Uiler-Li qanununa
(Wheeler-Lea Act) əsa-
sən, Ticarət üzrə Federal Komissiyanın səlahiyyətinə -
məhsulların keyfiyyətinə dair yalan məlumat verən reklam
sahiblərinin cəzalandırılması və "ticarətdə aldadıcı hərə-
kətlərə yol verənlərin cəhdlərinə hüquqi qiymət vermək
məsuliyyəti"də əlavə olunmuşdu.
215
Federal Komissiyanın fəaliyyəti, bu sahədəki mütə-
xəssislər tərəfindən yüksək qiymətləndirilərək göstərilirdi
ki, onun yeni səlahiyyətləri bir tərəfdən işgüzar əxlaq nor-
malarını qanunsuz əməllərdən qoruyur, digər tərəfdən isə
həmin qaydaları pozanlara qarşı məhkəmə iddiaları qaldı-
rılmasını təmin edirdi.
Seller-Kefover qanunu
(Celler-Kefauver Act -
1950). Bu qanunun ABŞ konqresi tərəfindən qəbul olun-
duqdan sonra, 1914-cü ildən fəaliyyətdə olan Kleyton qa-
nununa belə bir əlavə edilirdi ki, rəqabət aparan tərəflər
(şirkətlər, korporasiyalar) təkcə bir-birinin səhmlərini de-
yil, eyni zamanda əmlakını da (əsas istehsal fondlarını,
binalarını, avadanlıqlarını) ələ keçirə bilməzdilər. Məqsəd
isə bazarda rəqabət mühitini zəiflədən amilləri aradan
qaldırmaq, inhisarçılığın qarşısını almaq idi.
Əlbəttə, bu qanundan yan keçmək, onu formal surət-
də pozmamaqla, rəqibin səhmlərini və əmlakını başqa
şəxslərin, yaxın adamların vasitəsilə almaq mümkün idi.
Lakin qanuna görə, gələcəkdə belə bir hərəkətin üstü açıl-
saydı, həmin şəxslərin cəzadan qaçması mümkün deyildi.
Deməli, Seller-Kefover qanunu, real təsərrüfat həyatı təc-
rübəsində baş verə biləcək bu cür bazar rəqabətinə əngəl
törədən hallara qarşı mübarizə tədbirlərinin gücləndiril-
məsini nəzərdə tuturdu.
Bütün yuxarıda göstərilən və müxtəlif illərdə qəbul
olunmuş antiinhisar qanunları, konkret bir məqsədə-ölkə-
də əlverişli rəqabət mühitinin formalaşmasına yönəldil-
mişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra, sərbəst bazar münasibətlərinə keçidin ilk dövründə,
istehsal inhisarçılığının fəaliyyətini məhdudlaşdırıb tənzim-
216
ləmək üçün ölkədə bir sıra tədbirlər həyata keçirilmişdir.
Dostları ilə paylaş: |