553
göstərdiyi xeyirxahlıqda, özünün müstəqil davranış xəttini işləyib
hazırlamaqda, kollektivin rəyi ilə hesablaşmaqda əks olunur.
Şəxsiyyətin bioloji, psixoloji və sosial inkişafı bir- birilə vəhdətdə
çıxış edir. Lakin bu vəhdət daxilində sosial inkişaf müəyyən üstünlüyə
malikdir. Ümumilikdə bu üç tərəfin əldə etdiyi səviyyə ictimai- tarixi pro-
sesin sürəti ilə müəyyən edilir.
Şəxsiyyətdə sosial ilə biolojinin vəhdəti onun istedadlılıq
keyfiyyətində daha aydın görünür. Öz mahiyyətinə görə istedad insanın
təbii imkanları ilə əməyinin birləşməsi deməkdir. Alimlərin
hesablamalarına görə insanın əqli qabiliyyətlərinin 70-80%-i genetik
amillərlə şərtlənir. Bioloji əlamətlər şəxsiyyətin əsəb proseslərinə,
temperamentinə, xarakterinə və digər psixiki xassələrinə əhəmiyyətli təsir
göstərir.
1
Dostları ilə paylaş: