Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


ünsiyyət prosesində iştirak edənlərin sayından asılı olaraq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   178
I CİLD (2)

ünsiyyət prosesində iştirak edənlərin sayından asılı olaraq
nitqin üç növü 
mövcuddur:
-monoloq,


-dialoq,
-poliloq.
 
Monoloji, dialoji və poliloji nitq ünsiyyət prosesinə aid olub, nitqin vəhdət təşkil edən 
vahidləridir. Lakin bu növlərin özünəməxsus linqvistik və ekstralinqivistik xüsusiyyətləri 
vardır.
Monoloji nitq. 
Latınca mono (mono)- bir, loqos (lagos)-nitq deməkdir. Monoloji 
nitqdə müsahiblə əks əlaqə olmur. Burada əks əlaqə şərti mənada başa düşülməlidir. Nitqin 
kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə edilir. 
Monoloji nitq mürəkkəb sintaktik quruluşa malik olub daha geniş mövzunu əhatə edir.
 
Monoloji nitq fikrin, ideyanın, problemin, məsələnin və s. bir nəfər tərəfindən geniş və 
müxtəsər, ardıcıl və rabitəli bir şəkildə ifadə olunmasıdır.
Burada məqsəd hər hansı mövzü ilə bağlı məzmunu dinləyiciyə (dinləyicilərə) 
çatdırmaqdır. Monoloji nitq müxtəlif məzmunlu, məqsəddən asılı olaraq öyrətmə, məlumat 
vermə, təsviri, nəql etmə və s. ola bilər. Bu baxımdan monoloji nitqin elmi, publisistik, bədii, 
və s. üslubları mövcuddur.Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, dinləyicinin 
diqqətini cəlb etmək üçün böyük məharət tələb edir.
Monoloq həm yazılı, həm də şifahi nitqə aiddir. Şifahi nitqdə monoloq çox vaxt daxili 
nitq səciyyəsi daşıyır. Yazılı nitqdə xüsusən bədii ədəbiyyatda monoloqdan geniş istifadə 
olunur və personajın daxili aləmini açmağa xidmət edir. Monoloq bəzən müəllifin özünə, bəzən 
də başqalarına ünvanlanır. Məsələn, C. Məmmədquluzadənin “Ölülər” əsərində İsgəndərin və 
C.Cabbarlının “Od gəlini”ndə Elxanın monoloqu meydana toplaşanlara, V. Şekspirin 
“Hamlet” əsərində isə qəhrəmanın monoloqu onun özünə ünvanlanmışdır.
Monoloji nitq eyni zamanda son dərəcə fəal, sərbəst, mütəşəkkil nitq növüdür. Bu 
əvvəlcədən təşkil olunmuş nitqdir. Danışan öz nitqində deyəcəklərini fikrən və ya yazılı şəkildə 
əvvəlcədən planlaşdırır, düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir
fərdə və ya auditoriyaya müraciət formasını və dil materiallarını seçir, auditoriyanın 
səviyyəsini, nitqi necə başlayacığını və bitirəcəyini, deyəcəklərinə onları inandırmaq üçün üsul 
və priyomları müəyyən edir.
Monoloji nitq şifahi və yazılı formada olur. Yazılı monoloji nitq geniş, şifahi monoloji 
nitq isə qısa, yığcam, konkret olur.
Şifahi monoloji nitq iki formada olur: 
1.Təşkil olunmuş nitq;
2. Təşkil olunmamış nitq (spontan). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin