Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə588/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   584   585   586   587   588   589   590   591   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ölkəmizdə 
həyata 
keçirilən 
demokratikləşmə 
prosesi 
mədəniyyətlərin təcrid olunmasına son qoyur
. Onların qarşılıqlı təsirini 
möhkəmləndirir. O sürətləndikcə, mədəniyyətlərin qarşılıqlı əlaqələri və 
mədəni dəyərlərin qarşılıqlı mübadiləsi daha da fəallaşır. Digər tərəfdən, 
müasir cəmiyyətimizin öz daxilində milli mədəniyyətlərin yaxınlaşması və 
qarşılıqlı surətdə bir- birini zənginləşdirməsi baş verir. Bu proses də 
ziddiyyətlidir, millətlərarası münasibətlərdə baş verən ixtilaf və konfliktlər 
ona ləngidici təsir göstərir. Başqa sahələrdə olduğu kimi mədəni siyasətdə 
də totalitar rejimin qalıqlarını aradan qaldırmaq üçün görülən tədbirlər 
milli mədəniyyətlərin yaxınlaşması prosesinin normal getməsi baxımından 
böyük əhəmiyyət kəsb edir. Buraya idarəetmənin demokratikləşdirilməsi, 
mədəniyyətin inkişafı ilə əlaqədar məsələlərin həllində müxtəlif 
millətlərin və etnik qrupların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, 
milli dillərə, keçmişin adət və ənənələrinə artan diqqət, azlıqda qalan 
millətlərin mədəniyyətinin dirçəldilməsinə qayğı və başqaları daxildir. 


537 
Fəlsəfi metodologiya 
həm də mədəniyyətdə sinfi və ümumbəşəri 
tərəflərin nisbətini düzgün müəyyənləşdirməyi tələb edir
. Marksist 
fəlsəfəni əldə rəhbər tutan sovet rejimi dövründə mədəniyyətdə sinfiliyin 
rolunun şişirdilməsi onun inkişafına güclü ziyan vurmuşdur. Buna misal 
olaraq şəxsiyyətə pərəstiş illərində ölkəmizdə genetika, kibernetika 
elmlərinə və kimya elmləri sahəsində bir sıra nəzəriyyələrə «mürtəce bur-
jua» damğası vurulmasını göstərmək olar. Bu cür qondarma sinfi mövqe 
həmin elmlərin və bütövlükdə, mədəniyyətin inkişafına böyük zərbə vur-
du. 
Qeyd olunmalıdır ki, müxtəlif mədəniyyət hadisələrinin sinfi təsirə 
məruz qalma səviyyəsi eyni deyildir. Məsələn mədəniyyətin dil, elm, tex-
nika kimi tərəflərində sinfilik demək olar ki, yox dərəcəsindədir. Digər 
qrup mədəniyyət hadisələri (incəsənət, əxlaq, fəlsəfə, müxtəlif sosial nor-
malar) özündə həm sinfi mənafeləri, həm də ümumbəşəri məzmunu əks 
etdirir. Nəhayət, elə mədəniyyət hadisələri vardır ki, onlar öz təbiətinə 
görə sırf sinfi xarakter daşımasına baxmayaraq, müəyyən şəraitdə 
bilavasitə sinfi mənafelərin çərçivəsindən kənara çıxaraq geniş mədəni 
məzmun kəsb edir. Bu sonunculara misal olaraq siyasi mədəniyyəti, maa-
rifçilik və humanizmi, ümumi demokratik prinsipləri göstərmək olar. 
Mədəniyyətdə sinfi ilə ümumbəşəri tərəfin nisbəti konkret halda
yəni zaman və məkan şəraiti, mədəniyyətin bu və ya digər növünün spesi-
fikliyi nəzərə alınmaqla müəyyən edilməlidir. Mədəni yaradıcılıq tarixən 
konkret sosial şəraitin və mədəni səviyyənin məhsuludur. Lakin o, öz 
məzmunu etibarilə mövcud dövrün hüdudlarından kənara çıxır. Həm 
keçmişin mədəni sərvətlərini mənimsəyir, həm də mədəniyyətin gələcək 
inkişafı perspektivlərini göstərir. 
Mədəniyyətdə sosial- sinfi mənafelər daha çox ideoloji formada 
təzahür edir. Bu və ya digər sosial qrup məhz öz ideologiyası vasitəsilə 
mədəniyyətin inkişafını öz mənafe və ideallarına uyğunlaşdırmağa çalışır. 
Əgər bu və ya digər sinif öz spesifik mənafelərini ümumcəmiyyət adından 
təqdim edir və mədəniyyəti də həmin ideoloji funksiyanı yerinə yetirməyə 
məhkum edirsə, onda ideologiya mədəniyyətə pozucu təsir göstərir. Bunu 
keçmiş sovet rejimi təcrübəsi sübut edir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   584   585   586   587   588   589   590   591   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin