Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə593/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   589   590   591   592   593   594   595   596   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Postindustrial sivilizasiya
 
müasir elmi- texniki inqilab ilə bir vaxt-
da (XX əsrin ortalarında) yaranmışdır. Onun səciyyəvi cəhətini mikroelek-
tronika, informatika və yeni intellektual texnologiya əsasında istehsal 
proseslərinin avtomatlaşdırılması təşkil edir. Bu prosesdə insanların həyat 
fəaliyyəti yeni texniki və texnoloji zəmin üzərinə keçirilir. Nəticədə 
cəmiyyətin və insanın bütün həyat tərzi yenidən qurulur, iş günü qısalır, 
əmək şəraiti yaxşılaşır, peşə hazırlığı yüksəlir, asudə vaxtı çoxalır. 
Postindustrial cəmiyyət sivilizasiyanın daha çox inkişaf etmiş tipi-
dir. Bu mərhələdə insanların fəaliyyət sferalarının nisbəti də ciddi 
dəyişilir. Belə ki, birinci mərhələdə kənd təsərrüfatı, industrial mərhələdə- 
sənaye əsas yer tuturdusa, postindustrial mərhələdə xidmət sferası ön pla-
na keçir. Bu dövrdə elm, təhsil və informatika daha sürətlə inkişaf edir. 
Yuxarıda deyilənlər sivilizasiyanın müasir anlamının birinci 
səpkisini ifadə edir. 
Ikinci nöqteyi- nəzər
sivilizasiyaya lokal- tarixi mi-
qyasda yanaşır, onu keyfiyyətcə müxtəlif unikal etniki və ya tarixi qurum, 
xüsusi sosiomədəni fenomen kimi götürür. Bu yanaşma sivilizasiyanı 
məkan və zaman göstəriciləri baxımından səciyyələndirir. Onun əsasına 
texnoloji inkişaf səviyyəsindəki fərqlər qoyulur. Bu mövqenin tərəfdarları 
sivilizasiyaların çoxsaylı olduğunu göstərirlər.
Nəhayət üçüncü mövqe
əsas diqqəti sivilizasiyanın mədəniyyət ilə 
münasibətini izah etməyə yönəldir. Bu qəbildən olan baxışlar da geniş 
yayılmışdır. Məsələn O.Şpenqler sivilizasiyanı texniki- mexaniki amillərin 
məcmusu kimi anlayır və onu üzvi- həyati xarakter daşıyan mədəniyyətə 
qarşı qoyurdu. Onun fikrincə sivilizasiya hər cür mədəniyyətin başa çatma 


542 
mərhələsidir. Bu mərhələdə ədəbiyyat və incəsənət tənəzzül keçirir, elm 
və texniki nailiyyətlər isə yüksək səviyyədə olur. Mədəniyyət özünün dax-
ili imkanlarını həyata keçirdikdən sonra tükənir və sivilizasiyaya çevrilir. 
Belə təsəvvür olunur ki, mədəniyyət ilə sivilizasiya bir- birinə qarşı durur. 
Onlar arasındakı əsas fərq guya bundadır ki, birinci yüksək dəyərlər, həyat 
məqsədləri ilə səciyyələnir, ikincidə isə texnologiya və onun reallaşması 
mərkəzi yeri tutur. Şpenqler mədəniyyətləri tam qapalı şəkildə izah edirdi. 
Onun fikrincə hər bir mədəniyyətə yalnz ona xas olan elementlər (musiqi, 
texnika, riyaziyyat, kimya, fəlsəfə və sair) vardır ki, onlar başqa 
mədəniyyətlər üçün tamamilə yaddır. Çoxlu sivilizasiyaların mövcudluğu 
haqqında fikri A.Toynbi də qəbul edir. Lakin o Şpenqlerdən fərqli olaraq 
mədəniyyətlərin bir- birinə qarşılıqlı təsirini, onların yayılması və 
inkişafını mümkün hesab edirdi. Onun fikrincə gələcəkdə bəşəriyyətin 
dinə əsaslanan ruhi vəhdəti mümkündür. Sivilizasiyaların yaranması 
təbiətin və yaxud ətrafdakı insanların çağırışlarına cavablar axtarılması ilə 
müəyyən edilir. 
Mədəniyyət və sivilizasiya anlayışlarının nisbətinə dair A.Veberin 
baxışları diqqəti cəlb edir. O, Şpenqlerin mədəniyyətlərin səkkiz tarixi tipi 
haqqındakı ideyasının təsirinə qapılır. Bundan çıxış edərək dünya tarixini 
bir neçə ümumdünya- tarixi dövrlərə ayırır. Mədəniyyətlər təkrarolunmaz 
və unikaldır, lakin onların hamısı eyni mərhələlərdən (gənclik, yetkinlik 
və tənəzzül) keçir. Şpenqlerdən fərqli olaraq Veber mədəniyyət və 
sivilizasiyanı tarixin iki nisbi müstəqil səpkisi (sırf mənəvi və elmi- texni-
ki) kimi götürmür. Onlara bir- birilə qarşılıqlı təsirdə olan, lakin müxtəlif 
qanunlar üzrə gedən proseslər kimi yanaşır. Bundan əlavə o, tarixin 
üçüncü bir sosial səpkisini (sivilizasiya və mədəniyyətdən əlavə)- dövləti 
seçib ayırır. A.Veberə görə sivilizasiyanın inkişafı iqtisadi və siyasi 
amillərdən asılı olan sosial- tarixi və mədəni şəraitdə baş verir. Buna görə 
əgər sivilizasiya cəmiyyətin müəyyən inkişaf səviyyəsini ifadə etmək üçün 
işlənilirsə, mədəniyyət anlayışı sivilizasiyanın keyfiyyət tərəfini əks etdi-
rir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   589   590   591   592   593   594   595   596   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin