Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə27/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

təbiətşünaslıq
və 
humanitar 
elmlər
ilə sıx əlaqədə fəaliyyət göstərmişdir. Buradan aydındır ki, fəlsəfə 
ilə digər elmlərin münasibətlərini düzgün izah etmək vacibdir.
Hər şeydən əvvəl qeyd edək ki, konkret elmlərin öz predmeti, 
qanunları və metodları vardır. Onlar biliyi ilkin səviyyədə 
ümumiləşdirirlər. Fəlsəfənin təhlil predmetini isə daha geniş 
ümumiləşdirmələr təşkil edir. Bu işdə fəlsəfənin əsas metodu olan nəzəri 
təfəkkür əsas yer tutur. O ayrı- ayrı xüsusi elmlərin nailiyyətlərinə 
arxalanır. Fəlsəfə bu nailiyyətləri ümumiləşdirərək, varlığın və 
idrakın 
ümumi qanunauyğunluqlarını və meyllərini 
aşkara çıxarır. Məsələn, 
Yeni dövrdə və XIX sonu- XX əsrin əvvəllərində təbiətşünaslıq 
elmlərində baş verən nəhəng kəşflər fəlsəfənin inkişafına böyük tə'sir 
göstərmişdir.
Lakin fəlsəfə ilə digər elmlərin əlaqələri 
qarşılıqlı 
xarakter daşıyır. 
Yə‟ni təkcə fəlsəfə onların tə‟sirinə mə‟ruz qalmır. Həm də o həmin 
elmlərə güclü tə‟sir (müsbət və mənfi mə'nada) göstərir. Əlbəttə fəlsəfə 
birbaşa təbii- elmi xarakterli kəşflər etmir. Buna görə də onun xüsusi 
elmlərə tə'siri 
fəlsəfi dünyagörüşü vasitəsilə 
olur. Yə'ni bu dünyagörüşü 
xüsusi elmlər sahəsində məşğul olan tədqiqatçının mövqeyinə, onun 


27 
dünyaya və idraka münasibətinə, konkret problemi tədqiq etmə marağına 
əhəmiyyətli tə'sir göstərir.
Beləliklə fəlsəfə və xüsusi elmlər 
bir-birilə qarşılıqlı tə'sirdə 
çıxış 
edir, qarşılıqlı surətdə bir-birini zənginləşdirirlər.
Fəlsəfə ilə digər konkret elmlərin müqayisəsi sübut edir ki, 
fəlsəfənin idraki imkanları çox böyükdür və o, biliklər sistemində mühüm 
yer tutur. Fəlsəfə ilə elm əvvəlcə tarixən eyni kökdən yaranmışdır, 
sonralar onlar bir-birindən ayrı inkişaf etmişdir. Lakin onların inkişafı bir-
birindən təcrid olunmuş halda deyil, bir- birilə sıx dialektik əlaqədə baş 
vermişdir. Bütövlükdə fəlsəfə ilə xüsusi elmi biliklərin münasibəti tarixinə 
nəzər saldıqda 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin