Dərslik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16 mart 2007-ci IL tarixli məktubu ilə müsbət rəy verilmiş tədris proqramı əsasında yazılmışdır. «TƏBİB»


Nüvə zədələnmələri ocağında ilk tibbi yardımın təşkili



Yüklə 0,75 Mb.
səhifə44/60
tarix17.02.2022
ölçüsü0,75 Mb.
#52734
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
A.MusayevM.M

Nüvə zədələnmələri ocağında ilk tibbi yardımın təşkili

İlk tibbi yardım ocaqlarda özü-özünə və ya yoldaşına qarşılıqlı yardım qaydası əsasında, sanitar post və sanitar drujina, Mülki Müdafiə tibbi müəssisələr və digər qurumla­rın şəxsi heyətləri tərəfindən qısa müddət ərzində göstərilir.

Ocaqlarda işə başlamazdan əvvəl tibb xidməti rəisi sa­nitar post və sanitar drujinalar qarşısında duran konkret vəzifələri müəyyənləşdirməlidir və aşağıda göstərilənləri bilməlidir:


  • sanitar drujina işləməli ərazini bilməli və SD xilasetmə dəstələrinin komandirinə tabe olmalı;

  • SD-in iş müddəti;

  • xəsarətalmışlarm sayı, yeri və ocaqdan çıxarılma yolla­rı, nəqiliyyat yükləmə yerləri;

  • düşmənin təkrar hücum təhlükəsi yarandıqda əhalinin xəbərdarlığı və mühafizə üsulları;

  • ərazinin dozimetik nəzarət qaydası və maksimal həddə yol verilən şüalanma dozası;

Qarşıda duran məsələlər aydınlaşdırıldıqdan sonra SD-in komandiri sanitar manqalara müvafiq tapşırıqlar ve­rir və hər bir manqanın fəaliyyət sahəsini müəyyənləşdirir. SD tərkibində 5 sanitar manqa fəaliyyət göstərir.

Sanitar dnıjina komandiri ən çətin sahərlərə siyasi iş­lər üzrə müavinini göndərir. SD komandiri manqalarla ra­bitəni siqnal və ya vasitəçilər vasitəsilə saxlayır. Sanitar manqalar əvvəlcə uçqunlardan kənarda xəsarətalmışları ax­tarır, ilk tibbi yardım göstərir, uçqunların altından və yanğınlardan insanları çıxarır, yanğınları söndürür. İlk tib­bi yardım xəsarətalmış aşkar olunduğu yerdə göstərilir.

Ocaqlarda göstərilən ilk tibbi yardım tədbirlərinə aşağıdakılar aiddir:


  • qanaxmaların müvəqqəti saxlanılması;

  • yanan paltarların söndürülməsi;

  • yamqlarda ağrıkəsici vurulması;

  • yanıqlara və yaralılara ilkin steril sarğıların qoyulması;

  • yuxan tənəffüs yollannm keçiriciliyinin bərpası;

  • fərdi apteçkadan istifadə etməklə qusma və qıcolma preparatlarının tətbiqi;

  • süni tənəfüs üsullannm tətbiqi;

  • ürəyin qapalı masajı;

  • ətraf sümüklərin smıqlannda immobilizasiya və sairə.

Kombinəolunmuş zədələnmələrdə xəsarətin növü və

ağrılıq dərəcələri nəzərə almaqla növbəliklə müvafiq ilkin tibbi yardım göstərir.

İlk tibbi yardım göstərilmiş hər bir şəxs xərəklərlə təhciz edilmiş manqalar tərəfindən nəqliyyata yüklənmə üçün ayrılmış yerlərə daşmır. İlk həkim yardımı dəstəsi ocağa yaxın yerlərdə olduqda sərbəst hərəkət edə bilən xəs­tə piyada şəkildə gəlməlidir. Lakin İHYD uzaqda yerləşdiyi hallarda xəsarətalmışlar ocaqlardan təxliyyəsi İHYD-nin və ocağa göndərilmiş qurumların nəqliyyat vasitələri ilə təşkil olunur.


Nüvə zədələnmələri ocaqlarında ilk həkim
yardımının təşkili

Xəsarətalmışlara İlk Həkim Yardımı Dəstəsi (İHYD), ocaqlarda qalmış müalicə-profilaktika müəssisələri və MM- in digər tibbi qurumları vasitəsi ilə göstərilir.

İHYD-in ocağa işləməyə göndərilməsi rayon və ya şə­hər MMTX rəisinin əmri ilə həyata keçirilir. Belə ki, əmrdə hərəkətə keçmə və ocağa çatma vaxtı, İHYD-in açılma ye­ri, marşurutu, yaralı və xəstələrin şəhərətrafı əraziyə təx- liyyə yolları dəqiq göstərilməlidir.

IHYD-in hərəkət şəraiti gündüz 30-40 km/saat, gecə isə 25-30 km/saat nəzərdə tutulmuşdur. İHYD-in rəisi tap­şırıq aldıqdan sonra xəritə üzərində hərəkət istiqamətini öy­rənir. Bunun üçün tibb xidməti rəisi aşağıdakıları bilməli­dir:



  • İHYD-in yürüş qaydası; cl~

  • hərəkət sürəti və maşınlar arşında məsafə;

  • İHYD-in açılma rayonuna çatma vaxtı;

  • hərəkət edən dəstədə rəisin və müavinin yeri;

  • siqnallar, verilmə qaydası və onlara uyğun hərəkət et­mək.

Bundan başqa hər bir maşın üçün məsul şəxs və müşa­hidəçi təyin edilməlidir. Maşınların bir-birini ötüb keçməsi qəti qadağandır. Radiaktiv maddələrlə çirklənmiş ərazidən keçməzdən əvvəl tibb xidməti rəisinin əmri ilə bütün şəxsi heyət fərdi aptekçədə olan şüalanma əleyhinə həb qəbul etməli və əleyhqazları geyinməlidir. Maşının sürəti və arala­rındakı məsafə artırılmalıdır. Çirklənmiş ərazini keçdikdən sonra tibb xidmətinin bütün şəxsi heyəti natamam sanitar təmizləmədən keçməlidir. Qış vaxtı şəxsi heyətin şaxtadan qorunması üçün zəruri tədbirlər görülməlidir.

İHYD-in ocağa hərəkət istiqamətində və girişdə tərki­bində 1 həkim və 2 orta tibb isçisi olan ştatdan kənar tibbi kəşfiyyat qrupu (TKQ) yaradılmalıdır.

Qrup üçün avtomaşın, radiasiya və kimyəvi kəş­fiyyat üçün cihazlar ayrılır və qrupun qarşısında aşağıdakı vəzifələr durur:

-dəstənin hərəkət istiqamətində və açılma rayonunda ionlaşdırıcı şüalanmanın dozasını müəyyənləşdirmək;



  • dəstə üçün açılma yeri və ya binanın seçilməsi;

- xilasetmə işləri aparılan obyektlərdən xəsarətalmışlann İHYD-yə daşınma marşurutunun müəyyən edilməsi. TKQ rabitə vasitələri ilə təmin edilmədiyi üçün əldə etdiyi məlumatlar haqqında İHYD-in rəisinə birbaşa məru­zə edir. Dəstənin rəisi isə yerin kəşfiyyatı qrupu ilə açılma yerinə baxış keçirir, funksional şöbələrin açılması yeri və qaydası haqqında son qərar qəbul edir.

İHYD-in açılma yeri müəyyənləşdirilərkən TKQ aşağıdakı tələbləri nəzərə almalıdır:



  1. İHYD-in açılma yeri RM-lə çirklənməmiş ərazi ol­malı;

  2. İHYD-si salamat qalmış bina, qurğu və ya zəif dağıntılar ərazisində (10-20 k/pa təzyiq olan ərazi) açıla bilər:

  • İHYD-si açılan ərazi təxliyyə marşurutlarına yaxın olmalıdır;

  • ocaqlarda, hərəkət marşurutlannda və İHYD-in açıl­ma rayonunda tibbi kəşfiyyatın aparılması;

  • xəsarətalmışlann natamam sanitar təmizlənməsi, onla­rın geyim və ayaqqabılarının dezaktivasiyası;

  • xəsartalmışlann qəbulu və tibbi çeşidləməsi;

  • xəsarətalmışlara ilk həkim yardımının və həyatı göstə­rişlərə uyğun olaraq cərrahi yardımın göstərilməsi;

  • nəqlolunması mümkün olmayan xəstələrin müvəqqəti qospitalizasiyası;

  • yoluxucu xəstələrin və kəskin psixi pozğunluğu olan xəstələrin müvəqqəti təcrid olunması;

  • xəsarətalmışların şəhərkənarı ərazidəki müalicə müəs­sisələrinə təxliyyəyə hazırlanması;

  • Sadə laboratoriya müayinələrinin və dozimetriya nə­zarətinin təşkili;

  • İHYD-in fəaliyyət göstərdiyi obyektlərdə sanitar drujinalarm tibbi əmlakla təhcizatı;

  • xəsarətalmışların qidalanmasının təşkili;

  • tibbi qeydiyyat və hesabatın aparılması;

İlk həkim yardımına aşağıdakı tədbirlər aiddir:

  • yaralanmaların profilaktikası;

  • qanaxmaların qəti saxlanılması;

  • şokəleyhinə tədbirlərin təşkili;

  • sarğı və şinalarm qoyulması və düzəldilməsi;

  • asfiksiyalarla mübarizə və profilaktikası;

  • sidik kisəsinin punksiyası və ya kateterizasiyası;

  • dəri və əzələdən asılı vəziyyətdə qalan ətrafın amputa- siyası;

İlk həkim yardımının həcmi konkret şəraitdən və xəs­tələrin sayından asılı olaraq genişləndirilə və yaxud azaldıla bilər, yəni tam və ya ixtisar olunmuş şəkildə həyata keçirilə bilər. İxtisar olunmuş tibbi yardım təxirəsalınması mümkün olan tədbirlərin hesabına göstərilir.

İlk həkim yardımı dəstəsinin aşağıdakı fuksional şöbə­ləri açılır:



  • çeşidləmə-təxliyyə şöbəsi;

  • əməliyyat-sarğı şöbəsi;

  • qospital şöbəsi;

  • hissəvi sanitar təmizlənmə, paltar və ayaqqabıların de- zaktivasiyası şöbəsi.

  • laboratoriya şöbəsi;

  • tibbi təhcizat (aptek) şöbəsi;

  • təsərrüfat şöbəsi.

Çeşidləmə-təxliyyə şöbəsi qəbul-çeşidləmə və tibbi təx- liyyə şöbəsinin hesabına açılır. Bu şöbə tərkibində çeşidlə­mə meydançası və bölüşdürücü post yaradılır. Bölüşdürücü postun əsas vəzifələri aşağıdakılardır:

  • dozimetik nəzarətin təşkili;

  • yoluxucu və psixi pozğunluqları olan şəxslərin aşkara çıxarılması və təcrid olunması;

  • xəsarətalmışlarm 2 qrupa ayrılması, yəni hərəkətli və xərəyə ehtiyacı olanlar;

  • ətraf mühitin müşahidəsi, xəsarrətalmışları daşıyan nəqliyyat vasitələrinin çeşidləmə meydançasına daxil olmasının nizamlanması.

Bölüşdürücü post (BP) İHYD-in çeşidləmə-təxliyyə şöbəsindən 50-60 metr aralı yaradılır. BP-in tərkibinə 1 tibb bacısı və 1-2 dezimetrist daxildir.

Xəsarətalmışlar BP-da aşağıdakı qaydada bölüşdürü­lərək müvafiq palatalara göndərilir:



  • hərəkətli yaralı və xəstələr qəbul-çeşidləmə palataları­na;

  • natamam sanitar təmizlənmədən keçdikdən sonra hə­min şəxslər də qəbul-çeşidləmə palatalarına;

  • xərəyə ehtiyacı olan və yaralılar da natamam sanitar təmizlənmədən keçdikdən sonra qəbul-çeşidləmə pala­talarına;

  • yoluxucu xəstəliyi və ya psixi pozğunluğu olanlar təcridxanalara;

Çeşidləmə-təxliyyə şöbəsinin əsas funksiyalarına aid­dir:

  • xəsarətalmışlarm qəbulu və qeydiyyatı;

  • tibbi-çeşidləmənin məntəqədaxili və təxliyyə nəqliyyat təşkili və xəsarətalmışlarm müvafiq funksional şöbələrə göndərilməsi;

  • xəsarətalmışlara təxirəsalınmaz tibbi yardımın göstə­rilməsi;

  • xəsarətalmışlann öz nəqliyyat vasitələri ilə xilasetmə yerlərindən daşınması və şəhərkənarı zonaya təxliyyəyə hazırlanması.

Qəbul-çeşidləmə palataları qəbul və geniş yerləşdirmə imkanları olan zallarda açılır. İlin isti fəsillərində isə bu iş­lər çeşidləmə meydançalarında həyata keçirilir. Yaradılmış çeşidləmə briqadaların tərkibində 1 həkim, 2 tibb bacısı, 2 qeydiyyatçı və 1-2 sanitar manqa vardır. Xəsarətalmışlann hərəkətli və xərəyə ehtiyacı olmasını nəzərə alaraq hətta 2-3 çeşidləmə briqadası yaradıla bilər. Hər bir xəsarətalmış üçün ilkin tibbi kartoçka doldurulur. Dəqiq və düzgün dol­durulmuş ilkin tibbi kartoçka (forma NglOO) İHYD-in funk­sional şöbələri tərəfindən tədbirlərin vaxtında keçirilməsinə və növbəti təxliyyə mərhələsinə hazırlanmasına şərait yara­dır. İlkin tibbi kartoçka tibbi, hüququ və iqtisadi sənəddir. Sənəddə xəsarətin xüsusiyyətini göstərmək üçün 4 siqnal rə­ngi vardır. Yuxarı qırmızı, aşağı göy, sol sarı, sağ isə qara rəngdədir. Bunlar da tibbi heyət üçün çox vacibdir.

Tibbi çeşidləmə nəticəsində xəsarətalmışlar aşağıdakı əsas qruplara ayrılır:



  1. Həyatı göstərişləri nəzərə alaraq ilk həkim yardımına ehtiyacı olanlar əməliyyat-sarğı şöbəsinə;

  2. Nəqlolunması mümkün olmayanları qospital şöbəsi­nə;

  3. İlk həkim yardımına ehtiyacı olmayanları təxliyyə palatalarına;

  4. Təcrid olunmağa ehtiyacı olanları (yoluxucu və psi­xi-əsəb pozğunluğu olanlar) təcridxanalara;

  5. Yüngül yaralılar, hərəkət edə bilənlər sarğı otağına və ya təxliyyə palatalarına göndərilir.

Natamam sanitar təmizlənmə, ayaqqabı və paltarların dezaktivasiyası şöbəsinin vəzifələri aşağıdakılardır:

Qış mövsümündə bu şöbə iri otaqlarda açıla bilər. Şö­bə açılarkən küləyin istiqaməti nəzərə alınmalı və «çirkli» və «təmiz» olmaqla 2 yerə ayrılmalıdır.

Əməliyyat-sarğı şöbəsi tərkibində:



  • 2-3 stolu olan bir cərrahi briqada üçün əməliyyatönü və əməliyyat otağı;

  • ağır yaralılar üçün 5-6 stolu olan 2 cərrahi briqada üçün sarğı otağı;

  • yüngül yaralılar üçün 1 cərrahi briqada üçün sarğı otağı;

  • 60-80 xəsarətalmışlar üçün şokəleyhinə palatalar açılır.

Cərrahi briqadaların tərkibində həkim-cərrah, əmə­liyyat üzrə tibb bacısı, 2 sarğı üzrə tibb bacısı, tibbi qey- diyyatçı və 2 sanitar vardır.

Şok əleyhinə palatalar əməliyyat otağına yaxın açılma­lıdır. Ağır xəstələr üçün sarğı otağında aşağıdakı cərrahi əməliyyat aparılır: novakain blokadoları, nəqliyyat immo- bilizasiyaları, traxeostomiya, əzələ və dəridən asılı vəziy­yətdə olan ətrafların kəsilməsi, sidik kisəsi və döş boşluğu­nun punksiyası.

Yüngül yaralılar üçün sarğı otağında 1 ədəd sarğı stolu qoyulur və aşağıdakı tədbirlər həyata keçirilir: sarğıların qoyulması və ya dəyişdirilməsi, immobilizasiya, antibiotik­lərin, tetanüs və qazlı qanqrena əleyhinə zərdabların vu­rulması, ümumi baxış keçirilməsi.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin