Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə472/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   468   469   470   471   472   473   474   475   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ikincisi, 
demokratiya mühüm dövlət və idarəçilik məsələlərini 
əhalinin əksəriyyətinin mənafelərinə uyğun surətdə həll etmək üçün şərait 
yaradır. Nəticədə həmin dövrün xalq təsərrüfatı üçün daha mühüm olan 
istiqamətlər və sferalar inkişaf etdirilir.
Bazar münasibətlərinə keçid prosesində bilavasitə demokratiya 
üçün geniş imkanlar yaranır. Belə ki, hər bir vergi ödəyən şəxs istədiyi 
konkret məsələ üzrə dövlət orqanlarına və digər təşkilatlara müraciət edə 
bilir. Lakin bazar təsərrüfatı daha çox nümayəndəli demokratiya ilə 
bağlıdır. Bu onunla izah edilir ki, ölkənin seçki hüququna malik olan hər 
bir vətəndaşı qanunvericilik orqanlarına vaxtaşırı öz nümayəndələrini 
seçir. Həmin nümayəndələr isə ölkənin təsərrüfat və mədəni həyatına dair 


424 
qanunlar işləyib hazırlayır və həyata keçirirlər. Inkişaf etmiş ölkələrin 
təcrübəsi göstərir ki, yaxşı təşkil olunmuş təzyiq qrupları (lobbi) seçilmiş 
nümayəndələr vasitəsilə öz iqtisadi mənafelərini həyata keçirə bilirlər. 
Burada nümayəndəli demokratiya bazar övdələşməsinin bir növü kimi 
çıxış edir. Belə ki, təzyiq qrupları (lobbistlər) hakimiyyətə tə
'
sir göstərmək 
üçün seçkilərdə iştirak edən namizədlərlə sanki belə bir şərt kəsirlər: «Biz 
seçkilərdə sizə səs verəcəyik, siz isə əvəzində bizim mənafelərimizi ifadə 
edən proqramları həyata keçirəcəksiniz». 
Müstəqillik əldə etdikdən sonra Azərbaycan demokratik cəmiyyət 
quruculuğuna başlamışdır. Ictimai həyatın bütün tərəflərində əsaslı demo-
kratik islahatlar həyata keçirilir. Respublikanın ilk müstəqil Konstitusiyası 
(Əsas Qanunu) qəbul olunmuşdur. Milli Məclis və digər seçkili orqanlar 
fəaliyyət göstərir. Referendum yolu ilə prezident seçkiləri keçirilmişdir. 
Hərtərəfli demokratikləşdirmə xətti bütün sferaları əhatə edir. 
Iqti-
sadi sahədə 
onun əsas istiqamətləri aşağıdakılardır: dövlət mülkiyyətinin 
ardıcıl surətdə özəlləşdirilməsi və xüsusi mülkiyyətin inkişaf etdirilməsi, 
iqtisadiyyatda bazar münasibətlərinin daha da möhkəmləndirilməsi, azad 
rəqabətə və sahibkarlığa meydan açılması, iqtisadiyyatın idarə 
olunmasında demokratik metodların geniş miqyasda tətbiqi, inzibati- 
amirlik üsullarının aradan qaldırılması. 
Siyasi həyatın 
demokratikləşməsi bütünlükdə siyasi sistemin əsaslı 
surətdə yeniləşdirilməsində, seçkili orqanların rolunun artırılmasında, mil-
li dövlət quruculuğunun davam etdirilməsində, hüquqi dövlətin yaranması 
yolunda ardıcıl addımların atılmasında, siyasi həyatda plüralizmin, 
aşkarlığın, söz və fikir azadlığının tə
'
min edilməsində, siyasi partiyaların 
fəaliyyətinə geniş meydan verilməsində təzahür edir. 
Sosial həyatda 
demokratikləşmə bunda təzahür edir ki, əhalinin 
müxtəlif sosial qrupları və təbəqələrinin mənafelərini əlaqələndirən güclü 
sosial siyasət yeridilməkdədir. Bazar münasibətlərinə keçidin törətdiyi 
arzuolunmaz sosial nəticələr aradan qaldırılır, əhalinin az tə
'
minatlı 
kateqoriyalarının sosial müdafiəsi gücləndirilir, azlıqda qalan millətlərin 
və etnik qrupların mənafelərini nəzərə alan milli siyasət yeridilir. 
Demokratikləşmə xətti həm də 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   468   469   470   471   472   473   474   475   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin