Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə83/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ibn- Sina (980-1037) 
olmuşdur
. Buxara şəhəri yaxınlığında doğulmuşdur. Türk mənşəlidir. 
Ensiklopedik xarakterli bir sıra əsərlər yazmışdır. «Əş- Şəfa», «Nicat» 
əsərləri ona böyük şöhrət qazandırmışdır. Ibn- Sina fəlsəfəni iki hissəyə 
ayırırdı: 1) 
nəzəri hikmət, təbiət fəlsəfəsini
və mə‟nəvi (humanitar) 
elmləri əhatə edir. 2) 
Əməli hikmət
, buraya siyasət, iqtisadiyyat və əxlaq 
daxildir. O göstərirdi ki, forma materiyadan əvvəl gəlir. Lakin onlar bir- 
birinə sıx bağlıdır. Ibn- Sina bütün təbiəti qüvvə və hərəkət baxımından 
izah etməyə çalışmışdır. Onun fikrincə cisim özü- özündən nə sükunət, nə 
də hərəkət yaratmır. Cismin fəaliyyəti onun daxilindəki qüvvədən əmələ 
gəlir. Məhz qüvvə materiyadan ilahi aləmə doğru yüksəlişi tə‟min edir. O 
göstərirdi ki, 
mürəkkəb cisimlər bərk, yumşaq və qaz halında olur

Cisimlər parçalanma, sıxılma və genişlənmə yolu ilə dəyişilir. Ibn- Sinaya 
görə cisimlər sonsuz olaraq xırda hissələrə bölünə bilir. 
O atomizmi 
qəbul etmirdi. 
Onun fikrincə bədən öləndə ruh dağılmır, dəyişməz 
şəkildə yaşayır. Ruh bədənin ağasıdır, bədən onun əlində bir alətdir. 
Filo-
sofa görə, varlığın üç pilləsi vardır: 1) mümkün olan varlıq aləmi 
(maddi aləm) 2) vacib və mümkün varlığın qarışığı 
(mələklər və səma 
aləmi) 3) 
öz- özünə zəruri olan ilahi aləm
. Onun fikrincə bütün 
mövcudatın ilk səbəbi, tək olan Allahdır. Hər bir yaxşı və ya pis iş yalnız 
Allahın işidir. O əxlaq məsələlərinə geniş yer verirdi. 
Göstərirdi ki, xeyir 
və şər əməllər də Allahdan irəli gəlir
. Allah insanları şərdən qoruyan 
əsas qüvvədir. Həyatda şər əməllərdən xilas olub, xeyrə qovuşmaq üçün 
ilahi aləmə bağlanmaq lazımdır. Bu, səadət əldə etməyin əsl yoludur. 
Onun 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin