Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə272/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   268   269   270   271   272   273   274   275   ...   470
BÜLBÜL   (22.6.1897 - 26.9.1961) 

 

Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) Şuşada doğulub. 1909-cu ilədək  Şuşada, 



1920-ci ilin payızınadək Gəncədə, arada isə az vaxtda Tiflis və  İrəvanda yaşayıb. Yeniyetmə 

çağlarında cəhcəhəli oxumasma görə onu "Bülbül" deyə çağırıblar və bunu özünə səhnə təxəllüsü 

götürüb. Səhnəyə ilk dəfə Gəncədə tarzən Məşədi Cəmil Əmirovun "Seyfəlmülk" operasında çıxıb 



(1914). Tamaşanın rejissoru və Bülbülə bu rolu təklif edən aktyor Sidqi Ruhulla olub. İrəvanda 

"Arşın mal alan"da Telli rolunu da oynayıb. Səs tembri lirik-dramatik tenor olub. 

1920-ci ilin sonlarında Bakıda Birləşmiş Dövlət Teatrının Türk truppasına (bugünkü 

Akademik Milli Dram Teatrı) qəbul olunub. Bülbül həm Hüseyn Cavidin "Şeyx Sənan" (Kor ərəb), 

"Şeyda" (Xanəndə), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Niyaz və Dərviş), Namiq Kamalın 

"Qaplan paşa" (Yavər), Karl Qutskovun "Uriel Akosta" (Xidmətçi) dramlarının tamaşalarında 

oynayıb, həm də Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun" (İbn Səlam), "Əsli və  Kərəm" 

(Kərəm), Zülfuqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operalarında əsas partiyaları ifa edib. 

1925-ci ildə opera truppası AMDT-dən ayrılıb və Bülbül (jə  həmin kollektivə daxil olub. 

İşləyə-işləyə konservatoriyanı bitirən (1927) Bülbül dövlətin göndərişi ilə  İtaliyanın Milan 

şəhərindəki "La Skala" teatrına təhsil-təcrübəyə gedib. Oradan qayıdaraq ADOBT-yə solist 

götürülüb. Teatrda Üzeyir bəy Hacıbəyovun "Koroğlu" operasındakı misilsiz ifasından sonra 

"səhnəmizin koroğlusu" ləqəbini alıb. Opera teatrında Üzeyir bəyin "Arşın mal alan" operettasında 

Əsgər rolunda da çıxış edib. Müslüm bəy Maqomayevin "Nərgiz" (Əlyar), Əfrasiyab Bədəlbəylinin 

"Nizami" (Nizami), Niyazinin "Xosrov və  Şirin" (Fərhad), Qara Qarayev və Cövdət Hacıyevin 

"Vətən" (Aslan), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib), tərcümə olunmuş "Anuş" (Saro) və 

"Səfa" (Seyran), Jorj Bizenin "Karmen" (Xoze), Cüzeppe Verdinin "Riqoletto" (Hersoq), Cül 

Massnenin "Verter" (Verter), Cakomo Puççininin "Toska" (Kavaradossi), Sergey Raxmaninovun 

"Aleko" (Aleko) operalarında əsas partiyaları oxuyub. 

Misilsiz xidmətlərinə görə SSRİ xalq artisti (17 aprel 1938), Stalin mükafatı laureatı (1950) 

olub. Adina məktəb və küçə var. Məzarı Fəxri xiyabandadır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin