaladə hallarda keçirilən bütün tədbirlərdə fəal surətdə iştirak etməli və Mülki Müdafiə işini ümumixalq işi hesab etməlidir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin