Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Nəticədə insanın təbii seçmədən asılılığı azalır



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə306/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   302   303   304   305   306   307   308   309   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Nəticədə insanın təbii seçmədən asılılığı azalır
. Müasir dövrdə 
təbii seçmənin rolu əsasən genofondun qorunmasında və insanın 
sağlamlığına mənfi tə‟sir edən situasiyaların qarşısının alınmasında ifadə 
olunur. 
Bütün bunlar ona dəlalət edir ki, insanın bioloji növ kimi təkamülü 
zəkalı insan yarandıqdan sonra çox zəifləmişdir. Bu müddət ərzində 
insanın beyni də elə bir ciddi morfoloji dəyişikliyə uğramamışdır. 
Cəmiyyət yarandıqdan sonra genetik informasiya insanın həyatında 
oynadığı başlıca rolu itirməkdədir. 
Onu tədricən sosial informasiya əvəz 
edir
. Sonuncu o deməkdir ki, ən ağıllı və istedadlı insanlar təbii seçimdən 
daha çox sosial amillər ilə müəyyən olunur. Umumbəşəri proses də həmin 
amillərə tabedir
1
Bioloji növün inkişafı baxımından bəşəriyyətin gələcək taleyi 
məsələsi də mühüm əhəmiyyət kəsb edir. Bu münasibətdə iki bir-birinə 
zidd baxış mövcuddur. Birinci mövqenin tərəfdarları göstərirlər ki, geno-
mun (genetik inkişaf proqramının) tənəzzülü nəticəsitndə bütün heyvan və 
bitki növləri tədricən öləcəkdir. Ikinci mövqeni təmsil edənlərin fikrincə 
(bunlar daha geniş yayılmışdır) əsas təhlükə insan növünün qocalmasında 
deyildir. Ondadır ki, biosferanın çirklənməsi güclənir, zərərli maddələrin 
mutasiya prosesinə mənfi tə‟siri artır. 
6. həyatın mə‟nası. Ölüm və ölməzlik
hər bir insan kimliyindən asılı olmayaraq öz həyatının müvəqqəti 
olması haqqında düşünür. Bütün canlılar içərisində yalnız insan həyatının 
1
Югай Г. Общая теория жизни, М., 1985, с.229. 


262 
sonu gələcəyini başa düşür. Bu hiss onda güclü emosional tə‟sir buraxır, 
daxili aləminin dərinliklərində böyük təəssüf hissi doğurur. Lakin normal 
insan nə vaxtsa öləcəyindən qorxaraq özünü itirmir, ümidsizliyə qapılmır. 
Əksinə, ona verilən ömrü mə‟nalı yaşamağa çalışır. Hər bir fərdin 
həyatının məqsədi və amalı, onun mənimsəmiş olduğu sosial ideyalarla, 
yaşadığı dövrün şəraiti ilə sıx bağlı olur. Məhz onlara arxalanaraq insan öz 
həyatını xeyir və ya şər, doğruçulluq və ya yalançılıq, ədalət və ya 
ədalətsizlik kimi mənəvi əxlaqi anlayışlar üzərində qurur.
Zəmanəmizin görkəmli psixoloqu V. Frankl göstərir ki, insanın 
həyatını heykəltəraşın fəaliyyəti ilə müqayisə etmək olar. Təssəvvür edin 
ki, ona öz əsərini tamamlamaq üçün müəyyən vaxt verilir. Lakin həmin 
vaxtın sonu və işin nə vaxt qurtaracağı haqqında onun mə‟lumatı yoxdur. 
Buna görə də öz işini nə vaxt dayandıracağını bilmir. O sadəcə olaraq ona 
ayrılmış vaxtdan maksimum istifadə edir ki, əsər yarımçıq qalmasın. La-
kin əgər verilmiş vaxt iş başa çatana qədər qurtarsa belə, görülən işin 
qiymətini aşağı salmır. Həyatın fraqmentar xarakteri onun mə‟nasını 
azaltmır. Ömrün uzun müddətli olmasına əsasən biz heç vaxt onun nə 
dərəcədə mə‟nalı olduğunu deyə bilmərik
1
Deyilənlərdən aydın olur ki, insan həyatının mə‟nası, ölməzliyi 
onun özü tərəfindən qazanılır. 
Din insanın həyatını müqəddəs ehkamlara əməl etməkdə, dini ayin 
və mərasimləri yerinə yetirməkdə, etiqad vasitəsilə Allaha, axirət 
dünyayasəna inam bəsləməkdə görür. Fəlsəfə isə bu 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin