Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   178
I CİLD (2)

Azərbaycanda da qədim yazı 
nümunələrinə
qədim türk yaşayış məskənləri Qobustanda, Gəmiqayada, Kəlbəcərdə, Laçında, 
Zəngəzur mahalının Meğri rayonundakı Qarqar dağında, Borçalının Loru mahalında, Türkiyə 
sərhədində yerləşən Kalinino rayonunun Cücəkənd yaşayış məntəqəsində, Gəncə, Şamaxı, 
Mingəçevir, Hacıqabul, Pirallahı adası, Nüvədi və Təbriz – Əhər yaxınlığında, İçərişəhər 
qabları üzərində rast gəlmək mümkündür. “Gəmiqaya-Qobustan 
əlifba 
işarələrinin 
Azərbaycanın digər ərazilərində də aşkarlanması faktı sübut edir ki, bu qədim Azərbaycan 
əlifbası e.ə minilliklərdən eramızın I minilliyinin 8-9-cu əsrlərinə qədər, xüsusən ərəb işğalına 
qədər Azərbaycanda, Yaxın və Orta Şərqdə, nəhayət, Avropada yayılmış, işlənmiş, 
öyrənilmişdir. Bu əlifbalarla çoxlu dastanlar, tanrıçılıq inamı ilə bağlı boylar, hekayələr, 
bayatılar, atalar sözləri, müdrik kəlamlar qeydə alınmışdır” (8, 14). 
V. 
Əliyev 
Gəmiqayadakı qayaüstü rəsmlərdə qədim yazı işarələrinə təsadüf olunduğunu, eyni zamanda 
onlar arasında tayfa nişanları və damğaları axtarmağı məqsədəuyğun hesab etmişdir(6). 
Qobustan və Gəmiqaya əlifbalarının tədqiqatçısı
Ə. Fərzəli Qobustanda və Gəmiqayada qədim əlifba işarələrini aşkar etdikdən sonra həmin 
əlifbanı piktoqrafik yazı sırasından çıxarmışdır. 
Tədqiqatçılar etiraf edir ki, Azərbaycanda Orxon-Yenisey əlifbasının nümunələri aşkar 
olunmamışdır (8, 14). Azərbaycan ərazisində aşkar edilmiş abidələrdəki yazı işarələri isə 
Azərbaycan xalqının öz düşüncəsinin, fəlsəfi dünyagörüşünün məhsuludur. Mərkəzi Asiyada 
mixi yazılara rast gəlinmir. Belə ki, Orxon-Yenisey səsləri Azərbaycan əlifbasının səsləri ilə 
eynilik yaratmır. Yeriyən A, P hərfləri, çoxçalarlı F hərfi, bilavasitə suyu bildirən θ hərfi;
“Orxon-Yenisey” də olmayan T, III və başqa işarələr, Gəmiqaya -Qobustanda səkkiz və ulduz 
işarələrinin bolluğu və başqa yerli əlamətlər Gəmiqaya-Qobustan əlifbasını Orxon-Yeniseydən 
fərqləndirir”(8,15).


Orxon-Yeniseydə olan yazı işarələrini ifadə edən piktoqraflar gözlə görünəni ifadə edir. 
Gəmiqaya-Qobustandakı yazı işarələri isə sirlidir, sanki kodlaşdırılıb. 
Gəmiqaya-Qobustan əlifbasının tədqiqatçısı Ə. Fərzəli belə qənaətə gəlmişdir ki, 
Orxon-Yeniseydə yazılar, işarələr yalnız görünən şərtliklə bağlıdır. Gəmiqaya-Qobustanda isə 
bir sirlilik var, yazı işarələri səslərə, yəni səslər piktoqrafların məzmununa uyğundur və 
məzmuna – koda yaxındır. O, tanrıçılıq inamına, əzəli od – su ikiliyi, ucalıq – dəqiqlik 
prinsipinə əsasən mifolji ardıcıllıqla Gəmiqaya-Qobustan sirlərini, işarələrin aid olduğu səsləri 
müəyyən etmişdir. 
Gəmiqaya-Qobustan qayalarındakı səsləri ifadə edən işarələr həmin piktoqrafların
məzmunu ilə çox uyğundur. F. Engels “Təbiətin dialektikası” əsərində yazır ki, insanlar 
dialektikanın nə olduğunu bilmədikləri vaxtda dialektik düşünmüşlər. Azərbaycan yazısının 
yaradıcıları da tələffüz zamanı fonemlərin təbii yaranma prosesini izləyərək dilin işarələr 
sistemini yaradarkən, səslərin ağızda səslənməsinin gerçək şəklini çəkməklə onları əhatə edən, 
müşahidə etdikləri əşyaların, hadisələrin məzmununu əks etdirən piktoqrafları yaratmışlar: 
- O səsinin tələffüzü zamanı dodaqların dairəvi forma almasının şəkli – O hərfi; 
- θ səsinin tələffüzü zamanı dodağın dairəvi şəklinin 
ortadan bölünməsinin şəkli – θ hərfi; 
İ səsinin ağızdan düz və 
ensiz şüa kimi çıxması şəkli – i hərfi.
Bu hal sait və samitlərin müəyyən qismində də müşahidə olunur. Göründüyü kimi, 
Azərbaycan dili səslərinin bir qismi on min illər əvvəlki sabitliyini indi də saxlayır. “Dildəki 
səslər-zahirən adi görünən bu vahidlər ecazkar qüvvə potensiyasına malikdir” (Y. Seyidov) 
(1,3).
Gəmiqaya-Qobustan yazı işarələrinin səslərə və məzmuna yaxın olduğu 
görünür. Buradakı hərfləri ifadə edən piktoqraflar mifik kodlara malikdir. Gəmiqaya-Qobustan 
piktoqrafları xalqımızın qədim dünyagörünüşünü əks etdirir. Deməli, bu rəsm və işarələr 
“ovçuların və çobanların əl işləri” olmayıb, “istedadlı rəssamlar və bilicilər tərəfindən qayalar 
üzərində bədii – həndəsi – riyazi dəqiqliklə yazılmış, həkk edilmişdir, sözlü işarələrdir” (7, 6). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin