Həmcins üzvlərdə sonuncusu saxlanılmaqla qrammatik şəkilçilər
ixtisar edilir.
Aşağıdakı şəkilçilər və hissəciklər ixtisar oluna bilər:
hal, mənsubiyyət, cəm, şəxs şəkilçiləri, idi, imiş, isə hissəcikləri,
qoşmalar və s.
9. Aşağıdakı mətnləri müqayisə edin. Təkrarlanan hissəciklər hansı mətnlərə daha
çox ağırlıq gətirir? Nə üçün? Fikirlərinizi əsaslandırın.
10.
Hansı cavabda yanlışlıq vardır?
A) Tire işarəsi həm əlavələrdə, həm də ümumiləşdirici sözlərdə işlənir.
B) Həmcins üzvlər arasında sintaktik əlaqənin hər iki növü özünü göstərir.
C) Bütün cümlə üzvlərinin həm əlavəsi, həm də həmcinsliyi olur.
D) Əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir.
E) Həmcins üzvlərdə şəkilçi və hissəciklər ixtisar oluna bilər.
Bir ovuc torpaq da yaraya məlhəm
olarmış! Görəsən, haradandır
torpaqda bu hikmət?
Haradan başlanır Vətən? Yaşadığın
evdənmi, məhəllədənmi,
şəhərdənmi? İlk dəfə nəfəs aldığın
məkandanmı? Yoxsa ilk dəfə ayaq
açıb qədəm qoyduğun tor-
paqdanmı? Bəlkə, elə əcdadlarımızın
uyuduğu torpaqdan başlanır Vətən?
Yoxsa bu qapqara bir torpağa bu
qədər dəyər verilərdimi?
Ana yorğun halda işdən evə qayıdır.
Qapım açanda evdəki
qarmaqarışıqlığı görüb təəccüblənir.
Qızlarımı idi təqsirkar, yoxsa
oğlumu? Uşaqları çağırıb dedi:
-Fatimə, evi sənmi töküb-töküş-
dürmüsən, yoxsa bacın Röyamı?
Evləri yığışdıra bilmirdinizmi?
Bilmirdinizmi, bu gün qonaqlarımız
olacaq?
- Qonaqlarımızmı olacaq, ana?
Oğlu da söhbətə qoşuldu:
- Qohumlarımızmı gələcək, yoxsa
dostlarımızmı?
OQTAY ELOĞLU
(ixtisarla)
S ə m ə d. Oqtay, dünən anan bizə gəlmişdi. Yalvarıb məni göndərdi, axı belə iş
olmaz.
O q t a y. Səməd bəy, istəyirsiniz, sözlərinizin hamısını söyləyim. Atadan sonra
dükanı bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilirəm, odun yox.
Bunların hamısını bilirəm. Nə etmək!
S ə m ə d. Dildə demək asandır. Bir ana, bir də naxoş qız qalmışlar başsız. And içir ki,
üç gecədir, xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox. Axı o da bir kişinin
qızıdır. Çox da bilirsən, çarə ki etmirsən.
O q t a y. Doğrudur! O zavallılar da... fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən
qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə
bilmərəm.
S ə m ə d. Mən də, cəmiyyət də xalq üçün çalışırıq... Upravada üzvəm, adım-sanım,
güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki...
O q t a y. Xalq və “mən” - bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim
üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu
götürdüm. Və o gündən Oqtay bir el oğludur. O, böyük bir vahidin kiçik bir
parçasıdır.
S ə m ə d. Oqtay, çocuq olma! Qubernatora dilmanc gərəkdir. Ayda 70 manat donluq
verir. Amma kənardan 7-8 yüz gəliri var. Həm də camaat içində adın, hörmətin.
Düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim. Dedim, rüşdiyyəni bitirmiş.
İdraklı, rusca-azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki
düzəltmişəm.
O q t a y. Səməd bəy, məqsəd pul qazanmaq olsa, mən onun yollarını çox gözəl
bilirəm. Mən azad bir sənətkaram. Bir sənət düşkünüyəm. Mən bir çinovnik ola
bilmərəm.
Oqtayın bu
sözlərini necə
qiymətləndirirsiniz?
Oqtayın seçiminə
sizin
münasibətiniz
necədir?
S ə m ə d. Sənəti sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə rus səhnəsinə
çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun... O vaxta qədər xalq anlarsa, işlər
yoluna düşərsə, qayıdıb gələ bilərsən.
Nə üçün Oqtay
ona edilən
təkliflərin heç
birini qəbul etmir?
O q t a y. Ha-ha-ha! Aldanırsan, Səməd bəy, aldanırsan! Bunu bizimçin kim
edəcəkmiş! Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm.
Başqalarında səhnə, mədəniyyət - hər şey var. Bizdə yox. Yaşamaq istəyiriksə,
yaratmalıyıq. XX əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim
özünə layiq bilirsə, bilsin, mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının
müxtəlif qazmaları vardır.
S ə m ə d. Hamısını sənmi yaradacaqsan?
O q t a y. Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox.
Fəqət olmalıdır. Onu da mən yaradacağam. Mən bu dərin uçurumları keçəcək,
keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər
arasından bir səhnə, yoxdan bir var yaradacağam. Gələr bir gün ki, zavallı kütləni də
həmin yüksəklikdə görərsən.
Cəfər Cabbarlı
1. Oqtay nə üçün özünü el oğlu adlandırır? Fikrinizi faktlarla əsaslandırın.
2. Oqtayın dediklərini müasir dövrlə əlaqələndirin. Xalqın rifahı yolunda mübarizə
aparan fədakarları xatırlayın. Onların amalını mətnin əsas ideyası ilə
əlaqələndirin.
3. Bu mətn əvvəlkilərdən hansı xüsusiyyətinə görə fərqlənir?
4. Siz gələcəkdə doğma xalqınız üçün nələr edəcəksiniz? Bu barədə düşünün.
Fikirlərinizi ümumiləşdirib dostlarınızla bölüşün.
5. Mətndə açar sözləri müəyyənləşdirin.
6. Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin və işlənmə dairəsinə görə
növünü müəyyənləşdirin.
7. Donluq sözünün leksik mənalarını müəyyənləşdirin, hər iki mənada cümlədə
işlədin.
8. Təkamül və tənəzzül sözlərinin antonim olduğunu əsaslandırın.
Oqtayın arzuları
çin oldumu?
9. Siz aşağı siniflərdə mübtəda ilə xəbərin uzlaşmasını keçmişsiniz. Həmin qaydanı
yadınıza salın. Mətndə altından xətt çəkilmiş cümlələrdə həmcins mübtədaların
xəbərlə uzlaşmasına diqqət yetirin. Özünüz də belə nümunələr deyin.
10. Məntiqinizə əsaslanıb cümlələrdə şəxs sonluqlarını bərpa edin.
Mən və bacım gəzməyə getdi..? (...m, ...k) Mən və sən məqsədimizə çatmalı..?
(...yam, ...yıq) Biz və Nərgiz X sinif şagirdləri..? (...dir, ...yik)
Sən və o dərsə gedir...? (...sən, ...siniz?) Siz və Cavid olimpiadada iştirak etməli...?
(...dir, ...siniz) Vəfa, Aygün və Elmira mehriban qız..? (...dır, ...lardır)
Kirpilər və ayılar üzün müddət qış yuxusuna gedir? (...lər) Güllər və çiçəklər
ətrafa xoş ətir saçır? (...lar)
✔
Gəldiyiniz qənaəti əsaslandırmaq üçün uyğunluğu müəyyənləşdirib xəbərin
həmcins mübtədalarla uzlaşması qaydasını tərtib edin.
11. Aşağıdakı mətndə həmcins mübtədaları müəyyənləşdirin, III şəxsdə xəbərin
onlarla uzlaşmasına diqqət yetirin. Fikirlərinizi ümumiləşdirin.
Xalq dramlarının yaranmasında aşıq sənəti və mərasimlər böyük rol oynamış...
(dır? lar). Ailə-məişət mövzusunda da xalq dramları vardır: “İki qardaş”, “Keçəl”,
“Xəsis” oyun-tamaşaları xalq nağılları əsasında yaranmış... (dır? lar). İştirakçılar
bu oyun-tamaşaları müxtəlif mərasimlərdə: toy, yas, bayram, elçilik, nişan
mərasimlərində icra edirdi... (lər?).
Xalq dramları, adətən, nəsrlə və nəzmin növbələşməsi ilə yaranır. Məsələn,
“Qodu-qodu” oyununda kənd cavanları üzərinə qırmızı şilə çəkilmiş bir dairəni,
yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və
müəyyən nəğmələr oxuyardı... (lar?).
12. Aşağıdakı cümlələri öz düşüncələriniz əsasında tamamlayıb davam etdirin. Mən
bu bölmədən öyrəndim ki, aktyorluq sənəti........... .Eyni zamanda başa düşdüm
ki, həmcins üzvlər və əlavələrdən istifadə........
V MƏTBUAT: DÜNƏN VƏ BU GÜN
Şəhəri gəzməyə çıxan dostların yolu nəşriyyatın
yanından düşdü.
- Əziz dost, ilk qəzetin yaranma tarixi haqqında,
yəqin ki, eşitmisən?
- Bildiyimə görə, dünyada birinci qəzet e.ə. 59-cu ildə
qədim Romada nəşr olunub. Bu, əl ilə yazılmış
“Günün hadisələri” adlı “vərəqə” (gil lövhə) olmuşdur.
Hətta Yuli Sezarın dövründə “Senatın əl işləri” adlı
qəzeti xatırladan gil lövhələr də hazırlanırdı.
- Düzdür. Ondan sonra əl ilə yazılan 2-ci gündəlik
qəzet təxminən 1300 il əvvəl hazırlanıb. Həmin
qəzetin adı “Paytaxt yenilikləri” idi. Dünyada
müntəzəm nəşr edilən ilk qəzet isə 1609-cu ildə
Almaniyada buraxılan “Zaytung” adlı çap məhsulu
olub.
- “Qəzet” sözü italyan pul vahidi “qaset” ilə bağlıdır.
XVI əsrdə kağız vərəqələrdə çap edilən xəbərləri
oxumaq üçün xırda pul vahidi olan qaset ödənilirdi.
- Maraqlıdır.
- Azərbaycanda isə ilk informasiya nümunələri XIX
əsrin 30-40-cı illərinə təsadüf edir. Bunlar xüsusi
bülletenlər olub.
- H.Zərdabinin rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin
- “Əkinçi” qəzetinin işıq üzü görməsi, sözsüz ki,
Azərbaycan mətbuatı üçün əlamətdar bir hadisə idi.
- Onu da deyim ki, H.Zərdabi ana dilində qəzet
çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin
hakimi işlədiyi dövrdə gəlmişdi. Ensiklopedist alim
A.Bakıxanovun qardaşı Cəfərqulu xan Bakıxanov da
tələb olunan maliyyə xərclərinin bir hissəsini öz
üzərinə götürəcəyini bildirmişdi.
“Əkinçi”nin nəşri nə
üçün əlamətdar
hadisə hesab
edilirdi?
H.Zərdabinin qəzet
nəşr etməkdə
məqsədi nə idi?
- Deyilənə görə, Bakının hərbi qubernatoru, general-mayor D.S.Staroselski ona
qəzetin adını “Əkinçi” qoymağı, əkin işlərindən danışmağı məsləhət görmüşdü.
- M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Azərbaycanın ilk jurnalistlərindən
olan İsa Sultan Şahtaxtlı və başqaları qəzetlə daimi əməkdaşlıq etmiş, öz yazılarını
orada çap etdirmişlər.
- Dostum, “Əkinçi” bağlansa da, əlbəttə ki, Azərbaycan mətbuatının sonrakı
inkişafına güclü təkan oldu.
1. Dialoqdan hansı nəticəni çıxardınız? Gəldiyiniz nəticəyə əsasən dialoqu
adlandırın. Bölmənin adına münasibət bildirin.
2. “XIX və XXI əsrdə mətbuat” mövzusunda söhbət aparın.
3. Dialoqu davam etdirməli olsaydınız, hansı mətbuat orqanlarının adını
çəkərdiniz ki, xronoloji ardıcıllıq pozulmasın?
4. Mətndən əsas faktları seçin və nümunəyə əsasən elmi mətn tərtib edin.
5. Mətndən bir neçə açar söz seçin. Həmin sözlər haqqında fikir yürüdün.
6. Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
7. İnformasiya sözünün sinonimini tapın. Bu sözlər həmişə bir-birini əvəz edə
bilirmi?
8. Bağlı sözünün omonim olduğunu əsaslandırın.
9. Jurnalist və müxbir sözlərinin leksik mənasını izah edin.
10. Uyğunluğu müəyyənləşdirin.
1. Çoxmənalı söz
2. Termin
3. Ümumişlək söz
4. Həm omonim, həm də ümumişlək söz
a. lövhə
b. kağız
c. metafor
e. çap
d. üz
11. Siz aşağı siniflərdə fikrə münasibət bildirən sözlər haqqında məlumat almısınız.
Dialoqdan fikrə münasibət bildirən söz və ifadələri tapın, onların cümlədəki
rolunu izah edin.
12. Dialoqda müraciət olunan ifadələri tapıb onların nə məqsədlə işləndiyi
haqqında fikir yürüdün. Necə düşünürsünüz, fikrə münasibət bildirən sözlər və
müraciət bildirən sözlər cümlə üzvləri ilə sintaktik əlaqəyə girmişdirmi?
Fikirlərinizi əsaslandırın.
Bəzən cümlədə elə söz və ifadələr olur ki, cümlə üzvləri ilə məna
cəhətdən əlaqələnsə də, qrammatik cəhətdən əlaqəyə girmir. Xitab və
ara sözlər belə sözlərdir. Onlar cümlə üzvləri ilə sintaktik əlaqəyə
girmədiyi üçün cümlə üzvü ola bilmir.
13. Qəzetinizdə vermək üçün aşağıdakı nümunə əsasında bir yazı hazırlayın.
“Bilirsinizmi” başlıqlı rubrika yaradın.
✔
Siyahını topladığınız
nümunələr əsasında
davam etdirə bilərsiniz
14. “Əkinçi” qəzetinin fəaliyyəti haqqında kiçik təqdimat hazırlayın.
İlk kağız vərəqə........
İlk qəzet......
İlk operamız........
İlk qadın aktrisamız......
İlk şəkilli jurnal......
İlk..........
ƏHVALPÜRSANLIQ
(ixtisarla)
- Nə xəbər var, məşədi?
- Sağlığın!
-Az-çox da yenə?
- Qəzet almış Hacı Əhməd də...
- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
- Belə nəql eylədilər!..
- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
- Dəxi bir başqa xəbər?
Həmsöhbətlərin
“təəccüb”ünə səbəb
nə idi?
Ləin - yaramaz
Qullabı - fırıldaq
- Hac Cəfərin oğlu Vəli
Qoyub uşqolaya oğlun...
- O qurumsaq da?
- Bəli!
- Sənə kim nəql elədi bu sözü?
- Bilməm kim idi.
- Oylə isə ona da min kərə lənət deməli!..
- Bu isə pəs o ləinin də işi qullabıdır,
- Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
-Yenə bir başqa xəbər varmı?
- Bizim qonşu Kərim...
-A... A... A?..
-Bəli, hə... hə!..
- O nə qayrıb, de görüm?
- “Molla Nəsrəddin” alıb: həm özü, həm oğlu oxur.
- El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
- Bu isə pəs o ləinin də işi qullabıdır,
- Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
Mirzə Ələkbər Sabir
1. Düzgün tələffüz qaydası və intonasiyaya riayət edərək şeiri rollar üzrə oxuyun.
2. Necə düşünürsünüz, M.Ə.Sabiri bu şeiri yazmağa nə vadar etmişdir?
3. Şeirin əsas ideyasını müəyyənləşdirin.
4. Şeirin “qəhrəman”larını “Yaxşılıq itmir” hekayəsinin qəhrəmanları İsrafil ağa və
Məşədi İbrahimlə müqayisə edin.
5. Dialoqu nəqli mətn şəklində yazın.
6. Şeir üçün açar sözlər seçin.
7. Uşqol sözünün mənşəyini müəyyənləşdirin, şeirdə işlənmə şəraitini izah edin və
qarşılığını tapın.
8. Babı sözünün mənasını aydınlaşdırın, ona yaxınmənalı söz tapın. Tapdığınız söz
şeirin hansı bəndində işlənmişdir?
9. Şeirdə müraciət olunan ifadələri tapın və onlarda işlənən durğu işarələrinə
diqqət edin.
Cümlədə müraciət olunan şəxsi və ya əşyanı büdirən sözlərə xitab
deyilir.
Xitablar, əsasən, adlıq halda olan isim, isimləşən sözlər və ismi
birləşmələrlə ifadə olunur. Məsələn:
Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş,
Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş. (M.Ə.Sabir)
Səndən danışıram, Araz, ay Araz,
Bulan da, durul da, səsimi dinlə. (M.Araz)
Siz ey qədim əfsanələr,
Şeirimə yağ, səsimə yağ! (M.Araz)
Xitablarla həm canlıya, həm də cansıza müraciət etmək olur.
Ey Vətən, torpağın əzizdir mənə.
Ayrılarını könül candan,
Azərbaycan, Azərbaycan! (S. Vurğun)
10. Xitabların ifadə vasitələrini müəyyənləşdirin. Bəzi cümlələrdə durğu işarələri
qəsdən buraxılmışdır. Onları bərpa edin.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Əmin ola bilərsiniz ki, biz
gənc əsgərlər vətənimizə layiqli xidmət edəcəyik”.
Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq Azərbaycan əsgəri! (Qabil)
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni. (S. Vurğun)
Bülbül! Səhər-səhər qonaq budağa
Günəşin eşqinə bir dastan qoşaq. (S. Vurğun)
K ə n d l i. Vidadi Vidadi Gözlərin aydın!
Vaqif qonaq gəlir.
V i d a d i. Canım, ciyərim!
Yolunu gözləyən zəif gözlərim
Artıq işıqlandı.
V a q i f. Günah mənimkidir, əfv elə ustad!
Sənsiz olmamışdır bir gün könül şad. (S. Vurğun)
Hörmətli İnternet səhifəsi istifadəçiləri Böyük informasiya axınının
işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik, bəzi məhdudiyyətlərə
hörmətlə yanaşasınız.
✔
Üçüncü cümlədə vergül işarəsini atsaq, məzmun fərqi yaranacaqmı? Səbəbini
izah edin. Bu zaman sintaktik əlaqədə hansı fərq meydana çıxar? Eyni vəziyyəti
sonrakı (4-cü) nümunədə müşahidə etmək olarmı?
✔
Müraciət olunan sözlərə həm də müraciət etiketi demək olarmı? Sizcə, bu
müraciətlərdən hansı rəsmi, hansı qeyri-rəsmidir?
11. “Molla Nəsrəddin” jurnalının 16 iyun 1906-cı il tarixli nömrəsindən götürülmüş
bu elana hansı müraciət bildirən sözü artırsaq, yerinə düşər?
Bakıda yeni üsul ilə çöp çıxardan arvad əmələ gəlmişdir. Südəmər uşağın
boğazından şaftalı çəyirdəyi, balıq gəmiyi, buynuz parçasını asan qayda ilə
çıxarır.
12. Mətnləri müqayisə edin.
13. Aşağıdakı mətni oxuyub nəticə çıxarın.
Nyu-Yorkda Azadlıq abidəsinin açılış mərasimində bir nitq söylənməsi
planlaşdırılır. Bunun üçün Amerikanın ən məşhur natiqi Corc Körtisə müraciət
olunur. Lakin o, təklifi rədd edir. Belə əhəmiyyətli təklif necə rədd edilə bilərdi?
Körtis bunu üç səbəbə görə rədd etmişdi:
- Nitq üçün mərasimdən ancaq bir ay əvvəl mənə xəbər verdilər. Əgər mənə üç
ay möhlət verilmirsə, ən vacib nitqləri belə rədd edirəm. Bəli, üç ay. Bir ay
araşdırmaq və diqqətli bir hazırlıq üçün; bir ay hazırladıqlarımı bir kənara
qoyub, beynimin mövzunu qavraması üçün və son bir ay da mükəmməl bir
nitqin tələb etdiyi əlavələr və son hazırlıq üçün.
14. “Azərbaycan dili dünən və bu gün” mövzusunda inşa yazın və ya “Tarixdən
süzülüb gələn dilim” adlı təqdimat hazırlayın.
Bunun üçün 128-129-cu səhifələrdəki materiallardan və aşağıdakı plandan
istifadə edə bilərsiniz.
✔
Səh. 128-də verilən mətnləri diqqətlə oxuyun.
✔
Yazıların sonundakı tarixlərə əsasən dövr haqqında qısa məlumat toplayın.
✔
Mətnlərdəki əsas fikri müəyyənləşdirməyə çalışın.
✔
Mətnlərdən əsas faktları toplayın.
✔
Müəlliflərin oxucuya çatdırmaq istədiyi əsas fikir ətrafında düşünün.
✔
Daha sonra 129-cu səhifədə verilmiş məlumatları oxuyun. Əsas məqamlara
diqqət yetirin.
✔
Müdrik kəlamlardakı əsas fikirlərə diqqət yetirin. Yeri gəldikcə onlardan sitat
kimi istifadə edin.
✔
Topladığınız materialları əlaqələndirməyə çalışın.
BİZİM “OBRAZOVANNI”LAR
(ixtisarla)
Mənim bir rəfiqim var, özü də müsəlmandır. Amma məni görəndə rus dilindən
savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə
deyirəm: “Haradan gəlirsən?” O mənə belə cavab verir: “Ya xadil na poçtu”. Deyirəm:
“Dünən niyə bizə gəlmədin?” Cavab verir: “K nam prişli qosti”. Deyirəm: “Yaxşı,
qonaqlar gedəndən sonra gəleydin?” Cavab verir: “Net, uje bılo pozdno”. Deyirəm:
Söz verirsən ki, sabah gələsən bir az söhbət edək? Cavab verir: “Pastarayus, no slova
ne dayu”. Deyirəm: xudahafiz. Cavab verir: “Do svidaniya”.
Deyirlər ki, haman mənim rəfiqim rus işkolunda oxuyan vaxt bir gün anasına deyib:
“Ana! Pojalusta mənə bir şey “isvarit” elə (yəni bişir)”. Anası cavab verib: “Bala, nə
dedin?” Rəfiqim cavab verib: “Ox, ox, siz heç bir zad qanmırsınız, mən deyirəm bir
zad bişir”.
- Bala, nə bişirim?
- Çort evo iznaet. Yadımdan çıxıb. Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana.
Bir cür adı var.
- Bala, küftə deyirsən?
- Hə... hə... qoftə, qoftə.
“Molla Nəsrəddin” jurnalı,
14 aprel 1906-cı il
SUAL-CAVAB
Tiflisdə “Metex” dustaqxanasının rəisi
idarəmizə rəsmi surətdə bir kağız göndərib
təvəqqe edirdi ki, müsəlman içində təzə nəşr
olunan kitabların siyahısını yazıb ona məlum
edim. Çünki dustaqlar xahiş ediblər ki, onlara
oxumaq üçün türk dilində yazılmış kitablar
verilsin.
Siyahı əvəzinə idarəmizdən dustaqxana
rəisinə belə cavab yazıb göndərdik:
“Keçəl dava bilsə, öz başına sürtər”.
Mozalan.
“Molla Nəsrəddin” jurnalı,
21 iyul 1906-cı il
Ümummilli lider Heydər Əliyev 18 iyul 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” Fərman, 30 sentyabr 2002-ci ildə “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Qanun imzalamışdır. İkinci sənəddə göstərilir
ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz
müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və
inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı
milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun,
ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin
dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan,
inkişaf etdirən onun dilidir.
