Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


əvvələn, yaşadığımız cəmiyyətin və dünyanın iqtisadi in- kişaf qanunauyğunluqlarını daha yaxşı dərk etmək;  sonra



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə5/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Mikroiqtisadiyyat (1)

əvvələn,
yaşadığımız cəmiyyətin və dünyanın iqtisadi in-
kişaf qanunauyğunluqlarını daha yaxşı dərk etmək; 
sonra
insanları cəmiyyətdə baş verən dəyişikliklərin passiv seyr-
çisi deyil, fəal iştirakçısına çevirmək; 
nəhayət,
milli və 


13 
qlobal miqyasda həyata keçirilən obyektiv-subyektiv sə-
bəblərlə bağlı iqtisadi siyasətin mahiyyətini aydınlaşdır-
maqdır. 
Deməli iqtisadi nəzəriyyənin bir elm kimi 
məqsədi 
iqtisadi qanunları (qanunauyğunluqları, prinsipləri, meyl-
ləri) öyrənmək və onlardan təcrübədə səmərəli istifadə 
olunması mexanizminin işlənib hazırlanmasıdır. Daha ge-
niş anlamda 
məqsəd,
dünyanın və milli təsərrüfatların 
keçdikləri sosial-iqtisadi inkişaf yolunun təhlili əsasında, 
bütövlükdə ictimai istehsalın səmərəli fəaliyyətinin təşki-
lini elmi-nəzəri cəhətdən əsaslandırmaqdır.
Bu mənada, təsərrüfat həyatının istehsal, bölgü, is-
tehlak dairəsində iqtisadi nəzəriyyənin prinsiplərinə, qa-
nunlarının fəaliyyət mexanizminin xüsusiyyətlərinə bələd 
olmaq təkcə iqtisadçılar və siyasi xadimlər üçün deyil, 
həm də işgüzar bizneslə məşğul olanlar, fermerlər, bank 
işçiləri, tələbələr, dövlət məmurları, evdar qadınlar və adi 
vətəndaşlar üçün faydalıdır. Çünki, “yalnız iqtisadi nəzə-
riyyənin əsas məsələlərindən başı çıxan insan, qarşılaşdığı 
problemlərə dair müstəqil fikir söyləyə bilər” (L.Mizes). 
Həmin məqsədə çatmaq üçün iqtisadi nəzəriyyə bir 
elm kimi 
dərketmə, proqnozlaşdırma, təcrübi, ideoloji, 
metodoloji 
vəzifələri yerinə yetirir. Bunun üçün cəmiyyət 
ilk növbədə hansı məhsullardan və nə qədər istehsal edilə-
cəyini; həmin məhsulların hazırlanacağı iqtisadi resursları 
və texniki-texnoloji bazanı; istehsal olunacaq məhsul xid-
mətlərin kim üçün nəzərdə tutulduğunu müəyyənləşdirmə-
lidir. 
Cəmiyyətin iqtisadi həyatı və orada fəaliyyət göstə-
rən obyektiv qanunlar, insanlar tərəfindən 
dərketmə
funk-
siyası vasitəsilə öyrənilərək, onların gələcək işlərində nə-


14 
zərə alınır. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin