Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə161/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   178
I CİLD (2)

 
 
XASİYYƏTNAMƏ 
«Xasiyyətnamə» 
xasiyyət
(ərəb) və 
namə
(fars) sözlərinin birləşməsindən əmələ gəlmiş 
alınma sözdür. Bu sənəd konkret şəxsə verilir və onun haqqında məlumatları əhatə edir. 
Xasiyyətnamə – müəyyən bir qurumla bağlı olan şəxsin bir sıra məsələləri həll edərkən (ali 
məktəbə qəbul, işə qəbul, təltif və mükafatlandırma, başqa ölkəyə ezam edilmə və s. ) idarənin, 
təşkilatın, məktəbin, hərbi hissənin və s. rəhbərinin ona verdiyi rəsmi sənəddir.
Xasiyyətnamənin rekvizitləri aşağıdakılardır:
-sənəd növünün adı –XASİYYƏTNAMƏ; 
-xasiyyətnaməni verən təşkilatın adı; 
-xasiyyətnaməni verən şəxsin vəzifəsi; 
-xasiyyətnaməni verən şəxsin adı, soyadı (və ya inisialları və soyadı); 
-xasiyyətnamənin verilmə tarixi; 


-xasiyyətnamə alan şəxsin adı, atasının adı, soyadı; 
- xasiyyətnaməni alan şəxsin adı, atasının adı, soyadı, təvəllüdü, vəzifəsi; 
- xasiyyətnaməni verən şəxsin imzası; 
-möhür; 
-xasiyyətnamənin təyinatı. 
Xasiyyətnamənin mətni bir-biri ilə məntiqi əlaqəli dörd hissədən ibarət olur. Birinci hissə 
xasiyyətnaməni alan şəxslə bağlı əsas anket məlumatlarını əhatə edir. İkinci hissə –şəxsin 
fəaliyyəti və bu fəaliyyətlə bağlı keyfiyyətlər haqqında məlumatları özündə birləşdirir. Üçüncü 
hissə şəxsin ictimai-əxlaqi keyfiyyətlərini əhatə edir. Burada şəxsin işdə, ailə və məişətdə, 
ictimai işlərdə davranış və bacarıqları, habelə dövlət təltifləri, digər xidməti mükafatları, elmi 
adları, başqa fəxri adları və sair ifadəsini tapır. Sonda şəxsin ailə vəziyyəti haqqında məlumat 
verilir. Dördüncü hissə xasiyyətnamənin təyinatını göstərir. Bu hissə nəticə hissəsi də 
adlandırılır. Bu hissənin yazılış şablonu belədir: Xasiyyətnamə (veriləcək təşkilatın adı) təqdim 
edilmək üçün verilir.
Sənədin adı baş hərflərlə ortada yazılır. Anket məlumatları sənədin adından sonra sağ 
tərəfdən şəxsin adı, atasının adı və soyadının yerləşdiyi hissəni tutur və sağ tərəfdə mətnlə eyni 
şaquli xətti keçmir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin