Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


LEYLA VƏKİLOVA (29.1.1927- 20.2.1999



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə284/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   280   281   282   283   284   285   286   287   ...   470
LEYLA VƏKİLOVA (29.1.1927- 20.2.1999

 

Milli balet sənətimizin əfsanəvi və klassik dühalarındandır. Klassik dünyəvi balet elementləri 



ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə  və onu öz ifasının estetik 

hüsnünə çevirə bilməkdə əvəzolunmaz idi. 

Yüksək səhnə mədəniyyətinə və ifa texnikasma malik sənətkar olub. 

İfası  həmişə özünün emosional lətafəti, ülviyyəti, zərifliyi, cazibəli coşğunluğu, hərarətli 

qaynarlığı, fəza boşluğunda yaratdığı nağılvarı görünüşü ilə seçilib. 

Səhnədə son dərəcə çevik, hərəkətlərinin plastikası ifadəli və dərin məzmunlu idi, sanki dil 

açıb danışırdı. 

Sənətkar yöndaşları diqqət və  səmimiyyətinə, hərəkətlərinin psixoloji dərinliyinə, 

ünsiyyətinin təbiiliyinə  və  təbii canlanmağına görə Leyla xanımla bir tamaşada oynamağa xüsusi 

cəhd göstəriblər. 

Səhnə boyu uzanan, geniş miqyaslı lirik, dramatik və ehtiraslı hərəkətlər toplusundan ibarət 

mizanları icra etməkdə böyük peşəkar səriştəsi vardı. 

Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. səkkiz yaşında 

Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli 

balet ustası və pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 

1943-cü ildə  məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının 

balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq 

qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində 

xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 

Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa 

etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar 

dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir. 

Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq ("Qız qalası",  Əfrasiyab 

Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla ("Sonalar gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr 

Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), 

Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), 

Gülşən ("Gülşən", Soltan Hacıbəyov), Aişə, Sari ("Yeddi gözəl" və  "İldırımlı yollarla", Qara 

Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan), Malvina ("Qızıl 

açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov) partiyalarını ifa edib. 

Azərbaycan milli balet sənətinin tərəqqisində  və  təkamülündə, beynəlxalq aləmdə 

tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə 

Azərbaycan Respublikasının  əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci 

ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub. 

Leyla xanım Vəkilova Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslavakiyada 

(1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), 

İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və 

baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən 

Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib. 

Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində kiassik 

rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla 

Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli 

balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. 

O,  1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun 

layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər. 

Görkəmli balet ustası, milli səhnə  mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd 

qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 




 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin