Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Şəxsiyyəti müxtəlif meyarlardan yanaşmaqla bir çox tiplərə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə601/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   597   598   599   600   601   602   603   604   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Şəxsiyyəti müxtəlif meyarlardan yanaşmaqla bir çox tiplərə 
ayırmaq olar
. Məsələn şəxsiyyətlər sosial- tarixi, sosial- sinfi, sosial- de-
moqrafik, sosial- etik, sosial- professional göstəricilər və sosial rola görə 
bir- birindən fərqləndirilir. Qeyd olunmalıdır ki, həmin bölgülərin hər biri 
ayrı- ayrılıqda birtərəfli xarakter daşıyır. Buna görə də şəxsiyyəti təhlil 
edərkən onları mümkün qədər bir- birilə əlaqədə götürmək lazım gəlir. 
Yuxarıda göstərilənlərdən əlavə şəxsiyyətin ümumpsixoloji planda 
təsnifatı da mövcuddur. Bu cür yanaşdıqda insan psixikasının ictimai 
təbiətindən asılı olan momentlər əsas götürülür. Onun məqsədi şəxsiyyətin 
formalaşması və inkişafının spesifik şəraiti ilə şərtlənən fərdi psixiki 
xassələri aşkar etməkdir. 
Son dövrlərdə şəxsiyyətləri emosional göstəricilərə görə 
qruplaşdıran nöqteyi- nəzər də geniş yayılmaqdadır
. Bu bölgü xeyli 


551 
dərəcədə özünü doğruldur. Belə ki, insanın davranış və hərəkətləri heç də 
həmişə məntiqi səviyyədə əsaslandırılmır. Bir çox hərəkət və qərarlar 
məhz hisslərin, emosiyaların bilavasitə təsiri altında qəbul olunur. 
Müəyyən hallarda hisslərə arxalanan bilik asanlıqla əqidəyə çevrilir. Lakin 
hisslərin rolu təkcə bununla bitmir. Hisslər həm də insanın əqidəsindən 
onun koknkret hərəkətlərinə doğru aparan yolda özünəməxsus mühərrik 
rolunu oynayır. 
Şəxsiyyətləri öz ustanovkaları, emosiyaları və hissləri baxımından 
aşağıdakı kateqoriyalara ayırmaq olar: ünsiyyətcil hisslərə malik 
şəxsiyyətlər; özünütəsdiqetmə və şöhrətlə bağlı hisslərə malik olanlar; öz 
fəaliyyəti, onun uğurluluğu və ya nöqsanları, həyata keçilməsində 
çətinliklər üçün daim həyəcan hissi keçirənlər; baş verən təhlükəni aradan 
qaldırmaq tələbatından doğan və sonradan ağır sınaqlara, gərgin 
mübarizəyə maraq yaradan hisslərlə bağlı olanlar; cismani və mənəvi 
rahatlığa meyilli hisslərə malik olanlar, daim yeni informasiya əldə 
etməyə, habelə onu sistemləşdirməyə və ümumiləşdirməyə cəhd 
göstərənlər; dünyanın gözəlliyi və harmoniyasını seyr etməkdən, habelə 
şəxsiyyətin özü ilə onun əhatə dairəsinin harmoniyasından sevinc hissi 
keçirənlər; qeyri- adi, sehrli xarakter daşıyan şeylərə can atan və taleyinə 
fövqəladə təsirin arzusu ilə yaşayanlar; başqa insanlara əl tutmaq, 
köməklik göstərmək və himayədarlıq etmək təlabatı ilə bağlı hisslərə ma-
lik olanlar. 
Yuxarıda göstərilən hisslərdən hansının şəxsiyyətin xarakterində 
üstün yer tutmasından asılı olaraq şəxsiyyətlər ünsiyyətcil və ya lovğa, 
refleksiv, qəhrəman, hedonist, intellektual, estetik zövqlü, romantik və ya 
altruist (öz mənafeyini ictimai mənafeyə qurban verən) ola bilirlər.
1
Şəxsiyyətin ümumi emosional istiqaməti onun gündəlik maraqları 
dairəsinə, ünsiyyət stilinə, yaradıcılıq prosesinə əhəmiyyətli təsir göstərir. 
O digər hisslərin özünü göstərməsinə mane olmur, lakin onlara 
özünəməxsus don geydirir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   597   598   599   600   601   602   603   604   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin