Dinin dünyagörüşü
funksiyası o deməkdir ki, o insanlara dünya, təbiət haqqında, insanın
burada yeri ilə bağlı suallara özünəməxsus şəkildə cavab verməyə
çalışır
. Requlyativ (tənzimləmə) funksiya din tərəfindən insanların
davranış və hərəkətlərini müəyyən edən qaydalar və normaların
yaradılması ilə bağlıdır. Məsələn islam dinində bu şəriət vasitəsilə həyata
keçirilir. Şəriət çox geniş məzmuna malik olub müsəlmanların həyat
fəaliyyətinin ən müxtəlif sahələrinə (əmlak münasibətləri və vergi
yığmaqdan tutmuş, ailə-nigah münasibətlərinə qədər) dair davranış
normaları və yasaqların məcmusunu əhatə edir. Kommunikativ funksiya
bunda ifadə olunur ki, müəyyən dini birliklər, icmalar çərçivəsində
insanların əlaqələri möhkəmlənir. Dindarların bu ünsiyyəti həm də
mədəniyyət, təsərrüfat və ailə-məişət sahələrində özünü göstərir.
Dindən danışarkən göstərilməlidir ki,
o mədəniyyət tarixində
özünəməxsus yer tutur
. O yüz illər boyu mənəvi mədəniyyətin ayrılmaz
tərəfi kimi çıxış edir. Əlbəttə bu o demək deyildir ki, dini etiqadlar mədəni
dəyərlərin mənbəyi olmuşdur. Söhbət ondan gedir ki, din mənəvi
mədəniyyətin müxtəlif tərəflərinə nüfuz edərək onunla yanaşı yaşayır.
Müasir cəmiyyətdə dinin yeri və rolunda əhəmiyyət
dəyişikliklər baş verir
. Hər şeydən əvvəl, iki tərəfli ziddiyyətli meyl
484
özünü göstərir. Bir tərəfdən muasir edlmi-texniki tərəqqi, insanların ümu-
melmi və mədəni səviyyəsinin yüksəlməsi nəticəsində, onların
dünyagörüşündə və həyat tərzində dini təsəvvürlər sıxışdırılıb çıxarılır.
Digər tərəfdən, cəmiyyətdə, əhalinin müxtəlif təbəqələri arasında dinin
güclənməsi prosesi müşahidə olunmaqdadır. Sonuncu meyil çox müxtəlif
səbəblərlə bağlıdır. Hər şeydən əvvəl ölkəmizdə qərarlaşmış vicdan və
dini etiqadlar azadlığı bu işdə mühüm rol oynayır. Digər tərəfdən müasir
elm hələ də insanları və bəşəriyyəti düşündürən bir çox vacib suallara ca-
vab verə bilməmişdir. Buna görə də insanlar onların cavablarını dində
tapmağa ümid bəsləyirlər. Sonra, insanlar öz gündəlik həyatında rast
gəldikləri haqsızlıq və ədalətsizlik hallarına qarşı çıxarkən müəyyən bir
ilahi qüvvəyə tapınmağa cəhd göstərirlər. Bütün bunlar isə dini
təsəvvürlərə müəyyən qida verir, insanların ona inamını artırır.
|