Ümummilli lider Heydər Əliyev
Dili qiymətdən salar
Ucuz söz, hiylə, böhtan.
Elə saxla dilini,
Nə dil səndən utansın,
nə sən dilindən utan!
Rəsul Rza
Dil insanı ölçmək üçün vasitədir.
İnsan öz dilinin altında gizlənmişdir.
Həzrət Əli
Ana dili məhv olarkən xalq artıq
məhv olur. Xalqın dili yaşadıqca
xalq da yaşayır.
Konstantin Uşinski
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli
sərəncam imzalamışdır. Bu sərəncamın əsasında klassik və müasir Azərbaycan
ədəbiyyatı nümayəndələrinin əsərləri nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə
edilmişdir.
“MOLLA NƏSRƏDDİN”Ə GEDƏN YOL
1903-cü ildə C.Məmmədquluzadə Tiflisdə olarkən “Şərqi-Rus” qəzetinin redaktoru
Məhəmməd ağa Şahtaxtlı ilə görüşür.
Bu görüş haqqında C.Məmmədquluzadə öz tərcümeyi-halında belə yazır:
- Məhəmməd ağa küçədə mənə rast gəldi və apardı “Annona” yeməkxanasına.
Orada məni qonaq elədi və məndən soruşdu ki, Mirzə, yazıdan-pozudan nəyin var?
Mən cibimdən Novruzəlinin poçt qutusuna kağız salmaq hekayəsini çıxartdım,
verdim Məhəmməd ağaya. Ədibi-möhtərəmimiz hekayəni oxuya-oxuya elə şiddətlə
güldü ki, qonşular bizə tərəf təəccüblə baxmağa başladılar. Buradan Məhəmməd
ağa məni apardı düşdüyüm “Qafqaz” mehmanxanasına və zorla şeylərimi qoydu
faytona. Məni evinə aparıb dedi ki, Mirzə, gərək qalasan, qəzetim üçün hekayə yazan
olasan. Mən qaldım...
Yazıçının “Şərqi-Rus” qəzetindəki fəaliyyəti “Poçt qutusu” hekayəsinin qəzet
səhifələrində dərc edilməsi ilə başlandı. Qəzetdə nəşrolunan ikinci əsər “Kişmiş
oyunu” adlı hekayə idi.
Bir müddət “Şərqi-Rus”da çalışan C.Məmmədquluzadə “Novruz” adlı qəzet çıxarmaq
fikrinə düşür və bunun üçün, əlbəttə ki, dövlətdən rəsmi şəkildə icazə alır, lakin
sonralar müəyyən səbəbdən bundan imtina edir.
1. Cəlil Məmmədquluzadəyə “Molla Nəsrəddin” jurnalını nəşr etmək üçün 4 mart
1906-cı il tarixli 874 nömrəli icazə şəhadətnaməsi verilir.
2. Xatirələrində Cəlil Məmmədquluzadə yazırdı:
“...Və yadımdadır ki, qələm azadlığı o yerə çatdı ki, bir gün bazarda qəzetsatan
uşaqları “Kukureku” deyə çığıra-çığıra şəkilli bir jurnalı satan gördüm. Bu jurnal rus
dilində çap olunurdu. Adı “Kukureku” idi. Və jurnalın haman gün rast gəldiyim bir
nömrəsində bir xoruz şəkli çəkilmişdi. Xoruzun başı əsrin padşahı Nikolayın başı idi.
Boğazı və bədəni xoruz idi. Şəklin təfsilatı indi yadımda deyil...”
3. Bəs necə oldu ki “Molla Nəsrəddin” yarandı?
4. Yazıçımızın yadında qalmış və çar məmurlarının dərin həyəcanına səbəb olmuş bu
satirik jurnal cəmiyyət tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdı.
“Kavkazskoe utro” qəzeti yazırdı:
Sizcə, bu
insanları nə
birləşdirirdi?
|