Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə64/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   470
 

İLK PEŞƏKAR AKTYORLAR 

 

İkinci dərs 

 

ƏLƏKBƏR SÜHEYLİ(1879-26.2.1927) 

 

Azərbaycan milli teatrının peşəkarlıq istiqamətində formalaşmağa doğru inkişafında xüsusi 



xidmətləri var. "Süheyli" onun səhnə  təxəllüsüdür. Bu sözün ərəbcə  mənası "cənubda görünən 

ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə  səciyyəvi olan aktyor həmçinin 

rejissorluq sahəsində də çalışıb.  



Ələkbər Fərəculla oğlu  Əliyev (Süheyli) 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və 

elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona 

ana dilindən  əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası  və atasının yaxın dostları olan 

tacirlər Rusiya, Ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə 

həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq məqsədilə tez-tez xarici öikələrə 

səfər edib. 

Bakıda olanda boş vaxtlarında "Müsəlman dram artistləri cəmiyyəti"nin tamaşalarında 

epizod rollarda səhnəyə  çıxıb. 1906-cı ildə yaranan "Nicat" mədəni-maarif cəmiyyətinin teatr 

truppasına ilk üzv götürülənlərdən biri də  Ələkbər Süheyli olub. Sonralar "Səfa", "Müdiriyyət", 

"Müsəlman artistləri ittifaqı"nın teatr truppalarında çalışıb. 1919-cu ildə bugünkü MDT-nm 

truppasına götürülüb və dörd il bu sənət ocağında işləyib. 1923-cü ildə Azad Tənqid və  Təbliğ 

Teatrının truppasına dəvət alıb və vəfat etdiyi günə kimi burada aktyor və rejissor kimi çalışıb. 

Müxtəlif truppalarda və MDT-da ifa etdiyi əsas rolların qısa siyahısı belədir: Adolf ("Qatili 

Kərimə", Hacı  İbrahim Qasımov), Məhiz ("Tariq ibn Ziyad", Əbdülhəq Həmid), Səlim bəy, Vəli 

bəy, Çoban ("Dağılan tifaq", "Millət dostları" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Paşa 

("Bakı müharibəsi", Cəfər Cabbarlı), Svistinov ("Müfəttiş", Nikolay Qoqol), Lodoviqo ("Otello", 

Vilyam  Şekspir), Müəllim Mirzə  Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), Bəkir ("Keçmişdə 

qaçaqlar", Nəcəf bəy Vəzirov), Xacə  Məsud, Ohan yüzbaşı ("Lənkəran xanının vəziri" və "Hacı 

Qara", Mirzə Fətəli Axundzadə), Şah Ömər ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd 

Rüfət), Xaço ("Qaçaq Kərəm", Vano Mçedaşvili),  Şeyx Mərvan ("Şeyx Sənan", Hüseyn Cavid), 

Veys ("Yezid ibn Müaviyyə", Mehdi bəy Hacınski), Qubad ("Dəmirçi Gavə",  Şəmsəddin Sami), 

Məmmədbağır ("Axşam səbri xeyir olar", Sultanməcid Qənizadə), Süleyman paşa ("Akif bəy", 

Namiq Kamal), Allahqulu ("Molla Cəbi", Mirmahmud Kazımovski). 

Milli aktrisalarımızın olmadığı dövrdə Ələkbər Süheyli xeyli qadın rolları ifa edib. Onların 

arasında Cahan xala ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Sona, Hafizə xanım ("Dağılan tifaq" 

və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Hürzad ("Evliykən subay", Zülfüqar bəy 

Hacıbəyov), Çərkəz xanım ("Kəndxuda", Mirmahmud Kazımovski), Tuba ("Zorən təbib", Jan Batist 

Molyer) obrazlarının səhnə ifası aktyorun yaradıcılıq uğurları sayılır. Xüsusilə Hafizə rolunun uzun 

illər və ondan artıq quruluşda ən yaxşı ifaçısı Ələkbər Süheyli sayılıb. 

Aktyor Tənqid və Təbliğ Teatrında Məşədi Ramazan ("Arşın malı", Əhməd Qəmərli), Tacir 

("Tufan", Vladimir Bill-Beloserkovski), Komarov ("1881-ci ildə", Nikolay Şapovalenko), Hacı 

Həsən ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Pastor ("Şöhrət silahları", Yurin) rollarını oynayıb. 

Burada Sidqi Ruhullanın, David Qutmanın, Yevgeni Muromskinin quruluşlarında hazırlanan 

tamaşalarda rejissorluq edib. 

Ələkbər Süheyli yaradıcılığının kamilləşdiyi dövrdə, 26 fevral 1927-ci ildə Bakıda vəfat 

edib. 


 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin